Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, onun işğalçılıq, talançılıq siyasətinə göz yumanların da üzərinə düşür

Politoloq: Müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, onun işğalçılıq, talançılıq siyasətinə göz yumanların da üzərinə düşür

Bakı, 25 avqust, AZƏRTAC

İkinci Dünya müharibəsinin bitməsindən sonra beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, xalqlar arasında dostluq, dövlətlər arasında əməkdaşlıq münasibətlərinin inkişafı, habelə insan hüquqlarının müdafiəsi məsələlərinin artırılması məqsədilə yaradılmış Birləşmiş Millətlər Təşkilatının (BMT) sıralarına Azərbaycan 1992-ci ilin martın 2-də qoşulub. Üzvlüyə qəbul olunduğu ilk günlərdən etibarən Azərbaycan dövləti bu mötəbər beynəlxalq təşkilatla qarşılıqlı əlaqələrin genişləndirilməsi, ən əsası da bu əlaqələrə sadiq qalaraq sözügedən nüfuzlu təşkilatın fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə töhfə verib. Məhz bu səmərəli töhfənin, yəni Azərbaycanın xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən olduqca düzgün müəyyənləşdirilməsinin və dinamik inkişaf etdirilməsinin məntiqi nəticəsi idi ki, ölkəmiz ilk dəfə 2011-ci il oktyabrın 24-də iki illiyə (2012-13) BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Zamanın nəbzini tutan, qlobal çağırışlara çevik cavab verən dövlətimiz aktual problem olan COVID-19 pandemiyası ilə də əlaqədar olaraq həm BMT, həm də ondan sonra ikinci ən böyük siyasi təsisat hesab olunan Qoşulmama Hərəkatına genişmiqyaslı töhfə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

O qeyd edib ki, bütün dünyanın, bəşəriyyətin COVID-19 pandemiyası kimi təhlükəli məsələyə qarşı birləşdiyi bir zaman kəsiyində Ermənistan dünyadan qopuq düşərək Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifinə qarşı olsa da, Azərbaycan qlobal mübarizəyə töhfə verərək xüsusi sessiyanın keçirilməsini reallaşdırdı ki, bu da dünya birliyi tərəfindən olduqca yüksək qiymətləndirildi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar məbləğində könüllü maliyyə yardımı edən Azərbaycan, bu məbləğin yarısının Qoşulmama Hərəkatına üzv dövlətləri üçün nəzərdə tutmaqla bərabər, digər tərəfdən də peyvəndin varlı və kasıb ölkə kriteriyası çərçivəsində ədalətsiz bölünməsinə qarşı çıxır. Dövlətimizin başçısı dünya birliyi ilə həmrəylik nümayiş etdirərək, humanist mövqe ortaya qoyaraq beynəlxalq tribunalardan bu məsələni hər zaman pisləyir. Eyni zamanda, Azərbaycan qlobal aləmin, bəşəriyyətin məsuliyyətli üzvü olaraq humanitar yardım çərçivəsində Özbəkistana 50 min doza, Qırğızıstana isə 40 min doza "AstraZeneca" peyvəndi göndərib. Bu səbəbdən də UNICEF mövcud humanitar təşəbbüs və dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

“Azərbaycan məhz o dövlətdir ki, imkanları və potensialı daxilində hər bir məsələdə dünya birliyinin məsuliyyətli və etibarlı üzvü olaraq sülhə və təhlükəsizliyə, humanitar məsələlərə töhfə verir. Lakin əfsuslar olsun ki, məhz bizə gələndə, Azərbaycanın bir nömrəli problemi və prioritet məsələsi olan Ermənistanın təcavüzünün qarşısının alınmasında, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmasında eyni həssaslıq, qətiyyət və işğalçı dövlətə təsir etmək mexanizmlərinin işə salınmasının şahidi olmadıq. Məhz bu haqlı səbəbdən də müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, onu beynəlxalq hüquqa riayətə məcbur etməyənlərin üzərinə düşür. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyev çox haqlı olaraq avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bir daha dilə gətirdi. COVID-19-a qarşı qətiyyətli milli cavab tədbirlərinin görülməsi məqsədilə həm Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, həm də BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması ilə bağlı məhz Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin göstərdiyi səyləri xanım Andreyevanın alqışlaması dövlətimizin başçısının şəxsinə göstərilən hörmətdən və Azərbaycanın dünya miqyasında olan sanballı çəkisindən xəbər verir”, - deyə politoloq vurğulayıb.

