Azərbaycan Dövlət İnformasiya Agentliyi

Postmüharibə reallıqlarında Azərbaycan diplomatiyasının uğurlarını şərtləndirən amillər

Postmüharibə reallıqlarında Azərbaycan diplomatiyasının uğurlarını şərtləndirən amillər

Bakı, 22 oktyabr, AZƏRTAC

Vətən müharibəsindən sonra regionda geosiyasi konfiqurasiya formalaşıb və dünyanın əsas güc mərkəzləri yeni reallıqları qəbul edib. Hazırda Cənubi Qafqazda regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Avropa İttifaqının (Aİ) əsas hədəflərindəndir. “Brüssel sülh gündəliyi” adını alan format çərçivəsində Aİ regionda öz siyasi mövcudluğunu qoruyub saxlamaq və karbohidrogen ehtiyatlarının nəqlini fasiləsiz və sabit şəkildə təmin etməyi hədəfləyir. Digər tərəfdən, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda daxili siyasi böhran dərinləşməkdə davam edir. Müxalifət partiyaları baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham etsə də, o da rəqiblərini cavabsız qoymur. Baş nazir oktyabrın 5-də Ermənistan parlamentində çıxışı zamanı əvvəlki hakimiyyətlərin “pis miras” qoyub getdiklərini deyib.

Bu fikirlər politoloq İlyas Hüseynovun “Postmüharibə reallıqlarında Azərbaycan diplomatiyasının uğurlarını şərtləndirən amillər” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması Brüsselin əsas prioritetidir. Belə olan təqdirdə, rəsmi Bakı da enerji sahəsində asılılığı əsas götürərək Ermənistanla sülh müqaviləsinin imzalanmasını və bütün proseslərin öz xeyrinə nəticələnməsini qarşıya məqsəd qoyub.

Xüsusilə qeyd edək ki, müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri əhatə edir. Bu proses suveren dövlətlərin daxili və xarici siyasətinə düzəlişlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, eyni zamanda, dünyanın inkişafının başlıca meyillərinə çevrilib. Sevindirici haldır ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə mükəmməl və praqmatik xarici siyasət yürüdən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz dünya birliyinin bütün, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. Xüsusilə Vətən müharibəsində əldə olunan Zəfərin nəticəsidir ki, indi Azərbaycanın iştirakı ilə regionda, hətta dünya miqyasında strateji layihələr reallaşır. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas amillərindən birinə çevrilib.

Digər tərəfdən, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar hər şeydən öncə ulu öndər Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanıb. Danılmazdır ki, Azərbaycanın qazandığı uğurların təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Azərbaycan dövlətinin Avropaya və dünyaya inteqrasiyasının siyasi prinsip və əsasları Ulu Öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsi idi. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən Ümummilli Liderin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir.

Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaratdı, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atdı. Bu gün Azərbaycan dünya dövlətləri tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu xüsusda ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıq münasibətlərinin qurulması diqqət çəkir. Həmin əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

Dərin ziddiyyətlərin aradan qaldırılmasında Bakının rolu

Son dövrlər Azərbaycan yerləşdiyi mühüm geostrateji bölgəyə görə regionun və dünyanın qlobal güclərini, böyük aktorlarını cəlb edir.

Oktyabrın əvvəlində regional münasibətlərdə baş verən təmaslara nəzər salanda Bakının böyük coğrafi arealda oynadığı mühüm rol diqqət çəkir. İsrailin müdafiə naziri Benyamin Qans Azərbaycana səfəri zamanı təhlükəsizlik məsələləri ilə bağlı önəmli müzakirələr oldu. İsrailin müdafiə nazirini qəbul edən Prezident İlham Əliyev görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi apardı.

Eyni gündə, yəni, oktyabrın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İranın Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Beləliklə, eyni gündə bir-bir ilə kəskin konfrontasiyada olan geosiyasi mərkəzlər Azərbaycanla əlaqə quraraq regional prosesləri müzakirə etdilər. İran-İsrail münasibətlərinin vəziyyəti hər kəsə məlumdur. Eyni gündə rəsmi Bakı həm də Tehranla münasibətlər qurur. Bütün bunlar onu göstərir ki, Azərbaycan böyük ziddiyyətlərin həllində də vasitəçilik imkanlarını təqdim edə bilər. Bu da ölkəmizin beynəlxalq nüfuzuna təsir edən amillərdən biridir. Bütün bu proseslərdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev məhz sülhün qorunması, təhlükəsizliyin gücləndirilməsi ilə bağlı böyük təşəbbüslərlə çıxış edir. Ermənistanla sülh müqaviləsinin imzalanması da Cənubi Qafqazda sülhün dayanıqlılığının artırılmasına hesablanıb.

Oktyabrın 4-də dost və qardaş Türkiyənin hərbçilərdən ibarət geniştərkibli heyəti ölkəmizə gəldi. Həmin gün Yaxın Şərqin digər mühüm geosiyasi mərkəzi olan Ər-Riyaddan Bakıya emissarlar təşrif buyurdu. Prezident İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul etdi. Yaxın Şərq coğrafiyasında önəmli mövqelərdən birinə sahib olan Səudiyyə Ərəbistanın xarici işlər nazirinin Azərbaycana gəlməsi də ölkəmizə verilən dəyərin göstəricisidir. Qeyd edək ki, işğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, Azərbaycanın haqlı işində davamlı dəstək verirdi. Bunun bariz nümunəsi kimi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması xüsusilə qeyd olunmalıdır. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və həmin göstəricinin özü də Bakı ilə Ər-Riyadın yaxınlaşmasına mühüm töhfə verir.

Bakı platforması bir çox formatlarda danışıqlar aparmaq üçün çox əlverişlidir. Çünki Azərbaycanın geniş geosiyasi imkanları ərazi və əhali baxımından kiçik bir ölkənin müxtəlif coğrafiyanı əhatə edən platformalarda fəal olmasına şərait yaradır. Cəmi iki gün ərzində Təl-Əviv, Tehran, Ankara və Ər-Riyad kimi Yaxın Şərqdə əsas və həlledici aktorların Bakı ilə təmaslar qurması Azərbaycanın önəmindən xəbər verir. Bununla yanaşı, rəsmi Bakının danışıqlar üçün münasib platforma kimi qiymətləndirilməsini şərtləndirir. Ümumiyyətlə, Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycana maraq xeyli çoxalıb.

Ağdamdan xüsusi mesajlar və ATƏT-in Minsk qrupunu
“diriltmək” istəyənlərə sərt xəbərdarlıq

Cənubi Qafqazın lider dövləti kimi reallaşdırdığı qlobalmiqyaslı layihələrlə dünyanı heyrətləndirməyə davam edən tarixinin ən qüdrətli Azərbaycanı daha bir ilkə imza atdı. Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - “Azərbaycan Milli Şəhərsalma Forumu”na ev sahibliyi etdi. İşğaldan azad edilmiş Ağdam şəhərində və paytaxt Bakıda iki gün davam edən toplantı BMT-nin Məskunlaşma Proqramının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə reallaşdı. 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.

Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələrin qurulmasıdır.

Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən forumda çıxış edən Prezident İlham Əliyev bir daha erməni vandalizminin əyani təzahürlərini və postmüharibə dövründəki Azərbaycan həqiqətlərini göstərərək qətiyyətli mövqeyini bir daha bəyan edib. İlk forumun məhz Ağdam şəhərində baş tutmasının tarixi və rəmzi mənası var idi. İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq erməni vandallarının otuz il ərzində törətdikləri cinayətləri təkcə bir şəhərimizin fonunda beynəlxalq ictimaiyyətə təqdim etdi. Dövlətimizin başçısı bunu yalnız müharibədən sonra işğaldan azad olunan torpaqlarımıza səfər edən xarici ekspert və jurnalistlərin söylədikləri həqiqətlər əsasında diqqətə çatdırdı.

Prezident İlham Əliyev otuz il ərzində erməni vəhşiliyinin əyani təzahürü olan viran edilmiş ərazilərimizin real mənzərəsini təqdim edərək bütün bunların fonunda Azərbaycanın mövqeyini də açıqlayıb. Ermənistanın tarix boyu Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti fonunda Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da bu ölkəyə sülh təklif edib. İlham Əliyev, həmçinin Vətən müharibəsindən ötən iki il ərzində Azərbaycanın yalnız öz qüdrətinə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı layihələri diqqətə çatdırıb.

Digər mesaj ATƏT-in Minsk qrupu ilə bağlı idi. Bu gün Fransanın və ABŞ-ın timsalında heç nəyə yaramayan həmin institutun bərpa olunması niyyətləri özünü büruzə verir. Bu baxımdan Prezident İlham Əliyev 30 il ərzində danışıqların imitasiyası və münaqişənin dondurulması ilə məşğul olan ATƏT-in Minsk qrupuna ciddi xəbərdarlıq etdi.

Azərbaycan diplomatiyasının Praqa zəfəri

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi adlanan yeni qeyri-rəsmi siyasi birliyin yaradılması həyata keçirildi. “Avropa siyasi birliyi” ölkələrinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də - Avropa İttifaqı liderlərinin sammitindən bir qədər əvvəl Praqada keçirildi. İclasa Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunmuşdu. Qeyd edək ki, dəvət məktublarını Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, birliyin prezidenti Petr Fiala imzalamışdılar. Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var idi.

Həmin ideyanın müəllifinin Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson olduğu məlumdur. Bu ideya Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasına hesablanmışdı. Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun yaxın siyasi tərəfdaşı bu ideyanı inkişaf etdirərək, Avropa İttifaqından kənar bir sıra ölkələrin yeni struktura daxil edilməsi təklifini irəli sürdü. Ukrayna ilə yanaşı, siyahıya Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova da daxil edildi.

İdeyaya görə, “Avropa siyasi birliyi” Avropa siyasəti, təhlükəsizliyi, iqtisadiyyatı və infrastrukturu ilə bağlı məsləhətləşmələr aparacaq qeyri-rəsmi birlik olacaq.

Son aylar kürəyini Qərbə söykəyən Ermənistanın baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaması, ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin İrəvana səfəri və KTMT-dən çıxmaqla bağlı nümayişlər və Paşinyanın ailəsinə bağlı olan mətbuat orqanında Rusiyanın ünvanına çoxsaylı hədələr də Avropadakı himayədarlarının xoşuna gəlmək üçün jest kimi dəyərləndirilir. Bütün bunlar Praqa görüşünün nəticəsinə yönəlmişdi.

Nikol Paşinyan Praqada nəzərdə tutulmuş görüşdən öncə Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə dördtərəfli və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ayrıca görüşünün sülh gündəliyi çərçivəsində olacağını demişdi.

Ümumiyyətlə, Paşinyan sülh prosesində nə dərəcədə səmimidir? Onun bu fikirləri Ermənistanın sülh sazişini imzalamağa hazır olduğunu deməyə əsas verirmi?

Ermənistanın hərbi yolla status-kvonu dəyişmək imkanı yoxdur. Həm də təxribatlara əl atması nəticəsində sarsıdıcı zərbələr alan Ermənistanın hərbi-siyasi hakimiyyəti bütün diqqətini danışıqlar masasına yönəltdi. Belə ki, sentyabrın 12-dən 14-dək dövlət sərhədində həyata keçirilən hərbi təxribatlar Ermənistan üçün çox acı nəticələr verdi. Bütün bunlardan sonra danışıqlarda müəyyən aktivlik hiss olunur. Praqada keçirilən önəmli görüşlər də bunun göstəricisidir. Erməni cəmiyyətinin daxilində də vəziyyəti dəyişib. Hazırda Ermənistan parlamentinin sədri, xarici işlər naziri və digərləri daha çox sülhdən danışır. Bundan əlavə, Paşinyanın ailəsinə məxsus olan “Haykakan Jamanak” qəzeti Azərbaycanın irəli sürdüyü şərtləri dərc etdi. Ardınca Paşinyan da parlamentdə sülh haqqında danışmağa cəsarət etdi.

Sentyabr təxribatından sonra Paşinyan parlamentdəki çıxışında Azərbaycanla hansısa bir sənədi imzalamağa hazır olduğunu söylədi. Lakin revanşistlərin etiraz aksiyasından sonra öz fikrindən geri çəkildi. Lakin o, yenidən sülhdən danışmağa başlayıb. Praqada keçirilən görüşlərdə də proses davam edib. Odur ki, dördtərəfli görüşü danışıqların növbəti mərhələsi hesab etmək olar. Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Paşinyanla görüşündə sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması prioritet olub. Çünki Türkiyə üçün nəqliyyat əlaqələrinin açılması çox önəmlidir. Bütün bunlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində öndə dayanır. Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülhdən yayınması təhlükəsizliyə zərbə vurması Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına kölgə salır. Bu normallaşma prosesində Bakı ilə Ankara arasında güclü siyasi koordinasiya var.

Hər zaman önəmli danışıqlar öncəsi N.Paşinyan sülhdən bəhs edir. Lakin danışıqlardan sonra dövlət sərhədində gərginlik yaşanır və bu, bəzən genişmiqyaslı təxribatlara çevrilir. Lakin sülh danışıqları ardıcıl olmalı və məntiqi sonluqla yekunlaşmalıdır. Bu xüsusda Azərbaycanın irəli sürdüyü beş bənddən ibarət olan təkliflər gələcəkdə sülh müqaviləsinə çevrilməlidir. Ermənistan prosesləri pozduqca Azərbaycanın mövqeyi daha da prinsipiallaşır. Ona görə də nə qədər ki, gec deyil, sülh müqaviləsinin imzalanması Ermənistanın özü üçün də faydalıdır. Sülhlə bağlı təşəbbüslər daimi olaraq masa üzərində qalmamalı, həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, zaman Azərbaycanın xeyrinə işləyir. Rəsmi İrəvan bu reallığı nəzərə almalı, regionun gələcəyi və təhlükəsizlik mühitinin gücləndirilməsi naminə sülh müqaviləsini imzalamalıdır.

Qarabağın Azərbaycanın ərazisi olması heç bir vasitəçidə şübhə doğurmur. Eyni zamanda, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı. Burada BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsi əsas götürülür.

Mərkəzi Asiyada yerləşən dövlətlərin Azərbaycana marağı
və Orta Dəhliz ideyasının reallaşması

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Həmin diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. 44 günlük müharibənin uğurlu nəticələri göstərdi ki, Azərbaycan dünya dövlətləri arasında öz sözünü deyir, daxili və xarici siyasətdə davamlı uğur əldə edir. Dövlətimizin başçısının məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək.

Prezident İlham Əliyevin Qırğızıstan və Qazaxıstana səfəri mühüm siyasi nəticələrlə yadda qaldı. Son dövrlər türk dünyası arasında dərin inteqrasiya meyilləri müşahidə olunur.

Son vaxtlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm müşahidə olunur. Bu prosesdə dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkəsi mühüm rol oynayır. Ölkəmiz isə geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları ilə həmin prosesdə vacib həlqəyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki həmin beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”.

Azərbaycanın Şərqlə-Qərb arasında münasibətlərin inkişaf etdirilməsində rolu

Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzunun onun beynəlxalq təşkilatlarla əlaqələrində özünü büruzə verir və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü, imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Bu kontekstdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsini və iki il ərzində uğurlu fəaliyyətini qeyd etmək lazımdır. Şübhəsiz, hələ 2011-ci il oktyabrında BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun məntiqi nəticəsi idi.

Azərbaycan Prezidentinin bu yaxınlarda Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaradan və bugünkü böhran dövründə etibarlı enerji təchizatçısı kimi özünün təsdiqləyən Azərbaycanın qazandığı beynəlxalq nüfuzun, dövlətimizin başçısının vaxtında uzaqgörənliklə verilmiş qərarlarının məntiqi nəticəsidir. Bu gün həm də Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında fəal rol oynayır ki, bu da “Köhnə qitə”nin ölkəmizə artan marağının göstəricisidir.

Qeyd etməliyik ki, bu ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində, oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi”nin sammitində, hazırda isə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, onun çevik xarici siyasət yürütməsinin bariz nümunəsidir.

Azərbaycan dövləti formalaşdıqca, beynəlxalq münasibətlərin əsas aktorlarından biri kimi dünyada özünəməxsus yer tutduqca, ikitərəfli münasibətləri yerinə yetirir. Bu ikitərəfli münasibətlərə bir tərəfdən səfirliklərin açılması, qarşılıqlı mədəni, sosial, siyasi, iqtisadi münasibətlərin yaradılması, digər tərəfdən ölkələrin xalqları ilə münasibətlərin inkişaf etdirilməsi sahəsində işlər daxildir. Ölkəmiz mövcud problemləri dünya dövlətlərinin, dünya xalqlarının, beynəlxalq qurumların diqqətinə çatdırmaq istiqamətində səmərəli fəaliyyət göstərir və Şərqlə-Qərb arasında mühüm rol oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb