Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Q Ə S D
(1995-ci il 13-17 mart)

1995-ci ilin mart hadisələrindən yeddi il keçir. Azərbaycan dövlət televiziyası bununla bağlı xüsusi verilişlər hazırlamışdır. Martın 16-da efirə getmiş verilişin mətnini oxuculara təqdim edirik. 

APARICI: Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlətçiliyimizə çox qəsdlər olub. Hətta bu qəsdlər bir zərərli ənənə kimi bir çox siyasi və hərbi qüvvələrin vərdişinə çevrilmişdi. Məhz Heydər Əliyev qətiyyəti, Heydər Əliyev qüdrəti bu bəd niyyətlərdən əl çəkməyənlərə tarixi bir dərs verdi.

1995-ci ilin martında Azərbaycanın başı üzərində yenə də qara buludlar dolanırdı. Qan-qada bahasına əldə olunan müstəqilliyimiz növbəti sınaqla üz-üzə qalmışdı. Hərc-mərclikdən, özbaşınalıqdan yaxasını yenicə qurtlaran ölkə təzədən fəlakətə sürüklənirdi. Bu, Heydər Əliyevin fədakarlığı ilə günü-gündən möhkəmlənən dövlət müstəqilliyimizə xarici düşmənlərin himayədarlığı ilə milli dönüklərimizin yeni qəsd xülyası idi. Məkrli düşmən qüvvələr 1993-ci ilin yayından sonra dəfələrlə puç olmuş xain niyyətlərini həyata keçirmək üçün omonçuların əli ilə açıq hərbi mübarizəyə keçmişdilər. Martın əvvəllərində Qazaxda və Ağstafada başlanan dövlət çevrilişinə cəhd getdikcə paytaxta doğru səmtlənirdi.

ANAR MEHDİYEV (tələbə): Müəyyən qüvvələr vardı ki, Azərbaycan dövlətçiliyinin qüvvətlənməsini istəmirdilər. Öz məqsədlərinə çatmaq üçün müxtəlif xarici ölkələrin kəşfiyyat orqanları vasitəsilə bu işləri törədirdilər. Lakin biz o hadisədən dərs götürməliyik ki, Azərbaycan dövlətçiliyi heç bir şeydən asılı olmayaraq qorunub saxlanmalıdır.

ALİYƏ TƏHMASİB (məktəb direktoru): Mart ayının 13-17-də baş vermiş hadisələr yenə də gözlərimiz önündə canlanır. Biz həmin tarixi yaşamışıq, bunu xalqımızın tarixində qanlı səhifələr kimi xatırlayırıq. Bu, 1994-cü ilin oktyabr ayındakı dövlət çevrilişinə cəhdin davamı idi. Daxili İşlər Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri ölkəni vətəndaş müharibəsinə sürükləyirdilər.

İLQAR QILICOV ( Milli Məclisin deputatı) : Müstəqil respublikamızın həyatında anarxiya, özbaşınalıq dövrü kimi səciyyələndirilən 1991-1992 -ci illər, 1993-cü ilin birinci yarısı hamımızın yadındadır. Çox böyük sınaqlar, cətinliklər bahasına qazandığımız müstəqilliyimizin itirilməsi, dövlətçiliyimizin məhv olması təhlükəsi yaranmışdı.

Bir yandan erməni işğalçılarının ardı-arası kəsilmədən törətdikləri vəhşiliklər, digər tərəfdən öz içərimizdəki qara qüvvələrin naqis əməlləri ölkəmizi uçuruma yuvarlayırdı. Belə qüvvələrin ən təhlükəlisi Xüsusi Təyinatlı Polis Dəstəsi idi. Bu dəstə ona görə təhlükəli hesab olunurdu ki, o yüksək dərəcədə silahlanmışdı. Onun törətdiyi cinayətlərin qarşısını almaq mümkün deyildi. Çünki o dövlətin əsas güc strukturlarından olan Daxili İşlər Nazirliyinin tərkibində idi. Onun rəhbərləri Cavadov qardaşları isə yüksək vəzifələr tuturdular. Buna görə də həmin dəstənin qətllə, qarətlə, terrorla müşayət olunan əməlləri örtbasdır edilir, qarşısı alınmırdı. Belə şəraitdə daha da azğınlaşmış dəstəyə başçılıq edən Cavadov qardaşları öz iradələrini dövlətə diqtə etmək, ona təzyiq göstərmək, hədə-qorxu gəlmək iddiasından çəkinmirdilər.

1994-cü ilin oktyabr hadisələri uzaq tarix deyil, dünənki həyatımızdır. Xüsusi Təyinatlı Polis Dəstəsinin dövlət adamlarına qəsd etməsi, qan tökməsi və dövlət çevrilişinə cəhdinin müstəqil respublikamız üçün nə qədər qorxulu olduğunu söyləməyə ehtiyac yoxdur. O vaxt yalnız möhtərəm Prezidentimiz Heydər Əliyevin müdrikliyi sayəsində qanlı olaylardan xilas ola bildik.

Hamı elə düşünürdü ki, möhtərəm Prezidentimizin humanist addımından, milli həmrəyliyə, milli birliyə çağrışından sonra Xüsusi Təyinatlı Polis Dəstəsi, Cavadov qardaşları öz cinayətkar əməllərindən əl çəkəcək, müstəqil dövlətçiliyimizə arxadan zərbə vurmayacaqlar.

Amma belə olmadı. Cəmi bir neçə ay keçməmiş, Cavadov qardaşları yenidən ipə-sapa yatmaz oldular. Ayrı-ayrı müxalifət qüvvələrindən, xarici kəşfiyyat orqanlarından hərbi və siyasi dəstək alan Cavadov qardaşları hakimiyyəti devirmək, bir çox ictimai-siyasi xadimləri qətlə yetirmək niyyətlərini gizlətmədilər. Onların bu hərəkəti dövlətə açıq-açığına meydan oxumaq, hakimiyyəti zor gücünə, silah gücünə mənimsəmək cəhdi idi.

