İQTİSADİYYAT
Qazaxıstanın Almatı şəhərində “Neft və Qaz-KİOGE 2013” adlı Beynəlxalq neft-qaz sərgi və konfransı keçirilmişdir
Sərgidə Azərbaycan şirkətləri də iştirak etmişdir
Almatı, 5 oktyabr (AZƏRTAC). Qazaxıstanın Almatı şəhərində “Neft və Qaz-KİOGE 2013” adlı 21-ci Beynəlxalq neft-qaz sərgi və konfransı keçirilmişdir.
Sərgidə dünyanın 22 ölkəsindən 460-dan artıq şirkət iştirak etmişdir. Bu ölkələrdən ancaq Azərbaycan, Almaniya, İtaliya, Kanada, Çin, Rusiya və Qazaxıstan öz milli stendləri ilə təmsil olunmuşdur. “Global Energy Azerbaijan” Şirkətlər Qrupundan ibarət Azərbaycan şirkətləri 3 ildir ki, bu nüfuzlu tədbirdə iştirak edir. Dörd gün davam edən sərgidə Azərbaycan şirkətləri enerji sektorunun son texnoloji məhsullarını nümayiş etdirmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı