Qaxın kəndlərində yeni artezian quyuları qazılır
Qax, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2018-ci ildə Qax rayonunun ərazisində 13 ədəd subartezian və artezian quyusunun qazılması nəzərdə tutulub. Bu quyulardan 4-nün qazıntısı artıq yekunlaşıb, 2-sində isə qazıntı işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.
Baş mühəndisin bildirdiyinə görə, subartezian quyularının qazıntısı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən həyata keçirilir.
Ümumiyyətlə, dövlətimizin başçısının imzaladığı sərəncamlara uyğun olaraq,
son 4 ildə Qax rayonunun ərazisində 41 ədəd subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində yüz hektarlarla əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:42]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [20:51]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]