APARICI: Mart olaylarından illər keçsə də, bu gün onun təhlilinə ciddi ehtiyac var. Birincisi, dövlətə silah gücünə iradəsini qəbul etdirmək yolverilməzdir və yol verilmədi də. Heydər Əliyevin iradəsi ilə artıq neçənci dəfə belə zərərli praktikanın qarşısı alındı.

Ikincisi, mart hadisələri göstərdi ki, qara qüvvələrin dairəsi nə qədər geniş olsa da, respublikamızın əhalisi heç nədən çəkinmədi, Prezident Heydər Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyi qorudu.

Üçüncüsü, zaman bir daha sübut etdi ki, xalq öz milli liderini müstəqilliyinin təminatçısı hesab edir, başqa heç kimi tanımır. Elə buna görə də məqsədləri, niyyətləri yalnız hakimiyyəti ələ keçirmək olan omonçular əhali arasında dəstəklənmədi və tezliklə süquta uğradılar.

TAHİR KAZIMOV ( Respublika Prokurorluğunun idarə rəisi) : İstintaqla tam sübuta yetirilib ki, həmin adamlar, yəni Xüsusi Təyinatlı Polis Dəstəsinin başında duranlar ayrı-ayrı dövlətlərin xüsusi kəşfiyyat orqanları qarşısında müəyyən öhdəliklər götürmüşdülər. Təbii ki, onlara da cavab verməli idilər. Ona görə də mart hadisələri baş verdi. Baxmayaraq ki, dövlətimizin başçısı tərəfindən onlara qarşı yeni bir humanist addım atılmışdı. Martın 16-da Prezidentimiz müraciət edərək bildirdi və fərman imzaladı ki, silahı təhvil verənlər bağışlanılacaqdır.

Cinayətkarlar bilirdilər ki, onlar indiki məsuliyyətdən azad olunurlar. Amma əvvəllər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Adam oğurluğu, qətllər, qarətlər və digər cinayətlərdən yaxa qurtara bilməyəcəklər.

Qazax hadisələri Bakıdan başlamışdı. Fevral ayının axırlarında Rövşən Cavadovun mənzilində onun, Adil Hacıyevin, Faiq Bəxşəliyevin və başqalarının iştirakı ilə müşavirə keçirilmiş, qərara alınmışdı ki, Azərbaycanda mövcud olan hakimiyyət Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən devrilməlidir. Həmin müşavirədə Kənan Gürəl soruşur ki, bu, necə başlanacaq? O vaxta qədər onların tədbirləri olmuşdu, hazırlaşmışdılar, bu, son müşavirə idi, plan hazır idi. Rövşən Kənan Gürələ cavab verir ki, Elcin Əmiraslanov öz dəstəsi ilə Qazaxa gedəcək və cevriliş də oradan başlanacaqdır.

Mart ayının əvvəllərində Elçin Əmiraslanovun rotası “Cənub” mehmanxanasında qərar tutmuşdu. O, öz dəstəsi ilə birlikdə Qazaxa gedir. Mart ayının 8-dən etibarən həmin rotanın 46 rəsmi, 24 qeyri-rəsmi üzvü var idi. Elçin Əmiraslanov onlara tapşırır ki, öz qohumlarını, tanışlarını, dostlarını, döyüş təcrübəsi olan adamları dəstəyə cəlb etsinlər ki, ikinci həftənin axırına yaxın dövlət çevrilişinə Qazaxdan başlanılacaqdır.

Mart ayının 12-də axşamçağı Kənan Gürəl və Rövşən Cavadovun şəxsi mühafizə dəstəsının üzvü Vilayət İsmayılov Qazaxa gəlir və Elçin Əmiraslanova xəbərdarlıq edirlər ki, siz bir gün gecikirsiniz. Siz dünən artıq başlamalıydınız. Niyə gecikirsiniz? Elçin Əmiraslanov Bakıdan əmr gözlədiyini bildirir.

Həmin gecə Elçin Əmiraslanov öz dəstəsini hissələrə bölür və onlara Qazaxda poliş şöbəsini, poçtu, icra hakimiyyətini, orada bir hərbi hissə vardı, onu tutmalarını tapşırır.

Bu obyektləri zəbt etmək üçün eyni dəstələr Ağstafa rayonunda da yaradılır. Plana görə bunlar Qazax və Ağstafa rayonlarında hakimiyyət orqanlarını ələ keçirməli, sonra Tovuz və Ağstafa rayonlarının sərhəddində - “Cavanşir” restoranında qərargah qurub gözləməli idilər. Həmin plana uyğun olaraq, digər rayonlarda da bu cür əməliyyatlar keçirilməli idi. Martın 15-də onlar hərbi hissəyə basqın etdilər.

HÜSEYN ƏLİXANOV ( Nizami rayon prokuroru): Fərman Dəmirqol və Kənan Gürəl Rövşən Cavadov ilə ayrı-ayrılıqda görüşlər kecirmiş və həmin görüşlərdə müəyyən tapşırıqlar vermişdir. O tapşırıqlara əsasən Fərman Dəmirqol Azərbaycanda müxalifətdə olan siyasi partiyaların vahid halda birləşməsini təmin etməli idi və həmin siyasi təşkilata, müxalifətdə olan hərbi qüvvələr cəlb olunmalı idi. Kənan Gürəl isə ticarətiçi kimi Bakıya gəlmişdi və burada firma yaradıb ofis qurmuşdu.

Faktiki olaraq, həmin ofisdən siyasi məqsədlər üçün istifadə edilirdi və istər Türkiyədən, istərsə də Azərbaycanın daxilində olan bir sıra siyasi qurumların nümayəndələri orada görüşlər keçiriblər. Kənan Gürelə verilən tapşırığa əsasən Rovşən Cavadovla, eləcə də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandir heyəti, dəstənin digər üzvləri arasında iş aparmağa imkan verilir, onların bu işə cəlb olunması üçün müəyyən hərəkətlər edilir, tapşırıqlar verilir. Əsas rəhbərlik isə Fərman Dəmirqola tapşırılmışdır.

Yalçın Ərdal Bakıdan Türkiyəyə getdikdən sonra Fərman Dəmirqol Tofiq Qasımovla görüşərək, Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (ASAM) adı altında bir təşkilatın yaradılması haqqında məsləhətləşir. Bu təşkilat, - bundan sonra ona ASAM deyəcəyik. Bu təşkilatın ilkin iclasları çox məhdud keçmiş, həmin iclaslarda Fərman Dəmirqol, Tofiq Qasımov, səfirliyin dini müşaviri Ərtoğrul Güvən və Doğru Yol Partiyasının sədr müavini Rasim Musabəyov iştirak ediblər.

Bu təşkilat əsasən 1994-cü il dekabrın 26-dan faktiki olaraq gizli, qeydiyyatdan keçməmiş bir təşkilat kimi fəaliyyət göstərməyə başlamış və ASAM-ın üzvlərinin, iclasda iştirak edən şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə növbəti iclaslar Türkiyə səfirliyinin dini müşavirliyində, müşavir Əbdülqədir Sezginin otağında keçirilməyə başlayır.

1995-ci il yanvarın 7-də keçirilən ikinci iclasda Fərman Dəmirqol burada iştirak edən digər şəxslərdən hələ də gizli saxladığı məqsədini açmağa başlayır və Rövşən Cavadovun həmin iclaslara cəlb olunması, onun informasiyalar verməsi və öz fikrini bildirməsi barədə təklif irəli sürür. Bu barədə Tofiq Qasımova müraciət edir. Tofiq Qasımov və digər iştirak edən şəxslər də Rövşən Cavadovun iclaslara cəlb olunmasına heç bir etiraz etmədən yekdilliklə səs verirlər.

Həmin ikinci iclasda Fərman Dəmirqol öz çıxışında bildirir ki, hakimiyyəti ələ almaq lazımdır. Yəni, Heydər Əliyev qanuni yol ilə hakimiyyətdən gedən deyil, onu yalnız zor göstərməklə hakimiyyətdən salmaq olar. Hakimiyyətin dinc yol ilə ələ alınmasını istisna edən Fərman Dəmirqol çıxışlarında bildirir ki, siyasi müxalifətdə olan təşkilatlarla mütləq sıx əlaqə yaratmaqla yanaşı, eyni zamanda, faktiki olaraq müxalifətdə olan hərbi qüvvələrdən istifadə etmək lazımdır. Öz çıxışlarında bunu qeyd edibdir. İcazə versəydiniz, mən bu sözləri onun öz ifadəsi ilə bildirərdim. O, deyir: “Onların içərisində ən yaxşılarına imkan versək nə olar? Və belə birinə imkan verməkdən başqa bir yol yoxdur. Özü qüvvə hazırlamamış, ordumuz da yox. Silahlı qruplarımız var, demokratik müxalifət qruplarımız var. İndi qüvvətli hökumət ordusu yoxdur. Deməli, nə olacaq. Məncə ağıllı-başlı bir siyasi qrup silahlı qüvvəyə arxalanmaq məcburiyyətində qalacaq. Şərq ölkəsi olan Azərbaycanda əsl reallıq budur. Bu, on il müddət üçün məqbuldur. Biz Türkiyədə də bunun şahidi olduq. Siyasi qüvvələrin qəbul etdikləri siyasi hakimiyyət hökumət təşkil edir. Üç dəfə çevriliş oldu. Bu çevrilişlər siyasi qüvvələrin müəyyən etdiyi çərçivə daxilində həyata keçirildi”.

Fikir mübadiləsindən sonra Fərman Dəmirqol yenə də belə bir mülahizə söyləyir: “Milli Məclis xətti ilə mövcud iqtidarın yeni hakimiyyət ilə əvəz olunmasına imkan verilməyəcək. Ona görə də Azərbaycanda gələcəkdə bərqərar olacaq siyasi hakimiyyətin hərbi qüvvəyə də ehtiyacı olacaq. Və yaxud meydana çıxan hərbi qüvvənin müəyyən siyasi qüvvəyə ehtiyacı olacaq. Hər bir qrupdan, dəstədən biri hərbi qüvvə rolu oynayacaq. Quldur dəstə kimi bilinən bu dəstə siyasi müxalifətin qüvvəsi olacaq. Qurduğumuz da bu, siyasətimiz də bu”.

1995-ci il yanvarın 4-də Rövşən Cavadovun Türkiyəyə səfəri başlayır və o, orada bayaq adını çəkdiyim Yalçın Ərtan ilə və digər yüksək rütbəli şəxslərlə görüşür, müəyyən tapşırıqlar alır və lazımi məlumatlar verərək onlardan müəyyən kömək göstərilməsini xahiş edir.

Rövşən Cavadov 1995-ci il yanvarın 12-də Türkiyədən qayıtdıqdan sonra yanvarın 14-də ASAM-ın üçüncü iclasından başlayaraq iclaslarda mütəmadi iştirak edir. Rövşən Cavadov iclaslarda bildirir ki, “Azərbaycana diktator lazımdır, Azərbaycana Lenin və Atatürk kimi adam lazımdır. Burada qanunların diktaturası bərqərar olmalıdır. Buradakı əsgər Türkiyə əsgəri deyil. Bunların 90 faizi Rusiyaya işləyir”.

Daha sonra həmin ideyaları Tofiq Qasımov inkişaf etdərərək deyir ki, “indiki iqtidar iqtidarsızdır. Biz siyasi qüvvələrin müəyyən hissəsini bir yerə cəmləşdirməliyik. Belə bir təşəbbüs etdik. Onların birliyinə nail olmalıyıq. Azərbaycanın 20-dək siyasi qüvvəsinin bir hissəsini cəmləşdirməliyik. Hökuməti idarə etmək üçün şura yaradılmalıdır. Həmin 20 nəfəri də birləşdirməliyik. Koalisiya hökuməti müxtəlif hissələrdən bir avtomobil yığmağa bənzəyir”.

Rövşən Cavadov qeyd edir ki, “Ordudakı vəziyyəti bildiyim üçün deyirəm ki, çevriliş olacaq. Amma mən onların hamısını tanıyıram. Onların təyyarəsi hazırdır. Sabah iki variant tətbiq oluna bilər. Qorxmaq lazım deyil. Vəziyyət pis olacaq. Kim də gəlsə dövləti qura bilməyəcək. Vəziyyət ağırdır. Mənə dedilər ki, bir həftəyə gəl, ordunu saxlamaq mümkün deyil. 58 zabit gəlmişdi. Bir fakt var. Ölkə nəzarətdən çıxa bilər. Biri var planlı çevriliş olsun, biri də var plansız. Siyasi xaos ola bilər. təşəbbüs göstərən qurum olmalıdır. AXC var idi. İndi o da yoxdur. İnam yaratmaq lazımdır. Belə bir qurum olmalıdır. Sabah lazım olduqda meydana çıxa bilməlidir”.

Azərbaycanın tarixində baş verən bu hadisələr, yəni 1994-cü ilin 2-4 oktyabr və 1995-ci ilin 12-17 mart hadisələri, dövlət çevrilişinə cəhdlər həqiqətən Azərbaycanın müstəqilliyinə qarşı yönəlmişdi və bu qanuni hakimiyyətə, dövlət orqanlarına qarşı ən böyük dəhşətli qəsdlərdəndir.

BALANİSƏ QULİYEVA \İmişli rayonu, müəllim\: Martın 13-17-də Cavadov qardaşları müstəqil Azərbaycanımızın dövlətçiliyini devirməyə cəhd göstərmişlər. Yəni ölkədəki ictimai-siyasi sabitliyi pozmaq üçün müxtəlif qüvvələrlə birləşmişdilər. Onlar ölkədə qardaş qırğını törətmək niyyətində idilər. Azərbaycan xalqı, tarix onları heç vaxt bağışlamayacaq. Azərbaycan xalqı belə cəhdlərə imkan verməyəcək, müstəqilliyimizi qoruyacağıq və bu yolda Prezident Heydər Əliyevə daim dəstək verəcəyik. Biz onun daxili, xarici siyasətini bəyənir və onun ardınca gedirik.

İSRAİL NƏRİMANOV \İmişli rayonu, müəllim\: 1995-ci il mart hadisələrinin qarşısı Prezidentimizin müdrikliyi sayəsində alındı. Silah gücünə hakimiyyətə gəlmək iddiası müstəqilliyimizə və Azərbaycanın dövlətçiliyinə zərbə vurmaq idi. Möhtərəm Heydər Əliyev kimi müdrik şəxsiyyətin dövlətimizin başçısı seçilməsi bəzi adamlarda qısqanclıq yaradırdı. Sözsüz ki, xaricdə cənab Heydər Əliyevi istəməyən, Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin möhkəmlənməsini istəməyən qüvvələr vardı.

Digər tərəfdən, onlara imkan verilmişdi. Hələ noyabr ayında cənab Heydər Əliyev onları qəbul etmişdi, müəyyən tövsiyələrini vermişdi. Amma ondan sonra Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri tərəfindən Qazaxda və digər yerlərdə törədilmiş hadisələr sübut etdi ki, bu, dövlətçiliyə qarşı törədilmiş qəsd idi.

ABUTALIB SƏMƏDOV \Azərbaycan Naminə Alyans Partiyasının sədri\: 1990-cı illərin əvvəllərindən Azərbaycanda mövcud olan hakimiyyətsizlik, nəzarətdən kənar ayrı-ayrı hərbi qruplaşmaların meydana gəlməsi qorxulu halın yaranmasına səbəb oldu. Bir neçə silhalı adamı olan hər kəs hesab edirdi ki, o, respublikaya rəhbərlik edə bilər. Etiraf etmək lazımdır ki, o dövrdə hakimiyyətdə olan Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və ondan sonra hakimiyyətə gəlmiş Əbülfəz Elçibəylə müqayisədə yəqin ki, bu cür adamların belə düşünməsində qeyri-adi heç nə yox idi. Çünki adları çəkilən insanlar doğrudan da çox aşağı səviyyəli siyasətçilər, rəhbərlər idi. Bu da təbiidir ki, ölkədə təkcə sabitliyin pozulmasına, qeyri-qanuni silahlı dəstələrin yaranmasına deyil, eyni zamanda, bu cür “qəhrəmanların” ortaya çıxmasına səbəb oldu.

Demək lazımdır ki, Azərbaycan Xalq Cəbhəsi zorakı yol ilə hakimiyyətə gəldikdən sonra bu meyl bir az da gücləndi. Azərbaycan Xalq Cəbhəsinin o dövrdəki lideri Əbülfəz Elçibəyin dövründə ölkədə hakimiyyətsizlik bir az da artdı, respublikanın hər yerində qeyri-qanuni silahlı dəstələr yarandı. Onların qanunsuz hərəkətlərinə nəinki lazımi reaksiya verilmədi, əksinə, bəzi hallarda bu cür hərəkətlər həvəsləndirildi. Bəli, XTPD-nin o dövrdəki komandiri daxili işlər nazirinin otağını gülləbaran etdikdən sonra nazirin müavini təyin olundu. Canlı yayımda televiziya ilə çıxış edən partiya sədri heç nədən çəkinmədən elan etdi ki, o, indiki hakimiyyəti 15 dəqiqəyə yıxa bilər. Onun da bu hərəkətinə heç bir reaksiya verilmədi.

