Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

Bakı, 15 avqust, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluğa işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə əsasında prokurorluq işçilərinin 65 faizini təşkil edən 780 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 60 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər: Şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti, ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri, 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.

Sənədlər 2017-ci il sentyabrın 5-dən etibarən Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 10:00-dan 17:30-dək qəbul olunacaq. Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaq.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.

Əlavə məlumat almaq üçün 492-74-32, 492-06-82, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruridir

Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Pakistanın şimal-qərbində 2 terrorçu öldürülüb

Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib

Blinken: NATO ölkələri Ukraynaya yeni yardım paketi təqdim edəcəklər

Azərbaycan Dövlət Rəqs Ansamblı 36 ildən sonra İstanbulda ilk konsertini verib

Gəncə Dövlət Universitetinin tələbələri mükafatlandırılıb

Suraxanıda “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı festival keçirilib

Göygölə dolu düşüb

Tütün hər il dünyada 8 milyondan çox insanın həyatına son qoyur

Qızıl Avropa Liqası: Qadın voleybolçularımız qalib gəlib, kişilər isə növbəti məğlubiyyətlə üzləşib

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Füzulidə olublar

Mixail Neyjmakov: COP29 çərçivəsində nüfuzlu beynəlxalq aktorların nümayəndələri arasında əhəmiyyətli danışıqlar aparıla bilər – ŞƏRH

III Beynəlxalq Minatəmizləmə Konfransı işini başa çatdırıb – YENİLƏNİB VİDEO

ADA Universitetinin və XİN-in birgə təşkilatçılığı ilə keçirilən bu ilin ilk “Xarici Siyasət Proqramı” başa çatıb

Məktəblilər uşaq yazıçısı “Gülzar nənə” ilə görüşüblər

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Azərbaycanın və Türkiyənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair birgə bəyanat imzalanıb

Ağsu sakini qonşusunu güllələyib

Ağdamda il ərzində 5 milyon kvadratmetr dam örtüyü istehsal ediləcək

Dövlət və özəl sektorun iştirakı ilə “yaşıl iqtisadiyyat”a keçiddə ESG prinsiplərinin əhəmiyyətinə dair konfrans keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin XVIII hesabat-seçki konfransı keçirilib

Gədəbəydə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

AQTA: Monitorinqlər zamanı 133 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan atıcısı Avropa çempionatında bürünc medal qazanıb

Ümumdünya Tütünsüz Günündə İçərişəhərdə ziyarətçilər üçün tütün istifadəsi və satışı müvəqqəti olaraq dayandırılıb

Heydər Əliyev Mərkəzində “Təbəssüm bağı” nümayiş olunacaq

Azərbaycan boksçusu Olimpiya lisenziyasının bir addımlığında

Nobel mükafatçısı Əziz Səncər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

FHN Akademiyasındakı tədbirdə COP29 ilə əlaqədar radiasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışılıb

2024/2025-ci tədris ilində BDU-nun “SABAH” qruplarında 6 ixtisas və 8 ixtisaslaşmada tədris aparılacaq

Uşaq evlərinin 143 sakini üçün təlimlər təşkil olunub

Nüsrət Süleymanov: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik

Minaların ətraf mühitə təsirinin azaldılması ilə bağlı üçüncü beynəlxalq konfransın Bəyannaməsi qəbul edilib

Monitorinq Mərkəzi “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirib

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək

Bakıda “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransı baş tutub

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhedən

Naxçıvanda 14790 ədəd çətənə kolu məhv edilib

® “Kapital Bank” və “Qırmızı Ürəklər Fondu” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib

AMEA-nın yubileyi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabı yenidən çapa hazırlanır

Bakıda “Erkən uşaqlıq dövrünün inkişafı - koordinasiyalı fəaliyyət” mövzusunda konfrans təşkil olunub

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan

Doktoranturalar (adyunkturalar) yaradılan ali təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib

AQC sədri: Məqsədimiz ortaq türk qiymətləndirmə standartlarını hazırlamaqdır

Türkiyə Superliqasının ən dəyərli futbolçusu və komandası açıqlanıb

“Masallı folkloru örnəkləri” kitabının III cildinin təqdimatı keçirilib

Qarabağ Universitetinin rektoru: Elan olunan vakansiyalara böyük maraq var - MÜSAHİBƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

III Beynəlxalq Minatəmizləmə Konfransının yekunlarına dair Bəyannamə qəbul edilib

Göyçayda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Ukrayna 75 nəfəri əsirlikdən geri qaytarıb

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

İrlandiyada Azərbaycan Bayrağı qaldırılıb

Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü Londonda qeyd olunub VİDEO

® “Azerconnect Group” “Best Managed Companies Azerbaijan 2024” mükafatına layiq görülüb

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirlərindən irəli gələn elmi məsələlər müzakirə olunub

Pekində robot taksilər işə salınacaq

Türkiyə klubu Əmrə Bələzoğlu ilə yollarını ayırıb

“Qərənfil” körpələr evi-uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü

MDB-nin Gənclər paytaxtı Daşkənd şəhəri Qlobal Gənclər Festivalına ev sahibliyi edəcək

Sədr: KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması üçün təkliflər nəzərdən keçirilir

"Femida Könüllüləri" təşkilatının 50-dən çox gənci vəkil bürolarında fəaliyyətə başlayacaqlar

Azərbaycan boksçusu: Paris Olimpiadasında tarix yazacağıma söz verirəm

Dünya ölkələrinin media nümayəndələri Türkiyənin termal turizm paytaxtını ziyarət ediblər

Nazir müavini: Son 6 ildə 80 minə yaxın mikro və kiçik ailə təsərrüfatı yaradılıb

Hakimlər İttifaqı ilə “Femida Könüllüləri” təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

UNEC-in əməkdaşı Koreyanın beyin mərkəzində siyasi ekspert kimi fəaliyyət göstərəcək

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilib VİDEO

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3 000-i ötüb

ABA və Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

“Cell Discovery” elmi nəşri: Diabet uğurla müalicə edilib

Arden Universitetinin müəllimi BDU tələbələrinə ustad dərsi keçib

“Bülbül” körpələr evi-uşaq bağçasında bayram tədbiri

Nazir müavini: Böyük sənaye müəssisələri qurularkən ekoloji göstəricilərin nəzərə alınması zəruridir

“İqlim dəyişiklikləri, sülh və təhlükəsizlik: COP29 və sonra” mövzusunda paralel tədbir keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək atletlər müəyyənləşib

Laçında daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

FIBAA rəsmisi: UNEC-in ixtisaslarının beynəlxalq akkreditasiyası üçün bütün imkanlar mövcuddur

Azərbaycan minifutbol millisi Avropa çempionatının əsas favoritlərindən hesab olunur

Region mediası nümayəndələrinin iştirakı ilə konfrans təşkil olunub

İyunun 1-dən “tedaruk.az” portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsinə başlanır

Rus Dram Teatrının iyunun birinci yarısı üçün repertuarı açıqlanıb

“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Türkiyədə çap olunub

“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub

İyunda havanın iqlim normasına yaxın, yağıntıların bir qədər yüksək olacağı gözlənilir

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə müsahibəyə çıxarılıb

“Paris-2024”: Azərbaycan boksda ən çox lisenziya qazanan Avropa ölkələri sırasında

Azərbaycanın hərbi və mülki şəxslərinin minaya düşməsində Ermənistan məsuliyyət daşıyır ŞƏRH

“AzInTelecom”un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

Çağdaş Azərbaycan uşaq ədəbiyyatı nümayəndələri ilə görüş keçirilib

Estoniyalı futbolçu “Sumqayıt” klubundan ayrılıb

Sektor müdiri: Ətraf mühit və dayanıqlı inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən biridir