Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin dövlətiniz sosial-iqtisadi inkişaf üzrə böyük uğurlar qazanıb və beynəlxalq arenada nüfuzunu ardıcıl şəkildə möhkəmləndirir.

Arzu edirəm ki, ölkəniz gələcəkdə də inkişaf etməkdə davam etsin və yüksək məqsədlərə nail olsun.

Ümidvaram ki, Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və xoşbəxtlik arzulayıram.

Ən xoş arzularla,

 

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin