REGİONLAR
“Qartal” komandası “Qış kuboku”nu qazanıb
![](/files/galleryphoto/2022/1/1200x630/1645616075544393496_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456160751539539006_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456160752182316471_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1645616075158397242_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456160753108127541_1200x630.jpg)
Naxçıvan, 23 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən “Xəmsə” milli intellektual oyunu üzrə “Qış kuboku”na yekun vurulub. İntellekt oyunu Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində təşkil edilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman Nazirliyi və “Gənclərin intellektual inkişaf mərkəzi” İctimai Birliyi tərəfindən birgə keçirilən yarışda, ümumilikdə, 8 komanda mübarizə aparıb.
Beş raundluq mübarizənin yekununda Naxçıvan Dövlət Texniki Kollecinin “Qartal” komandası bütün rəqiblərini geridə qoyaraq qalibiyyətə nail olub. Heydər Əliyev adına Hərbi Liseyin “Dəmir Yumruq” komandası oyunu ikinci sırada tamamlayıb. Liseyin digər təmsilçisi “Mübariz” komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komanda “Qış kuboku” ilə təltif edilib. İlk üçlükdəki heyətlərə diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim olunub.