DÜNYA
Portuqaliyada sualtı vulkan püskürməsi dənizin səviyyəsinin dəyişməsinə səbəb olub
![Portuqaliyada sualtı vulkan püskürməsi dənizin səviyyəsinin dəyişməsinə səbəb olub](/files/2022/1/1200x630/16424207972478758486_1200x630.jpg)
Lissabon, 17 yanvar, AZƏRTAC
Sakit okeandakı Xunqa-Tonqa-Xunqa-Xaapay sualtı vulkanının püskürməsi nəticəsində yaranmış sunami Azor adalarında, Madeyreda və Penişi kurort şəhərində dənizin səviyyəsinin dəyişməsinə səbəb olub.
AZƏRTAC Portuqaliya Dəniz və Atmosfer İnstitutunun (IPMA) məlumatına istinadla xəbər verir ki, zərbə dalğası müxtəlif okeanlara yayılıb. Portuqaliyanın bütün sahilyanı zonasında dəniz səviyyəsinin yarım metrə qədər dəyişməsi müşahidə olunub.
İnstitutun məlumatına görə, Xunqa-Tonqa-Xunqa-Xaapay vulkanının püskürməsi o qədər güclü olub ki, yer qatının silkələnməsi vulkandan minlərlə kilometr məsafədə də hiss edilib, hətta Yer kürəsinin əks tərəfində də atmosfer təzyiqinin dəyişmələri qeydə alınıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon