Qaxda arpa sahələrində orta məhsuldarlıq 33,5 sentnerdir
Qax, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında arpa biçininə başlanılıb. Rayonun Ağyazı, Almalı, Əlibəyli, Zəyəm, Qorağan və digər kəndlərin ərazilərindəki təsərrüfatlarda ilk günlərdə 2148 hektar sahənin arpası biçilib, 7204 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 33,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 13 min 727 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 8 min 609 hektarını buğda, 5 min 118 hektarını dən üçün arpa sahələri təşkil edir. Biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib.
Taxıl biçininə, ümumilikdə, 35 ədəd kombayn, həmçinin lazımi qədər şum traktoru, küləşpresləyən aqreqat, yük maşını, qoşqu və digər texnika cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [23:26]
Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb
- 03.06.2026 [22:49]
Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
- 03.06.2026 [20:44]
Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb
- 03.06.2026 [20:10]
Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO
- 03.06.2026 [19:43]
Ağalıda məktəblilər veloyürüşə qoşulub
- 03.06.2026 [19:08]
Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub
- 03.06.2026 [18:51]
Horovlu kənd məktəbində böyük summativ qiymətləndirmələr başlayıb
- 03.06.2026 [17:47]