Praqa ilə London arasında nüvə energetikası üzrə memorandum imzalanıb
Praqa, 15 iyul, AZƏRTAC
Çex Respublikası Böyük Britaniya ilə nüvə energetikası sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu, Londonda iki ölkənin Baş nazirləri Petr Fiala və Kir Starmer arasında keçirilən görüşdən sonra baş verib.
K.Starmerlə danışıqlardan sonra jurnalistlərə müsahibə verən P.Fiala deyib: “Hər iki ölkənin nüvə enerjisi sahəsində tərəfdaşlıq əlaqələrini gücləndirmək istəyini təsdiq edən memorandum imzalanıb, burada yaxın illər üçün böyük potensial görürük. Böyük Britaniya ilə əməkdaşlıq bizə enerji təhlükəsizliyini və gələcək nəsillər üçün sərfəli enerji təmin etməyə imkan verəcək”, - deyə o əlavə edib.
Böyük Britaniya hökuməti də nüvə enerjisinə aşağıkarbonlu enerjiyə keçidin və enerji təhlükəsizliyinin təmin edilməsinin vacib hissəsi kimi baxır. Ənənəvi enerji bloklarının tikintisi ilə yanaşı, Britaniya hökuməti kiçik modul reaktorların inkişafını da dəstəkləyir.
Çexiya-Britaniya əməkdaşlığında əhəmiyyətli dəyişiklik Çex enerji holdinqi ČEZ-in modul nüvə reaktorlarının, yəni, seriyalı modullardan yığılan daha kiçik reaktorların hazırlanmasında ixtisaslaşan “Rolls-Royce SMR” şirkətinə bu yaxınlarda daxil olması ilə baş verib.
“Rolls-Royce SMR” ilə əməkdaşlıq çərçivəsində ČEZ holdinqi 2050-ci ilə qədər Çexiyada ümumi gücü üç giqavata çatan modul reaktorlar tikməyi planlaşdırır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]