Şəbnəm Həsənova qeyd edib: “Dövlətimizin başçısı bir daha ikili standartlara diqqət çəkərək bildirdi ki, bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin Azərbaycana gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmur. Burada əsas narahatlıq doğuran və eyni zamanda, ədalətsiz və haqsız məsələ ondan ibarətdir ki, sözügedən qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Bu dövlətlər nəinki qətnamələrin icra mexanizminin reallaşdırılması ilə bağlı iş görməyiblər, hətta öz mandatlarına zidd olaraq qərəzli mövqe nümayiş etdiriblər. ATƏT-in Minsk qrupuna daxil olan dünyanın ən güclü üç ölkəsinin bu qətnamələrin icrası üçün gücü və təsiretmə mexanizmləri olsa da, onlar 28 il ərzində bu imkanlar kontekstində heç bir real iş ortaya qoymadılar. Vaxtında Ermənistanı himayə etmək əvəzinə ona qarşı sanksiyalar tətbiq olunsa idi, məsələ bu qədər mürəkkəbləşməzdi. Baxmayaraq ki, Azərbaycan işğala məruz qalmışdı, yenə də müharibə istəmir, məsələnin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu hər zaman bildirirdi. Lakin, eyni zamanda, dövlətimizin başçısı hər zaman bildirirdi ki, Azərbaycan heç vaxt işğal ilə barışmayacaq. Prezident İlham Əliyev illər ərzində bu məsələni ən mötəbər görüşlərdə, ən mühüm beynəlxalq platformalarda qaldırsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra olunmadı. Düşmənin müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilini dəqiq aparan dövlətimizin başçısı bütün dünyaya bildirdi ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanın məhz bu cəzasızlıq sindromu, onun düzgün olmayan notlar üzərində qurulan yanlış siyasəti ən qəddar şəkildə özünü büruzə verdi. Torpaqlarımızı işğal edən mənfur düşmən, mədəniyyətimizə də qənim kəsildi, onu məhv etmək üçün hər şeyi etdi. Bu baxımdan da 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq, talançılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür”.

“Nəzərə alsaq ki, artıq müharibə bitib, münaqişə də həll olunub, Azərbaycan gələcəyə baxır. Bu istiqamətdə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarla əlaqədar gələcək əməkdaşlığa ümid bəsləyir. Beynəlxalq təşkilatlarının digər bir missiyası da humanitar, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığı həyаtа kеçirmək, dövlətlərə və insаnlаrа hеç bir fərq qоymаdаn аzаdlıq, insаn hüquqlаrınа hörmət və оnun gеnişləndirilməsini təşviq etməkdirsə, burada da biz ikili standartların şahidiyik. Dövlətimizin başçısı Vladanka Andreyeva ilə görüşdə bu məsələləri də dilə gətirdi. İşğal müddətində Azərbaycan sözügedən ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, UNESCO bundan imtina etdi. Müharibə bitdikdən sonra isə, əksinə, UNESCO bölgəyə gəlmək istədiyini bildirir. Bu ikili standartların bariz nümunəsidir. Buna baxmayaraq, Azərbaycan buna da razıdır. Lakin indi Ermənistan yenə etiraz etdiyinə görə missiya gecikir. Erməni mifologiyasının bir parçası olan, guya ermənilərin qədim tarixə, mədəniyyətə malik olmalarını bildirmələri, Qafqazda “vəhşi müsəlmanlar” arasında qalmaqlarını, mədəniyyətin ocağı beşiyi, ya da son məntəqəsi olmalarını iddia etmələrinə baxmayaraq Ermənistan aydın dərk edir ki, məsciddə donuz saxlamaqla, 60-dan çox məscidi, Qarabağda yerləşən yeganə provaslav kilsəsini dağıtmaqla mədəniyyəti məhv edən, insanların dini inancını təhqir edən məhz onlardır. Ermənistan missiyanın gəlməsini gecikdirir, çünki bilir ki, törətdiyi qanunsuzluqlar qeydiyyata alınacaq və o, beynəlxalq məsuliyyətə cəlb olunacaq”, - deyən Şəbnəm Həsənova bildirib ki, illər ərzində Ermənistan cəzalanmadığına, ona qarşı sanksiyalar tətbiq olunmadığına görə bu kimi mənfur əməllərinə davam edib.

“Bütün bu ikili standartlara və ədalətsizliyə baxmayaraq Azərbaycan güclü, dünyəvi dövlətdir və ən əsası isə seçdiyi ədalət və inkişaf yolundan heç zaman dönməyəcək. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının icra etmədiyi, ya da etmək istəmədiyi dörd qətnaməsini BMT Nizamnaməsinin 51-ci maddəsini, yəni hər bir ölkənin özünümüdafiə hüququnu rəhbər tutaraq, beynəlxalq normalar çərçivəsində özü icra etməsi bunun əyani sübutudur. Azərbaycan təkcə beynəlxalq təşkilatların etməli olduğu işi icra etmədi, o həm də regionda erməni şovinizmini məhv etdi. Düşünürəm ki, beynəlxalq təşkilatlar bu bəşəri missiyanı yerinə yetirdiyinə görə Azərbaycana minnətdar olmalıdır”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır

Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib

Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir

® “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

FHN dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyini diqqətdə saxlayır

Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib

Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin V cildi çapdan çıxıb

Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb

Musiqili Teatr iyul repertuarını açıqlayıb

Lənkəranda mənzildə 68 yaşlı qadın meyiti tapılıb

Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb

İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

“Təhsilalanların sosial media savadlılığının artırılması” layihəsi həyata keçirilib

Avro-2024: Kilian Mbappe Polşa ilə matçda oynaya bilər

Qida Təhlükəsizliyi Agentliyinin sədri Göyçayda vətəndaşları qəbul edib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu günədək 400 min hektardan artıq sahədə taxıl biçini aparılıb – operativ məlumat

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq

Azərbaycanı sevən Renato Formenti növbəti dəfə Ədəbiyyat Muzeyinin qonağı olub

“The Jerusalem Post”: Bakı Kommünikesi COP29 çərçivəsində kiçik ada dövlətləri ilə dialoqa çağırır

Zəngilanda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələrə başlanılıb

Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM

Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq

Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək

Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər

Tədqiqat: Qəhvə içmək hərəkətsizliklə bağlı ölüm riskini azalda bilər

Ötən il Londonda silahlı cinayətlərin sayı artıb

ABC nəşri: Fransızlar Makronu Romanı yandıran Neronla müqayisə edirlər

Əməliyyat zamanı həlak olan polis kapitanı torpağa tapşırılıb VİDEO

Yeni nəşr: “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü”

“Sabah” Xorvatiya millisinin sabiq futbolçusu ilə anlaşıb

Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək

Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb

ANAMA: Ötən həftə ərzində 946 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiq edən dövlətlərin sayı artmaqdadır - ŞƏRH

Tural Əliyev: Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt olunmayacaq

Nazirlik: 835 nəfər xaricdə təhsil üçün Dövlət Proqramına müraciət edib

Baş prokuror: Qondarma “qurum”un separatçı rəhbərləri barəsində cinayət işləri məhkəməyə göndəriləcək

ABŞ-ın Ayova ştatından quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

“Sabah” klubu üç basketbolçu ilə müqaviləni yeniləyib

Qabiliyyət imtahanlarında iştirak edəcək konsertmeysterlərin nəzərinə

Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib VİDEO

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının iclasında əsassız varlanma mövzusu ətrafında müzakirələr aparılıb

Ərəb mediası Qərbi Azərbaycan həqiqətlərindən yazıb

Sabah paytaxtın iki prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin yeni formada verilməsinə başlanılıb

Sabah bəzi Bakı ətrafı ərazilərdə yağış yağacağı ehtimalı var

Prorektor Mahirə Hüseynova: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk “Məzun günü”

Üçüncü “Baku Piano Festival” çərçivəsində istedadlı uşaqların konsertləri olub

Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər

“Divanü lüğat-it-türk”ün 950 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçiriləcək

Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər

Avro-2024: Oyun vaxtı huşunu itirən futbolçunun son durumu açıqlanıb

“Nərd oyunu” kitabı yenidən nəşr edilib

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib

FHN: Ötən sutka ərzində 41 halda yanğına çıxış olub, 7 nəfəri xilas edilib