Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Q Ə S D
\1995-ci il 13-17 MART\

1995-ci ilin mart hadisələrindən yeddi il keçir. Azərbaycan dövlət televiziyası bununla əlaqədar xüsusi verilişlər hazırlamışdır. İctimaiyyətin marağını nəzərə alaraq, martın 15-də efirə getmiş verilişin mətnini oxuculara təqdim edirik. 

APARICI: Xalqımız əsrlər boyu uğrunda mübarizə apardığı istiqlaliyyət, azadlıq arzusuna, nəhayət ki, XX əsrin sonunda çatdı. Lakin naşı əllər, səbatsız rəhbərlər minlərlə şəhid qanı hesabına qazanılan azadlığı qoruyub inkişaf etdirə bilmədilər. Müstəqilliyini yenicə qazanan xalqımız sonsuz sayda problemlərlə qarşılaşdı. İmzalar içində imzamızı təsdiqləmək, ölkəmizi beynəlxalq hüquq subyektinə çevirmək asan olmadı. Müstəqilliyimizin başı üzərini dəfələrlə qara buludlar aldı.

Tarixi düşmənlərimiz olan ermənilərin və onların havadarlarının fitnə-fəsadı ilə daxili didişmələr ölkəni parçalayır, dağıdırdı, torpaqlarımız sürətlə işğal edilirdi. Yeni iqtisadi münasibətlərə keçid adı ilə respublika iqtisadiyyatı ağır tənəzzülə uğradıldı. Bir sözlə, müstəqilliyin bir ili tamam olmamış min bir problem ortaya çıxdı. Ən ağrılısı o idi ki, bu problemlərin yaranmasının başlıca mənbəyi respublikada gedən vəzifə savaşı idi. O vaxtkı iqtidar-müxalifət dartışması bir çox hallarda torpaqlarımızın işğalı ilə sonuclanırdı. Torpaqların işğalı ilə kreslo dəyişiklikləri son nəticədə vətəndaş qarşıdurmasına gətirib çıxardı.

1993-cü ilin yazında ölkədə idarəolunmaz vəziyyət yaranmışdı. Böyük silahlı qruplaşmaya malik hərbi müxalifət meydan sulayırdı. Belə bir çətin anda xalqın təkidi və tələbi ilə Heydər Əliyev respublikada siyasi hakimiyyətə qayıtdı. Böyük siyasi idarəetmə təcrübəsi və şəxsi nüfuzu hesabına Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı.

Lakin müvəqqəti geri çəkilən bədnam qüvvələr 1994-cü ilin oktyabrında tam, 1995-ci ilin oktyabrında isə qəti mübarizəyə başladılar. Heç təsadüfü deyil ki, həmin günlərdə müsavatçı Tofiq Qasımov şəstlə “biz hərbi müxalifətlə siyasi müxalıfəti birləşdiririk” deyirdi. Bu deyim isə çox qorxunc və məkrli niyyətlərdən xəbər verirdi. Çünki 1994-cü ilin oktyabr hadisələrindən sonra müstəqilliyimizi istəməyən qüvvələr ölkə daxilində çox fəal surətdə işə başlamışdılar.

Çox təəssüf ki, bu gün özlərini vətənsevər və millətsevər görkəmində xalqa təqdim etmək istəyən Xalq Cəbhəsi Partiyası da, Müsavat partiyası da, Ayaz Mütəllibov tərəfdarları da həmin dövrdə öz xarici havadarlarının diqtəsi ilə seperat danışıqlara gedirdi. Bu qorxunc sövdələşmənin əlaqələndiricisi isə Fərman Dəmirqol adlı bir Türkiyə vətəndaşı idi. O, həmin vaxt ayrı-ayrı dairələrin xeyir-duası ilə Azərbaycanda da gizli görüşlər keçirir, dövlət çevrilişinin konturlarını cızırdı.

Hansı yolla olursa olsun, hakimiyyəti ələ keçirib öz məqsədlərinə nail olmaq üçün bütün imkanlardan istifadə etməyə çalışan qara qüvvələr son anda istinad nöqtəsi kimi daha çox “OMON” adı ilə tanınan Xüsusi Təyinatlı Polis Dəstəsini seçdilər. O vaxt kifayət qədər hərbi gücə malik olan omonçuların iddiaları və vəzifə iştahaları getdikcə artmaqda idi. Bu amili yaxşı görən bəzi xarici qüvvələr Rövşən Cavadovla gizli danışıqlara başladılar. Rövşən Cavadov 1995-ci ilin yanvarında Kənan Gürel və digər həmfikirləri ilə Türkiyəyə gedir və orada axırıncı təlimatları alır.

MƏHƏMMƏD ORUCOV \Qazax rayon sakini\: Üstündən xeyli müddət ötən bu hadisələrin baş verməsinin əsas səbəbləri hamı üçün aydın olmalıdır. Ümumiyyətlə, bundan ibrət dərsi çıxarmaq üçün bizim hamımız üçün aydın olmalıdır. Respublikamızda, eyni zamanda onun bir hissəsi olan Qazax rayonunda baş vermiş mart hadisələri bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı çevrilmiş bir hərəkət, çevriliş cəhdi idi.

Bunun kökləri xarici ölkələrə gedib çıxırdı. Təsadüfü deyil ki, sonralar məlum olduğu kimi, bu çevriliş cəhdinin təşkilatçıları arasında Türkiyə, Avstriya vətəndaşları var idi. Dünya təcrübəsi sübut edir ki, belə qüvvələr xaricdə hazırlanır. Lakin onlar özlərinin hər hansı ölkəyə qarşı planlarını həyata keçirmək üçün həmin ölkənin daxilində qüvvələr axtarıb tapırlar. Həm də bunlar real qüvvələr olmalıdır. Belə deyək, müəyyən qədər onlara ümid olmalıdır ki, bu planı həyata keçirə bilsinlər. Həmin dövrdə Azəbaycanda belə bir qüvvə kimi Xüsusi Təyinatlı Polis Dəstəsi seçildi. Doğrudur, müəyyən dövrlərdə bu dəstənin Azərbaycanımız, xalqımız üçün, onun müstəqilliyinin qorunması üçün xidmətləri olmuşdu. Lakin sonradan məhz həmin dairələrin yaxından köməyi, təbliğatı, onların kəşfiyyatının fəaliyyəti nəticəsində bunlar siyasətə gətirildilər, siyasi alətə və oyuncağa çevrildilər. Təbii ki, bu qüvvələri tapanda xarici kəşfiyyat həmişə onların zəif cəhətlərini axtarır, ön plana çəkir. Onlar üçün də ən zəif cəhət nədən ibarət idi? Yalnız vəzifə hərisliyi.

APARICI: Aramsız danışıqlar, maddi və mənəvi yardımlar təxribatçı qüvvələri daha da həvəsləndirir və azğınlaşdırırdı. Onlar artıq öz istədiklərinə nail olmuş kimi, heç kimlə hesablaşmır, qanunlara məhəl qoymur, talançılıq, quldurluq, qarətlə məşğul olurdular.

Elçin Əmiraslanovun respublikanın qərb bölgəsində, Cavadov qardaşlarının Bakıda törətdikləri əməllər çox qorxunc və müdhiş bir hadisədən xəbər verirdi. Bakıda hadisələr sürətlə cərəyan edirdi. Şantaj, hədə-qorxu yolu ilə adamların dövlətə inamı sarsıdılırdı. Eyni vaxtda respublikanın ayrı-ayrı bölgələrindən də həyəcanlı xəbərlər gəlməkdə idi.

VİDADİ ABBASOV \Qazax rayon sakini\: Yeddi il bundan əvvəl, martın 13-14-də Qazaxda omoncular baş qaldırdı. Şübhəsiz ki, bu, Bakıdan idarə olunurdu. Daxili İşlər Nazirliyinin tərkibində müstəqil bir qurum kimi fəaliyyət göstərən XTPD heç kimə tabe olmaq istəmirdi. Çox şükürlər olsun ki, həmin vaxt ölkəmizin başçısı Heydər Əliyev idi.

Mən hərdən fikirləşirəm ki, o zaman respublikamızda Prezident Heydər Əliyev olmasaydı, nə baş verərdi? Təbii ki, ölkəmizdə çox ağır hadisələr baş verərdi. Bəlkə də onların dövlət çevrilişi baş tuta bilərdi və beləliklə, vətəndaş müharibəsi başlayıb daha çox qan tökülərdi, daha çox itki verilərdi. Şükürlər olsun ki, möhtərəm Prezidentimiz o vaxt çox ağılla, müdrikliklə həmin məsələni həll etdi. Qazaxdan başlayan bu hadisələrə son qoyuldu.

Onlar əvvəlcə Qazaxda rayon icra hakimiyyətinin binasını tutdular. Bu hadisə gözlərimiz qarşısında olubdur. Üzü maskalı gənc oğlanlar icra hakimiyyətinin, polis, rabitə şöbələrinin binalarını zəbt etmişdilər. Elan edirdilər ki, biz respublikada hakimiyyəti ələ almışıq. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bunların axırı yoxdur. Ona görə ki, xalq onları yox, məhz möhtərəm Prezidentimizin arxasınca getdi və beləliklə, onlar ifşa olundular.

O adamların bir qismi layiqli cəzalarına çatdılar. Qalanlar da, o cümlədən Mahir Cavadov öz layiqli cəzalarını almayıblar. O, hələ də İranda, başqa ölkələrdə gizlənərək çirkin niyyətlərini yenidən həyata keçirməyə çalışır, bəzən respublikaya ultimatum xarakterli xəbərlər göndərir. Lakin bunların hamısı mənasızdır. Azərbaycan xalqı, o cümlədən Qazax camaatı çox gözəl bilir ki, onun Heydər Əliyev kimi görkəmli, müdrik oğlu, Prezidenti, dünya miqyaslı siyasətçisi var. Mahir Cavadov kimiləri, yaxud onu dəstəkləyən qüvvələr Azərbaycanda heç bir niyyətlərini həyata keçirə, nəyəsə nail ola bilməzlər.

APARICI: Uzun müddət benzin, narkotik maddələr, silah alveri və qaçaqmalçılıqla məşğul olan, tabeçilikdən çıxmış, Cavadov qardaşları tərəfindən idarə edilən Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları ordudan yayınan fərariləri başlarına yığaraq, martın 12-dən 13-nə keçən gecə Qazax rayonunda dövlət çevrilişinə cəhd göstərdilər. Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Elçin Əmiraslanov silahlı dəstə ilə Qazax rayon icra hakimiyyətini, polis şöbəsini və digər mühüm dövlət obyektlərini zəbt etdi, hərbi hissədən zirehli texnika ələ keçirərək, cinayət əməllərini Ağstafa və digər rayonlara yönəltdi.

 NADİR İSMAYILOV \Qazax rayon sakini\: “OMON”nun rəhbəri Rövşən Cavadov respublika daxili işlər nazirinin müavini idi. Amma o, heç daxili işlər nazirinə də tabe olmurdu. Göründüyü kimi, yerlərdə də Elçin Əmiraslanov həmin dəstənin rəhbəri idi. O da burada heç bir rəhbərliyə, yəni rayon daxili işlər şöbəsinə tabe deyildi. Onlar istədikləri əməlləri edirdilər. Mən ürəkdən deyirəm ki, həmin günlər Qazax üçün qara ləkədir. Bütün qazaxlılar adından deyirəm ki, Elçin Əmiraslanov Bakıdan dəstəklənirdi, daxili işlər nazirinin müavini Rövşən Cavadov tərəfindən dəstəklənirdi. O, burada polis şöbəsinin rəhbərliyinə, icra hakimiyyətinin rəhbərliyinə tabe olmurdu, istədikləri hərəkəti edirdi. 

Biz həmin gün tezdən gələndə gördük ki, rayon icra hakimiyyətinin binası tutulubdur, silahlı dəstələr, üzü maskalı uşaqlar icra hakimiyyətinin qarşısında at oynadır, pabitə şöhbəsini, hərbi hissəni zəbt etmiş, daxili işlər şöbəsinə hücum edib oranı tutmuşdular. Biz, rayonun sağlam qüvvələri - hamımız icra hakimiyyəti binasının qarşısına yığışıb onların bu hərəkətlərini lənətlədik, pislədik.

Cənab Heydər Əliyev hakimiyyətə gələndə həmin cinayətkarları tərbiyə etmək üçün çox səbrlə, təmkinlə onlara düz yol göstərdi. Ancaq onlar xarici qüvvələr tərəfindən dəstəklənirdi. Nəinki Qazaxda, bütün Azərbaycanda heç kəs deyə bilməz ki, onlar səbəbsiz yerə tutulublar. Çünki onlar öz əməllərinin qurbanı olublar və öz cəzalarını çəkirlər.

BƏSTİ ƏLƏKBƏROVA \Qazax rayon sakini\: Mən rayonumuzda 13-14 mart hadisələrinin şahidi olmuşam. Qazax rayon “Sevil” qadınlar məclisinin sədri kimi buna mənfi münasibətimi dəfələrlə bildirmişəm. Ona görə ki, Qazax rayonu respublikada ziyalıları çox olan rayonlardan biridir. Rayonumuzun neçə-neçə övladları yuxarı vəzifələrdə çalışır. Mən çox təəssüf hissi keçirdim ki, bu hadisələr Qazax rayonundan başlanmışdı.

Rayonun bir neçə fəal qadını, o cümlədən ziyalılarımızdan bir neçəsi “Cavanşir” restoranında olduq, Elçin Əmiraslanovla və onun ətrafındakı insanlarla görüşdük. Biz onlara dedik ki, bu yoldan əl çəkin. Qazax respublikada tanınmış rayondur. Ana kimi sizin qarşınıza gəlmişik, xahiş edirik, əgər doğrudan da siz Qazaxın qədrini bilirsinizsə, bu yoldan əl çəkin, gəlin. Lakin bunun da nəticəsi olmadı. Yəni demək istəyirəm ki, bu hadisəni hamı nifrətlə qarşıladı və biz o gənclərə öz nəsihətimizi versək də onlar bizi eşitmədilər. Bu gün onların taleyi hamımıza yaxşı məlumdur. Onlar öz cəzalarını aldılar və əməllərinin nəticəsini gördülər.

 XANQULU ZEYNALOV \Qazax rayon sakini\: O vaxt mən də rayon icra hakimiyyətinin binası qarşısında idim. Bəzi yoldaşlarla gedib onlardan soruşduq ki, görək bunlar nə istəyirlər. Üzlərinə maska geyinmiş o gənclərə dedim ki, siz kimə qarşı maska geyinmisiniz? Siz bu rayonun, bu torpağın oğlanlarısınız, burada kimə qarşı mübarizə aparırsınız? Onlar dedilər ki, biz dövlət çevrilişi edib, camaata çörək verəcəyik. Aydın idi ki, onların məqsədi camaata çörək vermək deyildi. Onlar ancaq və ancaq hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlar gedəndə silahdan atəş açmağa başladılar. Sonra Tovuzdan, Gəncədən ordu gəldi, onları yerində oturtdu. 

Onların bu cür hərəkətlərini xalq, bütün millət, o cümlədən Qazax camaatı, ziyalılar, ağsaqqalar hamısı bu gün də pisləyir. Çünki onların hərəkəti camaatın vəziyyətini, respublikanın pozulmuş iqtisadiyyatını düzəltmək yox, yalnız hakimiyyətə gəlmək məqsədi güdürdü.

APARICI: Qazax rayonundan sonra Rövşən və Mahir Cavadov qardaşlarının cinayətkar dəstələri Ağstafa və Tovuz rayonlarına üz tuturlar. Ağstafa rayon polis şöbəsinə basqın edilir, 27 döyüş, 25 təlim avtomatı, 50 tapança, bir pulemyot, iki qumbaraatan və digər döyüş sursatı ələ keçirilir. Müvəqqəti saxlama təcridxanasından 27 dustaq buraxılır və sonradan onlar da bu cinayətkarlarla birləşirlər.

SƏFURƏ RƏHİMOVA: Martın 13-ü ilə 17-si arası Qazax rayonu üçün çox acınacaqlı günlər idi. O günləri xatırlayanda insanlar ürək ağrısı keçirirlər. Həmin dövrdə Qazax rayonunun başına çox böyük bəla gəlmişdi. Martın 13-də səhər tezdən məktəbə gedirdim. Eşitdim ki, omonçular icra hakimiyyətinin binasını əhatəyə alıblar. Doğrudan da çox pis vəziyyətə düşdüm. Məktəbə getdim. Sonra icra hakimiyyətinin qarşısına gəldim. Gördüm ki, maskalı adamlar binanı dörd tərəfdən mühasirəyə alıblar. Bir az keçdikdən sonra eşitdim ki, polis idarəsinin qarşısına da toplaşıblar. Camaatı yaxına buraxmırdılar. Saat 2-də iclas oldu. Allah rəhmət eləsin, Nəsimi Şahmalıyev icra hakimiyyətinin başçısı idi. O, iclas keçirdi və rayonun ziyalılarına öz ürək sözlərini dedi. Bildirdi ki, bu, çox böyük bəladır, biz camaatı xilas etməliyik. Dedi ki, mən ana və bacılara, ziyalılara müraciət edirəm. Qoy onlar öz ürək sözlərini desinlər.

Bir saatdan sonra iclas başa çatdı. Biz çıxdıq, maşınlar təşkil olundu, “Cavanşir” restoranına getdik. Gördüyümüz vəziyyət bizi dəhşətə gətirdi. Həmin anları yada salanda adam ürək ağrısı keçirir. Qazaxlı oğlanları orada gördüm. Axı, Azərbaycanın oğulları işğal olunmuş torpaqların geri qaytarılması barədə nə üçün düşünmürlər, dövlət çevrilişi etmək, hakimiyyətə gəlmək barədə fikirləşirlər? Bax, buna görə ürəyim ağrıdı. Axı, bizim rayonun yeddi kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, o kəndlərin nə qədər sakini yurd-yuvalarını itiriblər. Bu cavanlar elə igiddirlərsə, nə üçün gedib torpaqlarımızı işğaldan azad etmirlər, dədə-baba torpaqlarımız düşmən tapdağı altında qalıb. “Cavanşir” restoranına toplaşan cavanlar hərəsi bir görkəmdə idi, heç insana oxşamırdılar. Kimi heyvan kəsir, kimi kabab çəkirdi. Onlar yalnız öz mənafelərini güdürdülər.

Biz onlardan çox xahiş etdik, düz yola dəvət etdik, yalvardıq, ana kimi müraciət etdik: dedim, gəlin, hərə öz evinə qayıtsın, bu yoldan qayıtsın, bu yaxşı yol deyil. Bu, sizin üçün, övladlarınız üçün, gələcəyiniz üçün təhlükəli yoldur. Ata-babalarımızın adını ləkələməyin. Mən bunları xatırlatdım. Onlar sanki bir qədər yumşaldılar. Bizdən sonra ağstafalılar, Bakıdan xeyli nümayəndə gəldi. Lakin hiss etdik ki, onlar bizi eşitmək istəmirlər. Deyirlər ki, bizim amalımız var. Bu amal nə idi? Onlar hakimiyyətə gəlmək, icra başçısı olmaq, polis rəisi, prokuror olmaq istəyirdilər. Ancaq vəzifə davası aparırdılar. Onlar torpaqlarımızın işğaldan azad olması barədə düşünmürdülər. Bir ağızdan deyirdilər ki, biz dövlət çevrilişi edəcəyik, Ayaz Mütəllibovu, Rövşən Cavadovu hakimiyyətə gətirəcəyik. Onlar hakimiyyətdə olmalıdırlar. Mən belə insanları lənətləyirəm. Onlar haqlı olaraq öz cəzalarını aldılar.

 ÇƏRKƏZ HÜSEYNOV (Qazax rayon sakini): Mən icra hakimiyyəti binasının qarşısına gələndə orada üzü maskalı oğlanlar, əlində avtomat silahı tuta bilməyən uşaqlar durmuşdular. Onlar deyirdilər ki, biz çevriliş etmişik, hakimiyyət bizdədir və s. Mən onlara yaxınlaşdım. Dedim ki, şəhid atasıyam, istəmirəm ki, qan tökülsün, bu əməllərinizdən əl çəkin. Onlar deyirdilər: Siz nə danışırsınız, biz artıq hər şeyi əldə etmişik. Onlar Mahir və Rövşən Cavadov qardaşlarının adamları idilər. Qazaxda Elçin Əmiraslanov adlı bir nəfər bu vəziyyətin yaranmasının səbəbkarlarından biri idi. Mən o vaxt həmin vəziyyəti yaradan insanları lənətləyirəm. Onlara nifrət edirəm. 

MAHMUD MƏMMƏDOV (Ağstafa rayon sakini): Xüsusi Təyinatlı Polis Dəstəsinin təpədən dırnağadək silahlanmış döyüşçüləri hakimiyyəti ələ keçirmək istəyirdilər. Onlar rabitə şöbəsindən başladılar, icra hakimiyyətinin binasına hücum etdilər, polis şöbəsini zəbt etdilər, nəhayət, “Cavanşir” restoranına toplaşdılar. Silahlı omonçuların məqsədi ondan ibarət idi ki, yenicə suverenlik əldə etmiş Azərbaycan respublikasını məhv etsinlər, parçalasınlar. Onların məqsədi xalqa aydın idi. Lakin belə bir çevrilişə cəhdin qarşısını alan, müstəqil Azərbaycan dövlətini qoruyan cənab Heydər Əliyev olmasaydı, şübhəsiz ki, onlar öz istəklərinə nail ola bilərdilər. Heydər Əliyevin qətiyyəti sayəsində omonçular tərksilah edildi, müstəqillik qazanmış gənc respublikamız yaşadı və şübhəsiz ki, bundan sonra da yaşayacaqdır. Mən ümumiyyətlə, Prezident Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmək istəyirəm. Əgər cənab Heydər Əliyev olmasaydı, indi nə Azərbaycan adında məmləkət olardı, nə müstəqilliyimiz yaşayardı, nə də gələcəyimizə ümid olardı.

MAHİZƏ MİRZƏYEVA (həkim): Mən səhər işə gələrkən sürücü məni yarı yolda düşürdü ki, omonçular yolu kəsiblər. Mən təcili xəstəxanaya gəldim. Öyrənmək istəyirdim ki, görüm, nə hadisə baş veribdir. Dedilər ki, gecə atışma olubdur. Xəstəxananın özündə heç bir hadisə baş verməmişdi. Polis şöbəsinə getdim. Orada dedilər ki, Əjdər müəllimi vurublar, omonçular gəlib “Cavanşir” restoranına toplaşıblar. Mən və rayonumuzun fəal qadınlarından bir neçəsi qərara gəldik ki, ora gedək. Məqsədimiz omonçuları yola gətirmək, dilə tutmaq, bu əməllərindən çəkindirmək idi. Bir çox ziyalı, o cümlədən maarif şöbəsinin müdiri İradə Çəndirli, sosial təminat idarəsinin müdiri Gülbəniz xanım “Cavanşir” restoranına getdik. Oradakılara dedik ki, bu hərəkətlər kimə lazımdır, niyə camaatı, insanları qırırsınız, axı, onlar kiminsə qardaş-bacıları, xalqın nümayəndələridir. Bu yoldan əl çəkin.

Orada Zahid Dünyamalıyev də var idi. O da onlarla söhbət edirdi. Çox təkidlə tələb edirdi ki, yola gəlin. Daxili işlər nazirliyinin başqa bir nümayəndəsi də var idi. Hamımız çalışırdıq ki, Elçinlə söhbət edək. Omonçular deyirdilər ki, biz sizə toxunmayacağıq. Bizim tələblərimiz var. O tələblər yerinə yetirilməlidir, sonra silahı yerə qoyacağıq.

ZAHİD DÜNYAMALIYEV (daxili işlər nazirinin müavini): 1995-ci ilin məlum mart hadisələri ilə əlaqədar olaraq daxili işlər naziri cənab Ramil Usubovun göstərişi ilə ayın 13-də səhər tezdən mən, Fətulla Hüseynov, Rövşən Cavadov, Nizami Şahmuradov digər əməkdaşlarla birlikdə Afstafa-Qazax bölgəsinə getmişdik. Saat 10-da artıq biz Tovuz rayonunda idik. Rayon polis şöbəsinin məlumatını dinlədikdən sonra, biz həmin hadisəni törətmiş, martın 13-dən 14-ə keçən gecə Ağstafada və Qazaxda dövlət çevrilişinə cəhd etmiş qiyamçıların yerləşdikləri “Cavanşir” restoranına yollandıq. Orada həddindən çox silahlı adam, ağır zirehli texnika və digər hərbi sursat, maşınlar və sair gördük. Hadisənin səbəblərini aydınlaşdırmaq üçün Elçin Əmiraslanovla və onun ətrafında olan adamlarla söhbət etdik. Məlum oldu ki, Qazax və Ağstafa rayonlarında icra hakimiyyətlərinin binaları zəbt edilib, polis şöbələri dağıdılıb, rabitə qovşağı tutulub, yəni həmin regionun Bakı ilə heç bir rabitəsi yoxdur. Onlar deyirdilər ki, Gəncə şəhər polis idarəsinin Ağstafa rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri keçirməsi buna təkan vermişdir. Əslində isə məlum oldu ki, belə deyil, bu, əvvəlcədən planlı surətdə hazırlanmış, düşünülmüş və dövlət çevrilişi etmək niyyəti ilə baş vermiş bir hadisədir.

Sonra hamımız Ağstafa rayonuna gəldik. Rayonda polis şöbəsi tamamilə dağıdılmışdı. Bilirsiniz ki, martın 12-dən 13-nə keçən gecə orada qiyamçılarla bizim polis əməkdaşları arasında güclü atışma getmişdi. Bizim əməkdaşlardan biri qətlə yetirilmiş, bir neçəsi yaralanmış, polisin silah və sursatı ələ keçirilmiş, polisin müvəqqəti saxlama kamerasında olan cinayətkarlar buraxılmış, onların hamısına silah paylanmış və onlar da bu dəstəyə qoşulmuşdular. Rayon icra hakimiyyətinin binası da zəbt edilmiş, Ağstafa rayonunun girəcəyində top qoyulmuşdu.

Biz burada vəziyyəti öyrənəndən sonra mən Qazax rayonuna getməyi təklif etdim. Fətulla Hüseynovla biz Qazaxa yollandıq. Qazax da eyni mənzərənin şahidi olduq. Yəni rəhbər idarə orqanlarının heç biri işləmirdi, hamısı zəbt edilmişdi, o cümlədən də icra hakimiyyətinin binası tutulmuşdu, polis şöbəsi darmadağın edilmişdi, regionlararası rabitə qovşağı zəbt olunmuşdu.

Biz rabitə qovşağının fəaliyyətini bərpa edə bildik. Ağstafa və Qazax rayonlarında baş vermiş hadisəni mən daxili işlər nazirinə, respublika rəhbərliyinə olduğu kimi məruzə etdim. Artıq aydın idi ki, bu, klassik variantda dövlət çevrilişinə cəhddir. Bank, teleqraf, hakimiyyət orqanlarının yerləşdiyi binalar, tutulmuş, idarəetmə orqanlarının işi dayandırılmışdı - buna dövlət çevrilişi cəhdindən başqa heç bir ad vermək mümkün deyildi.

JURNALİST: Dediniz ki, Qazaxa Fətulla Hüseynovla siz getdiniz. Nə üçün o biri yoldaşlarınız sizinlə getmədilər?

ZAHİD DÜNYAMALIYEV: Ağstafa rayonunda heç bir rabitə vasitəsi işləmədiyinə görə, qərara aldıq ki, Qazaxa getmək lazımdır. Orada müəyyən işlər, tədbirlər görüb vəziyyəti respublika rəhbərliyinə, eləcə də daxili işlər nazirinə məlumat vermək lazımdır.

Qazaxa getmək məsələsi gələndə Rövşən Cavadov və XTPD-nin onunla birlikdə olan rəhbərləri bundan imtina etdilər. Onlar dedilər ki, biz Ağstafada qalıb lazım olan tədbirlərlə məşğul olaq.

JURNALİST: Qazax hadisələri barədə nə deyə bilərsiniz?

ZAHİD DÜNYAMALIYEV: Bizim qarşımızda qoyulan vəzifələrdən biri idarəetmə orqanlarının işini bərpa etmək, ikincisi isə, omon-çuları öz bazasına qaytarmaq idi. Biz orada onlarla bir neçə dəfə söhbətlər apardıq, onları bazaya qaytarmaq, öz fikirlərindən döndərmək üçün Ağstafa və Qazax rayonları ağsaqqallarını bu işə cəlb etdik. Lakin heç bir nəticəsi olmadı. Bakı şəhərində yaşayan, həmin regiondan olan bir çox ziyalılar martın 13 və 14-də Qazax rayonuna gəldilər. Onların da apardıqları danışıqlar heç bir nəticə vermədi. Orada söhbətlər zamanı ultimatum şəklində tələb olunurdu ki, omonçular Gəncəyə qədər getməlidirlər, oraya qədər bütün hakimiyyət orqanları onların əlində olmalıdır.

JURNALİST: Rövşən Cavadov qarşıya qoyulan vəzifələri yerinə yetirməmiş Bakıya qayıtdı. Bu barədə nə deyə bilərsiniz?

ZAHİD DÜNYAMALIYEV: Martın 13-də o vəzifələri, demək olar, həyata keçirmədən Rövşən Cavadov bəyan etdi ki, mən axşam Bakıya qayıdacağam. Təklif etdim ki, bunu daxili işlər nazirinə bildirmək lazımdır. Əgər nazir icazə versə, onda qayıtmalısınız. Lakin o, öz fikrində qaldı və axşam Bakı-Tbilisi qatarı ilə Bakıya döndü. Biz isə orada qalıb öz işimizi davam etdirdik.

Möhtərəm cənab Heydər Əliyev tərəfindən bizim qarşımıza mühüm vəzifə qoyulmuşdu: XTPD dəstəsi və ona qoşulanlar qan tökülmədən “Cavanşir” restoranını tərk etməli, öz bazalarına qayıtmalıdırlar. Onların bazası Qazax rayonunda yerləşirdi. Onlar ora qayıtmalı və silahı yerə qoymalı idilər. Əsas vəzifə bu idi. Bir daha deyirəm, bizə tapşırılmışdı ki, bu vəzifə qan tökülmədən yerinə yetirilsin. Biz artıq onların planlarından xəbər tutmuş və bəzi məsələləri özümüz üçün aydınlaşdırmışdıq. Ona görə də martın 14-dən etibarən müəyyən tədbirlər görməyə başlamışdıq. Onların Tovuz rayonuna, respublikanın içərilərinə getməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görmüşdük. Ancaq çox təəssüflər olstun ki, martın 14-dən 15-ə keçən gecə saat 1-2 radələrində həmin dəstə bizim postlara hücum etdi və əsgərlərimizdən bir neçəsi qətlə yetirildi, bir neçəsi yaralandı. Ondan sonra biz cavab tədbirləri görməyə məcbur olduq.

APARICI: Tovuz rayonu istiqamətində hərəkət edən quldur dəstələri burada ciddi müqavimətə rast gəldilər. Ona görə də bu cinayətkar dəstə müvəqqəti olaraq “Cavanşir” restoranını özlərinə qərargah seçdi.

ÇAVANŞİR ƏFƏNDİYEV (Ağstafa rayon sakini): Hadisənin baş verdiyi həmin günlərdə mən Bakıda idim. Bakıdan qayıdanda, gecə saat 10 olardı, Goranboyda mənim qabağımı kəsdilər. Qaçdım. Sonra yenə maşınımın qabağını kəsdilər. Dedim, axı nə üçün? Dedilər ağsaqqal, getdik. Gələndə gördüm burada böyük hadisə baş verib. Gədə-güdə Azərbaycan xalqını pis günə qoymaq istəyirdi. Uşaqlıqdan tanıyırdım onları, atalarını da, analarını da tanıyırdım. Bunların hamısı ermənipərəst idi. Əgər belə olmasaydı, xalqımızın ağır günündə Azərbaycanın başına bu oyunu açmazdılar. Qazax rayonunun Kosalar kəndindən 40 nəfərə yaxın uşaq yığmışdılar. Hərəsinə də bir torba un, pul təklif edərək aldatmışdılar.

Mənim özüm 4 il müharibədə olmuşam. Heç nədən də qorxmuram. Bizim Ağstafa rayonunda da bir nəfər polis işçisini qətlə yetirdilər. Hörmətli Heydər Əliyev olmasaydı, bərkə burada çox belə hadisələr baş verərdi.

CUMAYEVA SEVİL (Telefonçular briqadiri): Səhərə yaxın idi. Biz iş yerlərimizdə oturmuşduq. Güclü atəş səsləri eşitdik. Tank gurultusu da gəlirdi. Bu səslər bizə çox təsir elədi, qorxduq. Aradan bir az keçmiş Bakının birbaşa kanalları ilə Prezident Aparatından zəng olundu ki, Ağstafa-Qazax zonasında nə baş verib? Dedik Qazaxda nə hadisə baş verdiyindən xəbərimiz yoxdur, amma Ağstafada atəş səsləri eşidirik.

Qazaxa zəng edib, orada nə baş verdiyini öyrənmək istədik. Heç bir yerdən çavab ala bilmədik. Artıq həmin yerləri zəbt etmişdilər. Aradan bir qədər keçmiş gəldilər ki, qapını açın, içəri girək. Dedik ki,mümkün deyil, kənar, tanımadığımız adamları içəri buraxa bilmərik. Yenə də qapını açmağımızı tələb etdilər. Açmadıq. Özləri zorla içəri daxil oldular. Əllərində avtomat, üzlərində maska var idi. Biz onların bu hərəkətinə etiraz etdik ki, buradakılar hamısı qadınlardır, buraya girmək olmaz. Dedilər az danışın, hamınız çıxın çölə. Çöldə hava yağmurlu idi. Dedik ki, bu havada qadınlar çöldə necə dayana bilər, qoyun burada oturaq, iş yerlərimizi təhvil verib sonra gedək. Əgər sizə buranı tutmaq tapşırılıbsa, bizə də öz iş yerlərimizdə olmağı tapşırıblar. Razılaşdılar, bu şərtlə ki, telefon zənglərinə cavab verməyək.

Aradan bir az keçmiş gördük 07-lər çox yanır. Onlardan xahiş etdik ki, yəqin evdəkilər narahatdırlar, bizim vəziyyətimizi öyrənmək istəyirlər. İcazə verin onlara cavab verək. Çox təkid etdikdən sonra razılaşdılar. Amma dedilər ki, yalnız salamat olmağınız barədə xəbər verin, başqa söz danışmayın.

Biz bundan istifadə edərək icra hakimiyyətinin kanallarına çıxdıq, vəziyyət barədə, onların sayı haqqında məlumat verdik. Bir az keçmiş omonçulardan bir nəfər içəri girdi. Bizi yenə aparatlardan kənarlaşdırdılar.

Səhər açılırdı. Rəisimiz Gülağa müəllimə zəng edib omonların poçtu zəbt etmələri barədə məlumat verdik. Gülağa müəllim gəldi, lakin içəri buraxmırdılar. Omonçulardan xahiş etdik ki, o, bizim müdirimizdir, icazə versinlər. Onlar Gülağa müəllimi içəri buraxdılar. Gülağa müəllim onlara dedi ki, işləməyin deyirsiniz, işləməyək. Amma xahiş edirəm aparatlarla işiniz olmasın, qiymətli avadanlıqdır. Onlar Gülağa müəllimin sözlərini eşitdilər, aparatlara toxunmadılar.

Elə buna görə də sifariş qəbul etməsək də, bizim rabitə dayanmadı, işlədi. Lazımi məlumatları da çatdırdıq.

JURNALİST: Oradan nə vaxt çıxıb getdiniz?

CUMAYEVA SEVİL: Biz gedəndə saat 9 idi. Onlar da 10-11 arası oradan çıxıb getmişdilər.

İSMAYILOV CAHAN, (Ağıstafa rayon polis şöbəsinin sahə ispektoru, baş polis leytenantı): 1995-ci il martın 13-də mən digər polis əməkdaşları ilə birlikdə əməliyyat qrupunda idim. Gecə səhərə kimi qaldıq. Vəziyyət gərgin idi. Səhərə yaxın çöldə, polis əməkdaşları ilə birlikdə qapıda dayanmışdıq. Gördük ki, maskalı omonçular avtomobillərlə, zirehli texnika ilə polis şöbəsini mühasirəyə aldılar. Atəş aça-aça polis şöbəsinə daxil olmaq istədilər. Onlara xəbərdarlıq etdik ki, müqavimət göstərəcəyik. Bizi eşitmədilər. Onlara cavab verməyə məcbur olduq. Son gülləmizə qədər onlarla atışdıq, bir əməkdaşımız həlak oldu. Onlar polis şöbəsini tutdular. Məni və digər polis yoldaşlarımı möhkəm döydülər. Mən ayılanda özümü xəstəxanada gördüm. Onlar dövlət çevirilişi etmək istəyirdilər. Dövlətə qəsd edirdilər ki, hakimiyyəti ələ alsınlar. Sonradan məlum oldu ki, onlar Rövşən Cavadovun dəstəsinin üzvləridirlər. Qazaxda onlara Elçin Əmiraslanov rəhbərlik edirdi. Yerli adamlardan da ələ alınanlar onlara kömək edirdilər. Məqsədləri burada da, başqa rayonlarda da icra hakimiyyətinin binasını, poçtu, polis şöbəsini tutaraq, ta Bakıya qədər getmək idi.

 KÜBRA QULİYEVA (Ağstafa rayon sakini): Martın 13-də gecə qəflətən atışma səsi eşitdik. Bizim evimiz polis şöbəsinin arxasında, 25-30 metrliyində yerləşir. Vahiməyə düşdük. Uşaq, böyük, qoca özümüzü bayıra atdıq, bir şey anlaya bilmədik. 10-12 nəfər cavan oğlan əllərində avtomat, - bəzisini üzdən tanıdım, bəzisini qaranlıq olduğu üçün tanıya bilmədim, - özlərini iki binanın arasındakı ensiz yola atdılar. Soruşduq ki, bu nə işdir, cavab verən olmadı. Heç nə anlaya bilmədik. Elə onu eşitdik ki, şiddətli atışma başladı. Başa düşdük ki, hədəf polislərdir, məqsəd polis şöbəsini tutmaqdır. 

Sübh tezdən polis şöbəsinə tərəf getdik. Məlum oldu ki, omonçular polis şöbəsində çalışan ən gözəl insanlardan birini - Əjdər Babayevi qətlə yetiriblər. Onun iki uşağı - Turan və İlqar üçüncü sinifdə mənim şagirdlərimdir.

Onlar təkcə polisə deyil, xəstəxanaya və banka, ümumiyyətlə, çox yerlərə atəş açmışlar. Yetim qalan uşaqların anasının üzünü çırmasına, fəryadına dözmək çətindir. Uşaqlar mənim əlimdən yapışıp soruşurdular. Müəllim, atamızı nə üçün vurdular? Mən bu suala hələ də cavab verə bilmirəm.

İSA HÜMBƏTOV (Ağstafa rayon sakini): Mart hadisələri mənim gözümün qabağında baş vermişdir. Sübh tezdən atışma səsləri eşitdim. Mən 50 il bankın mühasibi olmuşam, tez banka tərəf getdim. Banka daxil olub işçilərə zəng etdim ki, təcili banka gəlsinlər. Səhəri günü Rövşən Cavadovu, Dünyamalıyevi gördüm, onlardan başqa 3-4 tanımadığım adam da var idi.

Ağstafa kimi bir rayonun adını ləkələdikləri üçün onlara nifrət etdik. Onların dəstəsi “Cavanşir” restoranına yığışmışdı. Güclü atışmadan sonra omonçulardan biri yaralananda aparırlar xəstəxanaya. Həkimə deyirlər ki, bunu müalicə elə. Nemət adlı həkim bildirir ki, axı, buna çarə yoxdur, necə müalicə edim. Deyirlər ya onu müalicə et, ya da səni güllələyəcəyik. Yazıq həkim qorxusundan qaçıb, bizim bankda gizlənmişdi.

NUHƏLİ KƏRİMOV \jurnalist\: XTPD-də ilk illər dövlətçiliyimizi müdafiə edən yaxşı, igid oğlanlar da var idi. Amma onlara şəxsi maraqlarını güdmək məqsədi ilə varlanmaq xatirinə qoşulanlar da az deyildi. Elə həmin maraqla da omonçular getdikcə siyasiləşdilər. Onlar respublikamızda fəaliyyət göstərən bəzi müxalifət qüvvələri ilə birləşərək, hakimiyyəti devirmək proqramı ilə hərəkət etməyə başladılar. Nəticədə 1995-ci ildə onlar öz məqsədlərini açıq-açığına büruzə etməyə başladılar, dövlətə qarşı çıxdılar.

Bu məqsədə çatmaq üçün onlar Qazax rayonundan başladılar. Onlar dövlətin güc və icra orqanlarına qarşı silah işlətdilər. Neçə poliş işçisini qətlə yetirdilər.

Sonra bu cür çevriliş cəhdi Agstafa rayonunda baş verdi. Bu hadisələri biz müşahidə edirdik. Demək olar ki, həmin vaxtlarda Xalq Cəbhəsi, Musavat partiyaları, Ayaz Mütəllibovun tərəfdarları açıq-açığına onlara dəstək verirdilər. Arzuları da bu idi ki, Heydər Əliyev hakimiyyətini devirsinlər.

1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda bir çox qüvvələrlə üzləşdi, lakin Heydər Əliyevin iradəsi, dövlətçilik təcrübəsi, xalqımızın öz Prezidentinə dəstəyi nəticəsində bunların qarşısı alındı.

Xalq istəyirdi ki, dövlətçiliyimiz olsun, dövlətimizin ali qanunları fəaliyyət göstərsin. Belə bir arzu ilə bütün ictimaiyyət möhtərəm Prezitentimiz Heydər Əliyevin ətrafında birləşdi.

Nəticədə dövlətimizin başçısı bir daha sübut etdi ki, müxtəlif yollarla dövlət çevrilişi etmək istəyənlərə heç bir güzəşt olmayacaq, belə qüvvələrin qarşısını almağa dövlətin imkanı var. Hakimiyyətə yalnız seçkilər yolu ilə gəlmək olar.

APARICI: Omonçular Qazax, Ağstafa və digər rayonlarda öz istədiklərinə nail ola bilmədilər. Təbii ki, xalq onları dəstəkləmirdi. Lakin buradakı gərginlik Bakıya da sirayət etmişdi.

Cavadov qardaşları omonçuları cəbhə xəttindən geri çağırıb Bakının 8-ci kilometr qəsəbəsindəki bazasında məskən saldılar. Onlar qürrələnərək Azərbaycanın hər yerində çoxlu qüvvələri olduğunu söyləyir, hakimiyyət orqanlarına hədə-qorxu gəlirdilər. Belə bir çətin anda əksər siyasi partiyalar gözləmə mövqeyi tutur, bəzi hallarda isə bədnam omonçulara dəstək verirdilər.

Bu gün demokratiyadan, haqq-ədalətdən dəm vuran bəzi siyasətbazlar həmin günlərdə məqam gözləyirdilər ki, iqtidar devrilsin, bəlkə onlara da bir pay düşə.

Hadisələr artıq təhlükəli xarakter almışdı. Vəziyyət saatbasaat gərginləşirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Türkiyə və Ermənistanın xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər

Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq

ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulublar

Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Qobustan rayonuna diametri 15 millimetr olan dolu düşüb

Şuşada “By Youth For Youth” Beynəlxalq Forumu öz işini başa vurub YENİLƏNİB

Heydər Əliyev adına Hərbi İnstitutun məzunları: Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə xidmət etmək şərəfdir

Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları təşkil edilib

Sosial-İqtisadi Kollecdə Silahlı Qüvvələr Günü qeyd olunub

Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar başa çatıb

“SABAH” qruplarına professor-müəllim heyəti işə dəvət olunur

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Rusiya millisinin sabiq qapıçısı “Turan Tovuz”a keçib

Sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərin olduğu regionların adları açıqlanıb VİDEO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

“Azərpoçt” Silahlı Qüvvələri Günü ilə əlaqədar xüsusi rejimdə fəaliyyət göstərəcək

Baş direktor: Türk mütəxəssislərinin Azərbaycana gətirilməsi sənayenin inkişafına güclü təkan verə bilər

Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə xalqımızın şərəfli tarixidir

Nurlan İsmayılbəyli: Əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib

“Qəbələ” klubuna yeni məşqçi təyin olunub

Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb

MEK-də Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar sərgi təşkil edilib

Avropa gənclərinin elçiləri COP29 konfransının əhəmiyyətindən bəhs edirlər

Azərbaycanın ilk hərbi operatoru Seyidağa Mövsümlünün xatirəsi anılıb

Fond: “GEMS Education”a investisiya qoyulması ARDNF-nin qlobal arenada etibarlı investor kimi qəbul edilməsinin göstəricisidir

Almaniyada ciddi kadr çatışmazlığı ictimai nəqliyyatın inkişafını təhlükə altına qoyur

“Tagesschau” nəşri Assancın sərbəst buraxılması haqqında: Azadlığın qiyməti yüksəkdir

Azərbaycanı “Asiya Uşaqları” Oyunlarında təmsil edəcək güləşçilər bəlli olub

“Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” monoqrafiyası çapdan çıxıb

Milli Kitabxanada Silahlı Qüvvələr Gününə həsr olunmuş sərgi açılıb

BANM tələbələri ABŞ-da Azərbaycanı təmsil edəcəklər

Yazıçı Natəvan Dəmirçioğlunun “Açar” romanı çap olunub

“Mina təhlükəsi ilə mübarizədə beynəlxalq standartlar və innovativ həllər” mövzusunda texniki konfrans keçirilib

“Azercell” abunəçilərinə maarifləndirmə xarakterli SMS-bildiriş göndərilib

Avro-2024: Almaniya millisi ağcaqanadların hücumuna məruz qalıb

Milli Məclisin növbəti plenar iclasında 17 məsələ müzakirə edilib YENİLƏNİB

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Zəngilan məscidini ziyarət ediblər

“AzMİU Academy”nin növbəti məzunları mükafatlandırılıb

Qlobal Davamlı İnkişaf Konqresi AzMİU üçün Asiya universitetləri ilə yeni əməkdaşlıq imkanları yaradıb