“KazMunayQaz” Azərbaycan nefti sayəsində Aralıq dənizi akvatoriyasından daşımaların həcmini artırıb
Bakı, 20 may, AZƏRTAC
“KazMunayQaz” şirkəti 2024-cü ilin birinci rübündə magistral və dəniz yolu ilə neft nəqlinin həcmini 14,2 faiz – 21 milyon tondan çox artırıb.
AZƏRTAC bu barədə “KazMunayQaz” şirkətinin cari ilin birinci rübü ərzində istehsal nəticələrinə istinadla xəbər verir.
“Magistral və dəniz yolu ilə neft nəqlinin ümumi həcmi 14,2 faiz artaraq 21541 min tona çatıb. Magistral boru kəmərləri ilə neft nəqlinin həcmi 7,9 faiz artaraq 18081 min ton təşkil edib. Artım Avropaya ixracat neftinin nəqlinin, eləcə də Aktau limanından neft tranzitinin və neft daşımalarının həcminin artması hesabına olub”, - deyə məlumatda bildirilir.
Dəniz yolu ilə neft nəqlinin ümumi həcmi Aralıq və Xəzər dənizlərində həcmin artması sayəsində 65,2 faiz yüksələrək 3,46 milyon tona bərabər olub. Bununla yanaşı, Aralıq dənizi akvatoriyasında nəqlin həcminin artması əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunan Azərbaycan nefti hesabına baş verib. Xəzər dənizində həcmin artması Aktau limanı - Mahaçqala limanı və Aktau limanı - Bakı limanı marşrutları üzrə daşımaların həcminin artması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]