SİYASƏT
Qazaxda prezident seçkilərinə hazırlıq işləri başa çatmışdır
Qazax, 3 oktyabr (AZƏRTAC). Qazax rayonunda prezident seçkilərinə hazırlıq işləri başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 36 seçki məntəqəsi lazımi avadanlıq və bütün texniki vasitələrlə təchiz olunmuşdur.
Dairə üzrə 43 min 143 nəfər seçici qeydə alınmışdır. Seçki Məcəlləsinə uyğun olaraq hazırlanmış seçici siyahıları çap edilərək məntəqə seçki komissiyalarına paylanılmışdır.
Dairənin əhatə etdiyi 10 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Əlil seçicilərin seçki məntəqələrində səs vermələrini daha da asanlaşdırmaq məqsədi ilə panduslar quraşdırılmış, prezidentliyə namizədlərin təbliğat və təşviqatı üçün seçki məntəqələrinin yerləşdiyi ərazilərdə yerlər ayrılmışdır.