CƏMİYYƏT
Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə AXC qurucularının məzarlarını ziyarət edib
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər Tbilisi şəhərinin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularının məzarlarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, P.Şahbazov və onu müşayiət edən şəxslər panteonda Fətəli xan Xoyski və Həsən bəy Ağayevin, şair Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi, yazıçı və ictimai xadim Mirzə Fətəli Axundzadənin məzarları üstünə gül dəstələri düzüblər.
Azərbaycanın energetika naziri daha sonra Gürcüstan Milli Muzeyi və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi ilə tanış olub.
P.Şahbazova bu mədəniyyət ocaqlarının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Nazir muzeylərin fəaliyyəti ilə tanış olub, burada qorunan Azərbaycan və gürcü, eləcə də dünya mədəni irs nümunələrinə baxıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [19:16]
“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib
- 28.06.2024 [18:23]
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq
- 28.06.2024 [18:18]
Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri
- 28.06.2024 [18:04]