Daxili işlər naziri jurnalistləri döydükdən sonra rütbəsi artırıldı, general-leytenant oldu. Yəni qeyri-qanuni hərəkətlər həvəsləndirildi, təqdir olundu və bu insanlar da özlərinin “əvəzedilməz” olduqlarını hiss etdilər. Hesab etdilər ki, nə etmələrindən asılı olmayaraq, onların haqqında heç bir zəruri tədbir görülməyəcəkdir. Bax, bunun nəticəsi kimi, - şübhəsiz, başqa səbəblər də var idi, -1993-cü ilin iyun hadisələri, 1994-cü ilin oktyabrında eyni xarakterli hadisələr baş verdi və nəhayət, 1995-ci ilin martın12-dən 13-nə keçən gecə hərbi müxalifətin ölkədə zorakı vasitələrlə hakimiyyəti ələ almaq cəhdi baş verdi. Həmin dövrdə Prezident Heydər Əliyev Danimarkanın paytaxtı Kopenhagendə idi və o, Bakıya qayıtdıqdan sonra Qazaxda və Ağstafada məlum hadisələr başlamışdı.

Çox böyük hərbi gücə, potensiala malik olan qüvvə Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərirdi. Çox təəssüflə qeyd etmək lazımdır ki, bu hərbi qüvvənin arxasında bir sıra ölkələrin xarici kəşfiyyat dairələri dayanırdı. Belə bir vaxtda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, siyasətçilər vəziyyətin nə qədər mürəkkəb olduğunu dərk etməli idilər və Azərbaycan dövlətçiliyinin mənafeyinin tələb etdiyi addımlar atılmalı idi. Ancaq çox təəssüf ki, həmin dövrdə dövlətçilik mövqeyində dayanan partiyaların sayı həddindən artıq az oldu. Yalnız bir neçə partiya fəal mövqe tutdu. Mən hesab edirəm, bu partiyaların adlarını çəkməyə ehtiyac var. Yeni Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Ana Vətən Partiyası, Demokratik İstiqlal Partiyası və digər partiyalar bu hadisələrə reaksiya verməyə cəhd göstərdilər, qəti olaraq dövlətçilik mövqeyində dayandılar.

Biz həmin günlərdə verdiyimiz bəyanatda hətta bildirmişdik ki, Azərbaycan Naminə Alyans Partiyası ölkə Prezidentini müdafiə etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır. Yəni təbii idi ki, bizim vasitələrimiz o qədər çox deyildi. Ancaq hər halda biz dövlətçiliyin nə qədər böyük təhlükə qarşısında olduğunu əhalinin, ziyalıların nəzərinə çatdırmağa çalışırdıq və istəyirdik ki, onlar da fəal mövqe tutsunlar, əllərindən gələni etsinlər.

Çox təəssüf ki, o dövrdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların bir hissəsi gözləmə mövqeyi tutdu. Ən təhlükəlisi bu idi ki, müxalifət partiyalarının böyük əksəriyyəti böhranı daha da dərinləşdirmək istiqamətində addımlar atdı.

APARICI: Respublikada ekstremal şərait yaranmışdı. Əhali həyəcan içində idi. Bütün ölkə Prezidentdən bu qara qüvvələrə qarşı sərt, amansız və qətiyyətli tədbirlər görməyi tələb edirdi. Hadisələr nə qədər dramatik olsa da, ölkəmizin başçısı bunu diqqətlə izləyir, bütün variantlardan istifadə edirdi ki, qan tökülməsin. Lakin omonçular son sözlərini silahla deyəcəklərini gizlətmir, iradələrindən dönməyəcəklərini bildirirdilər. Buna baxmayaraq, respublikanın tanınmış, hörmətli adamları, ziyalılar, omonçuların valideynləri, qohumları onların 8-ci Kilometr qəsəbəsindəki qərargahına göndərildi. Silahı yerə qoyub qardaş qanından çəkinmək üçün az qala hamı onlara minnətçi düşdü. Mahir və Rövşən Cavadov qardaşları isə ipə-sapa yatmırdılar.

ƏSƏDULLA QURBANOV \BDU-nun professoru\: Müstəqil dövlətimizi yaşatmaq üçün onu hər cür daxili və xarici, düşmən fikirli, məkrli qüvvələrdən və onların hərəkətlərindən qorumaq ziyalı kimi bilavasitə bizim borcumuz idi. Biz bu barədə söhbətlər etdik və mən yoldaşlara dedim ki, gəlin söhbətimizi gedib orada davam etdirək. Yəni XTPD-nin qərargahına gedək, onlara başa salaq ki, siz bu hadisələrə qoşulmaqla ölkənin taleyini sual altında qoya bilərsiniz. Bu yoldan çəkilin.

Mən belə niyyətlə oraya getdim. Təxminən saat altıya işləmişdi. Qapıda gözləyən zabit içəri getdi və qayıdıb gəldi ki, müəllim, buyurun. Mən otağa daxil oldum, gördüm ki, Mahir Cavadov stolun arxasında təkcə oturub. Yeri gəlmişkən deyim ki, mən Mahirə aspiranturada dərs demişəm. Ona görə onu tanıyırdım. Salamlaşdıq, görüşdük və mən gəlişimin məqsədini, niyyətini ona dedim. Dedi ki, müəllim, əvvəlcə xoş gəlmisiniz. Bu məsələni bizim qarşımızda qoyursunuz ki, biz bu işdən əl çəkək, bu işin nəticəsi yaxşı olmaya bilər. Biz artıq qəti qərara gəlmişik. Bir halda ki, siz təkid edirsiniz, onda qardaşıma da deyim, o da bu söhbətdə iştirak etsin. Düyməni basdı, qonşu otaqdan Rövşən gəldi, görüşdük. O, hərbi formada, başı açıq idi. Bu söhbəti ona da dedim. Bizim ciddi söhbətimiz oldu.

Mən onlara dedim ki, siz cavansınız, amma ətrafınızda olanlar sizdən də cavandır. Fikirləşirsinizmi ki, Allah eləməsin, bir hadisə olsa, bizim genefondumuz məhv ola bilər?! Gəlin, bu yoldan çəkilin. O, mənə dedi ki, müəllim, artıq gecdir, biz qəti qərara gəlmişik, öldü var döndü yoxdur. Dedim, siz ölməyə tələsməyin, dönməyə tələsin. Bizim söhbətimizin arasında xeyli fasilə yarandı. Mən sanki onların gözlərindən oxudum, söhbətlərindən hiss etdim, duydum ki, bunları bu qəti fikrə məcbur edən, düçar, sövq edən təkcə özlərinin qətiyyəti deyil, daxildə olan müəyyən qüvvələrin, eyni zamanda xarici qüvvələrin bunlara çox güclü təsiri var.

ABEL MƏHƏRRƏMOV \BDU-nun rektoru\: Müəyyən silahlı qüvvələr tərəfindən Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə qarşı qəsd addımları atılırdı. XTPD-nin məqsədi Azərbaycanda dövlət çevrilişi etmək, hakimiyyəti ələ almaq idi.

Yaxşı yadımdadır, həmin günlər respublikada olduğu kimi, Bakı Dövlət Universitetində də ziyalılar narahatlıq keçirirdilər. 1995-ci il martın 15-də omonçulara müxtəlif müraciətlər oldu. Bütün ziyalılar çalışırdılar ki, onları yola gətirsinlər. Lakin onlar buna məhəl qoymurdular. Yaxşı yadımdadır, möhtərəm Prezidentimiz həmin günlər televiziyada dəfələrlə çıxış etdi. Cənab Heydər Əliyev əvvəlcə omonçuların özlərinə müraciət etdi, sonra respublikanın ağsaqqallarına, Cavadov qardaşlarının atasına - Bəxtiyar Cavadova müraciət etdi. Onlar silahı yerə qoyarlarsa, həmin adamlar barədə əfv fərmanı imzalayacağını bildirdi. Lakin onlar bu müraciətlərin heç birinə cavab vermədilər. Cünki onlar müəyyən qüvvələrin xaosdan istifadə edərək, silah gücünə hakimiyyəti ələ aldığını bilirdilər. Vaxtilə AXC-Müsavat cütlüyü də müəyyən məqamda silah gücünə hakimiyyətə gəlmişdi. Bunu görən digər silahlı qruplar da düşünürdülər ki, onlar da silah gücünə hakimiyyətə gələ bilərlər.

Bilirsiniz ki, o cür silahlı qrupların qarşısını birdən-birə almaq mümkün deyildi. 1994-cü ilin oktyabr hadisəsində də Cavadov qardaşları aparıcı qüvvə idi. Onlar Surət Hüseynovla əlbir idilər. Bunlar bizim yaxşı yadımızdadır.

1994-cü ilin oktyabr hadisəsi zamanı möhtərəm Prezidentimiz xalqa müraciət etdi. Xalqın ayağa qalxdığını görən Cavadov qardaşları özlərinin guya xalqla birlikdə olduqlarını, möhtərəm Prezidentimizi dəstəklədiklərini bildirdilər. İkinci cəhdin, yəni 1995-ci il mart hadisələrinin əsas bir arqumenti vardı. Bu da ondan ibarət idi ki, bu silahlı qüvvələr, mənfur fikirli insanlar 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” bağlananda birdəfəlik hiss etdilər ki, dünya ictimaiyyəti də Azərbaycanın müstəqilliyini, ölkəmizdə yaranmış sabitliyi qəbul edir. Azərbaycan dövləti həmin müqavilə imzalandıqdan sonra, şübhəsiz, möhkəmlənəcəkdi, güclənəcəkdi, müstəqilliyimiz daimi olacaqdı. Həmin qüvvələr hələ o dövrdə neft müqavilələrinin qarşısını almağa çalışırdılar. Ona görə də onlar silah gücü ilə hakimiyyəti devirmək istəyirdilər.

Martın 15-16-da biz Bakı Dövlət Universitetində Elmi şuranın bu hadisələrə həsr olunmuş iclasını keçirdik. Öz nümayəndələrimizi göndərdik və tapşırdıq ki, həmin silahlı dəstənin yola gətirilməsinə kömək etsinlər. Biz onların cavabını gözləyirdik. Onlar qayıdaraq bu dəstədəki adamların azğınlaşdıqlarını bildirdilər. Dedilər ki, silahlı dəstənin başçıları heç kimi qəbul etmək, hərəkətləri barədə suallara cavab vermək istəmirlər.

Hətta qəbul etdikləri şəxslərlə də kobudcasına danışırlar.

Mən bir məqama da toxunmaq istərdim. Möhtərəm Prezidentimizin bu günlərdə mətbuatda əfv Fərmanı dərc olunubdur. 1995-ci ilin mart hadisələri zamanı həbs olunmuş bəzi insanlar azadlığa buraxılmışlar. Mən mətbuatda, televiziyada bu barədə məlumatları oxuyarkən, dinləyərkən hiss etdim ki, onların hamısı möhtərəm Prezidentimizə öz razılıqlarını, minnətdarlıqlarını bildirir, hərəkətlərindən peşman olduqlarını söyləyir və deyirlər ki, kimlərsə onları yoldan çıxartmışdır. Möhtərəm Prezidentimiz o vaxt da, bu gün də həmin insanlara qarşı həmişə humanist addım atmışdır. Elə olmasaydı, onları əfv etməzdi.

İLQAR QILICOV: Hadisələri sakit məcraya yönəltmək üçün cənab Prezident mümkün olan bütün variantlardan istifadə etdi. Respublikanın tanınmış ziyalıları, hörmətli adamlar omonçulara, Cavadov qardaşlarına dönə-dönə müraciət etdilər. Onları qan tökməkdən çəkindirməyə çalışdılar. Amma hər dəfə onlara müraciət edildikcə, həmin adamlar daha da hikkəli davranmağa başladılar. Bütün çağırışlara baxmayaraq, ən ağır, qatı cinayətdən də çəkinmədilər.

Mart ayının 13-də Qazax və Ağstafa rayonlarında yerli hakimiyyət orqanlarını zəbt etdilər. Elçin Əmiraslanovun başçılığı ilə törədilən bu quldurluq hərəkətlərinin qarşısı Tovuz rayonunda alınsa da, Cavadov qardaşları həmin hərəkəti Bakıda həyata keçirməyə başladılar. 8-ci Kilometr qəsəbəsi həmin vaxt özünün çox qorxulu və vahiməli günlərini yaşayırdı. Öz qərargahlarına toplaşmış omonçular hakimiyyət orqanlarına ultimatum verməyə başladılar. Qana susamış bu dəstəni heç bir vəchlə bəd niyyətlərindən çəkindirmək mümkün olmadı. Cənab Prezidentin hətta mart ayının 16-da verdiyi, tarixdə görünməmiş əfv Fərmanına məhəl qoyulmadı. Öz millətinə güllə atmaqdan çəkinmədilər. Təbii ki, xalqı zinhara gətirmiş, boğaza yığmış, hər addımda qan tökməyə hazır olan bu cinayətkarların qarşısı alınmalı idi. Alındı da.

Daim öz xalqına arxalanan Heydər Əliyev cəsarəti, qətiyyəti ilə, nəhayət ki, bu quldur dəstəsi darmadağın edildi. Həmin məlum hadisələri bu gün yada salmaqda məqsədim indi müxalifət qüvvələrinin bilərəkdən bunu yanlış formada yozmasıdır. Onlar ölkəmizin müstəqilliyinə qənim kəsilən, onu parçalamağa çalışan axırıncı qanunsuz silahlı dəstənin quldur hərəkətlərinin qarşısının alınmasına az qala yas saxlayırlar. Onlarca soydaşımızın qətlinin sifarişçisi və iştirakçısı olan bu cinayətkarları “milli qəhrəman” kimi təqdim etməyə çalışırlar. Bu da təsadüfi deyil, çünki xalqın dəstəyindən birdəfəlik məhrum olan bu qüvvələr həmişə tankla, topla hakimiyyətə gəlməyi üstün tutublar. Görünür, bu onların xislətidir. Onlar, sadəcə, bundan xilas ola bilmirlər.

Təbiidir ki, mart hadisələri kimi belə xoşagəlməz olayların baş verməsini heç bir namuslu vətəndaşımız arzulamazdı. Amma neyləyəsən ki, dəfələrlə əli qana batmış, xüsusi qəddarlıqda ad çıxarmış bu dəstənin qarşısı alınmalı idi. Azərbaycan dövlətçiliyinin varlığı əleyhinə yönəlmiş bu cinayətlər nəticəsində ölkəmizə müəyyən zərbələr vurulsa da, qan tökülsə də, müstəqil dövlətçiliyimiz həmişə xalqa arxalanan möhtərəm Prezidentimizin yenilməz iradəsi, qətiyyəti sayəsində bu sınaqdan da çıxdı. Azərbaycanda zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək kimi bədnam ənənəyə son qoyuldu. Xalqın dövlətə, hakimiyyət orqanlarına inamı, hörməti artdı. Neçə illərin qovğalarından bezmiş məmləkətimiz demokratik, hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar qazanmağa başladı.

A P A R I C I: Ölkəmizin başçısı martın 15-də milli televiziya və radio ilə xalqa müraciət etdi. Dövlətçiliyin və müstəqilliyin əleyhinə yönəlmiş bu qəsdin mahiyyətini açıb göstərdi. Təsir altına düşmüş adamları düzgün yola çağırdı. Onların təhlükəsizliyinə təminat veriləcəyini vəd etdi.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEVİN 1995-ci il 15 mart tarixli müraciətindən: Şübhəsiz ki, nə qədər qan tökülübsə, nə qədər cinayət ediblərsə də, mən bu gərginliyin davam etməsinin tərəfdarı deyiləm. Əksinə, mən tələb edirəm ki, onlar bu cinayət əməllərindən əl çəksinlər...

...Mən hər bir vətəndaşın hüququnun keşiyindəyəm və hər bir vətəndaşa qayğı göstərməliyəm. Xalq mənə etimad göstərdiyinə görə mən bu vəzifəni öhdəmə götürmüşəm. Bu mənim borcumdur və bu borcu yerinə yetirmək üçün mən hər şeyə gedirəm. Ona görə də əgər bu gün də onlar çirkin əməllərindən əl çəksələr, silahları yerə qoysalar, şübhəsiz ki, cinayətkarların bir qismini bağışlayacağam. Bunları da bağışlayacağam. Yəni mən, - baxmayaraq ki, çox kəskin vəziyyət yaranıb, ictimaiyyət Rövşən Cavadova və onun ətrafında olan o quldurlara çox nifrət edir - yenə də bu addımı atıram.

8-ci Kilometr böyük bir qəsəbədir. Orada yüz minlərlə adam yaşayır. Mənə məlumdur ki, o ətrafda yaşayan adamlar XTPD-də olan o cinayətkarların əlindən boğaza yığılıblar, onlara nifrət edirlər, qorxu altında yaşayırlar. Bu gün mənə deyirlər ki, quldurlar oradan çıxıblar, polis idarəsinə basqın ediblər. Bir mağazadan zorla şey götürürlər, gəlib bir adamın əlindən zorla şey alırlar. Buna kim dözər? Əhmədli qəsəbəsində də yüz minlərlə adam yaşayır. Onlar da bu cinayətkarların əlindən boğaza yığılıblar.

İndi nə edək? Demək, bir dəstədən ötrü yüz minlərlə adamların hüquqlarını tapdalayaq? Buna hansı qanun yol verir? Allah da, qanun da, vicdan buna yol verməz.

Mahir Cavadov oktyabrın əvvəlində cinayət edib, prokuror kimi işdən çıxarılıb, gecə-gündüz eyş-işrət içindədir. Mənə deyiblər ki, onun evinin qarşısında XTPD-nin 25-30 nəfər silahlı adamı durur. Nə üçün? Hara gedirsə, 25-30 nəfər onu müşayiət edir, nədən ötrü? XTPD dövlət orqanında olan bir dəstədir. Nə üçün o, Mahir Cavadova xidmət etməli, onu qorumalıdır? Nə üçün Mahir Cavadovun arxasınca bu qədər adam gəzməlidir? Rövşən Cavadovun arxasınca 15 nəfər qoruqçu gəzir. Nazirin cəmi iki mühafizəçisi var. Burada, Bakıda iki milyondan artıq adam yaşayır. Məgər bunlar insan deyilmi? Onları ana doğmayıbmı? Onlar Azərbaycan vətəndaşı deyilmi? Onları kim mühafizə edir? Hansı əsasa, nə əsasa, nə hüquqa görə Mahir Cavadov cəmiyyətdə belə bir yer tutsun, istədiyini etsin? Nə üçün bu XTPD dəstəsi iki qardaşın əlində olsun, nə üçün onlara xidmət etsin?

8-ci Kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə - Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm: bu əməlinizdən, cinayətkar niyyətlərinizdən əl çəkin, bu yoldan çəkinin, düz yolda deyilsiniz. Tökdüyünüz qanlar, etdiyiniz cinayətlər bəsdir! Təklif edirəm, kim mənim bu çağırışıma səs verirsə, oradan çıxsın və o, cəmiyyətdə də, Daxili İşlər Nazirliyində də öz yerini alacaqdır. Ümumiyyətlə, dəstəyə və Rövşən Cavadova deyirəm, bu cinayət əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətlik etmək olmaz. Azərbaycanın dövləti var, xalq tərəfindən seçilmiş Prezidenti var.

Mən dəfələrlə demişəm, bu gün, gərginlik yaranan vaxtda bir daha deyirəm: Azərbaycanın dövlətçiliyini son damla qanımadək qoruyacağam və Azərbaycanın dövlətçiliyinə təcavüz edən adamların cəzasını da qanun çərçivəsində verəcəyəm. Bunu bilmək lazımdır. Ancaq mən heç kimi cəzalandırmaq istəmirəm. İstəyirəm ki, heç kim cinayət törətməsin, heç kim dövlətçiliyə xəyanət etməsin. Bunu istəyirəm, müraciət edirəm, yol göstərirəm. Yol da dediyim yoldur, başqa yol yoxdur.

APARICI: Martin 16-da isə ölkəmizin başçısı əfv Fərmanı imzaladı. Bu, tarixdə görünməmiş humanist bir addım idi. Amma təəssüf ki, qarşı tərəf bunu nəinki qiymətləndirə bildi, əksinə, dövlətçilik əleyhinə yeni-yeni bəyanatlarla çıxış etdi.

Mart ayının 16-dan sonra isə quduzlaşmış omonçular qərargahdan çıxıb, dövlət orqanlarına hücum edir, şəhərdə özbaşınalıq yaratmağa çalışırdılar.

ZİVƏR HÜSEYNOVA: Gecə saat 2-3 olardı. Yaşadığımız binanı gülləyə tutdular. Yatmışdıq. Bilmirdik ki, belə bir hadisə baş verəcək. Oğlum Kamil Hüseynova güllə dəydi. Bacısı Nazilə də yanında idi. Qızımın da ayağına güllə dəydi. Oğlum onu qucağına alıb bir tərəfə qoydu. Aşağı düşdü ki, təcili yardım çağırsın, qızıma kömək etsinlər. Aşağı düşən kimi onun çənəsindən güllə ilə vurdular.

LALƏZAR PƏNAHOVA: Biz inanmırdıq ki, sabaha sağ çıxacağıq. Bizi elə atəşə tutmuşdular ki, ümidimizi itirmişdik. Evimizə girdilər, mənə güllə dəydi. Yoldaşım tez köməyə gəldi. Onlar ev-eşiyimizi darmadağın etmişdilər.

APARICI: O günlər Azərbaycanın taleyində yeni sınaq idi. Əsrlər boyu arzusunda olduğu, qurduğu və möhkəmləndirdiyi müstəqilliyini indi buna xarici havadarların himayəsi ilə qəsd edənlərdən qorumalı idi. Hadisələr sürətlə inkişaf edirdi. Lakin bir əminlik, yəqinlik var idi ki, Heydər Əliyevin iradəsi və qətiyyəti ilə ölkəmiz növbəti fəlakətdən xilas olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laqodexidə 300-dən çox yaşı olan Qabal kəndi – soydaşlarımızın qədim yaşayış məskəni

İyunun 30-da Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin nəzərinə

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3,5 dəfə artıb

Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu davam edir

Azərbaycan nefti cüzi bahalaşıb

Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb

Lənkəranda yanğın zamanı yaşlı qadın həlak olub

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb VİDEO

Culian Assanj Britaniyanı tərk edib 

Culfada bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Misirdə 33 antik qəbir aşkar edilib

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

Avropa Komissiyası “Apple” şirkətini cərimələməyə hazırlaşır

Culian Assanj ABŞ hökuməti ilə razılaşıb

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

Hərbi Prokurorluqda Vətən Müharibəsi qəhrəmanları ilə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib