İDMAN
“Qəbələ” futbol komandası bu gün Avropa Liqası yarışlarında debüt edəcəkdir
Bakı, 3 iyul (AZƏRTAC). Xəbər verdiyimi kimi, iyulun 3-də futbol üzrə UEFA Avropa Liqası yarışlarında birinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ” komandası da ilk oyununa çıxacaqdır.
Komandamız Qəbələ şəhər stadionunda Bosniya və Herseqovinanın “Şiroki Briyeq” kollektivini qəbul edəcəkdir.
Avrokubokda debüt edəcək “Qəbələ”nin oyununu qazaxıstanlı baş hakim Artyom Kuçin idarə edəcəkdir. Ona həmyerliləri Yevgeni Belski, Rustam Suyunov və Denis İzmaylov kömək edəcəklər.
Komandalar arasında cavab matçı bir həftə sonra - iyulun 10-da Bosniya və Herseqovinada keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [13:45]
Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb
- 27.04.2024 [13:21]
Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar
- 27.04.2024 [12:56]
Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır
- 27.04.2024 [12:37]
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
- 27.04.2024 [11:56]
Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb
- 27.04.2024 [11:55]