İQTİSADİYYAT
Qara dənizdən ölkəmizə xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 9-da saat 20:30 radələrində dəmir yolunun Saatlı stansiyasının yaxınlığında hadisə baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Qara dənizdən ölkəmizə xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb. İlkin ehtimala görə, hadisəyə vaqonlardan birində texniki nasazlıq (təkər cütü oxunun boynunun sınması) səbəb olub. Əraziyə "Azərbaycan Dəmir Yollar" QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti cəlb edilib. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər icra olunur.
Qeyd edək ki, qəza zamanı həlak olan və ya xəsarət alan yoxdur. Dəmir yolu infrastrukturuna dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yaxın saatlarda Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]