Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə inqilab edən azərbaycanlı alim

Bakı, 4 fevral, AZƏRTAC

İyirminci yüzilliyin 60-cı illərində dünya elmində yeni bir inqilab baş verdi. 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsi meydana gəldi. Bununla da kibernetika ilə bağlı bütün təsəvvürlər dəyişdi. Yeni nəzəriyyə kosmik peyklərdə, Yerin və kainatın öyrənilməsində, qeyri-müəyyən obyektlərin araşdırılmasında mühüm rol oynamağa başladı. O, müasir sənayenin bütün sahələrində, intellektual robotlarda, maşınqayırmada uğurla tətbiq edilirdi. Dünyaya səs salan bu nəzəriyyənin müəllifi azərbaycanlı alim Lütfi Zadə idi.

AZƏRTAC xəbər verir ki, fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 98 illiyi tamam olur.

Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakıda anadan olub. On yaşında ikən ailəsi Bakını tərk edərək Tehrana köçüb. Orta təhsilini İranın paytaxtındakı Amerika kollecində tamamladıqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən - 23 yaşında başlanıb. O, Tehranda kollecdə təhsil alarkən Amerika elmi və mədəniyyəti barədə müəyyən təsəvvürə malik idi. Həmin dövrdə İran onun elm sahəsində maraqlarını təmin edən əlverişli yer deyildi. Odur ki, 1944-cü ildə arzularının arxasınca ABŞ-a üz tutdu. Nəyə görə Amerikanı seçdiyi barədə sualı cavablandıran Lütfi Zadə deyirdi: “Mən Bakıda olanda bu barədə heç vaxt düşünmürdüm. Bakını tərk edib İranda Amerika kollecində təhsil alanda isə ancaq Amerikada olmaq barədə fikirləşmişəm. Mən Amerikanı çox sevirəm. Yenə də demək istəyirəm ki, bu ölkəyə mənə verdiyi bütün imkanlara görə minnətdaram. Başqa heç bir ölkədə bunlara nail ola bilməzdim”.

Lütfi Zadənin altı mühüm nəzəriyyəsi hazırda elm və istehsalatda geniş tətbiq olunur, bütün dünya böyük iqtisadi səmərə gətirən bu nəzəriyyələrdən bəhrələnir. Onun “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflərin də müəllifidir. O, alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəzlər yaradılıb - Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası. Bu dahi insan Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi.

Alimin vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və həyata keçirir. Berkli Universitetində onlarca dünya şöhrətli alim dərs deyib, öz elmi araşdırmaları və kəşfləri ilə bəşər elmini zənginləşdirib. Professor Lütfi Zadə 1959-cu ildən bu məşhur universitetdə çalışmağa başlayıb. Əvvəllər elektrik mühəndisliyi kafedrasının müdiri, daha sonra isə kompüter mərkəzinin direktoru olub. Özünün qeyri-səlis məntiq nəzəriyyəsini də burada işləyərkən irəli sürüb. Uzun illər ABŞ elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən bu nəzəriyyə 1980-ci illərdə yapon alimlərində böyük maraq doğurub və Yaponiyada texnika və texnologiyanın inkişafına güclü təkan verib. Hazırda Yaponiyanın və ABŞ-ın bir sıra tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən bəhrələnərək böyük gəlir götürürlər. “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər böyük şirkətlər qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Təsadüfi deyil ki, Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə uğurla tətbiqinə görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub.

Dünyanın bir çox tanınmış alimləri Lütfi Zadənin tədqiqatlarından, xüsusən də qeyri-səlis çoxluqlar nəzəriyyəsindən bəhrələndiklərini etiraf edir və onun haqqında çox yüksək fikirlər söyləyirlər. ABŞ professoru Ronald Yaqer: “İlk dəfə Lütfi Zadə tərəfindən tətbiq edilmiş qeyri-səlis çoxluqlar insan kimi qərarlar qəbul etmək qabiliyyətinə malik süni intellektli sistemlər yaradılması üçün çox mühüm vasitəni təmin edir. Bu, intellektdə informasiyanın bərpası üçün çox vacibdir”.

Kanadalı professor Burhan Türksən: “Lütfi Zadəni dünyanın tanınmış alimləri arasında son zamanlarda elm aləminə ən çox təsir göstərən alimlərdən biri olaraq tanıyırıq. Elm dünyasına müxtəlif vaxtlarda töhfələri olmuş bir çox alim var. Lakin bunların arasında Lütfi Zadənin xüsusi yeri var”.

Berkli Universitetinin professoru Stüart Rassel: “O, həmişə tənqidi tərif (kompliment) kimi qəbul edirdi. Bu, o deməkdir ki, insanlar onun nə söyləmək istədiyini anlayırdılar”.

Kanadalı professor Madan Qupta: “Professor Lütfi Zadə qeyri-səlis məntiqin atasıdır. Onun bu sahə ilə əlaqədar ilk elmi məqaləsi 1965-ci ildə çap edilib. Mən inam və cəsarətlə deyə bilərəm ki, o, mənim müəllimim olub”.

Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü olan professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülmüş, onlarca ölkənin nüfuzlu universitetinin fəxri doktoru seçilmişdi.

Lütfi Zadənin şəxsi keyfiyyətlərindən danışanlar onu, ilk növbədə, dahi alim və şəxsiyyət kimi səciyyələndirirlər. O, təbiətcə çox təmkinli, təvazökar və yaxşılıq etməkdən zövq alan səmimi insan idi. Böyük alim və sadə insan olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə işləmək onun ətrafındakılar üçün sonsuz qürur və şərəf idi.

Gördüyü işlər sayəsində Lütfi Zadə özü ilə yanaşı, vətəni Azərbaycanın da adını yüksəklərə qaldırıb. Sevindirici haldır ki, Azərbaycanda da Lütfi Zadənin elmi irsinə müraciət edən alimlərin sayı gündən-günə artır. Bir çox dissertasiya işləri müdafiə edilir, monoqrafiyalar, məqalələr yazılır, konfranslarda bu mövzuda dinlənilən məruzələr nüfuzlu jurnallarda dərc olunur. Həm Azərbaycanda, həm də ABŞ-da Lütfi Zadənin irsinə həsr olunmuş silsilə beynəlxalq konfranslar keçirilir.

1998-ci ildə Azərbaycanda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. Bu qurum 2014-cü ildən Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyası adı altında fəaliyyətini davam etdirir.

Öz milli mənsubiyyəti ilə fəxr edən görkəmli alim Azərbaycanın inkişafını daim izləyir, uğurlarına qəlbən sevinirdi. Azərbaycan Prezidentinin ölkənin xoşbəxt gələcəyinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirən, ona böyük ümidlər bəsləyən Lütfi Zadə deyirdi: “Prezident İlham Əliyev çox savadlı və müdrik insandır. Onun qəlbi Azərbaycanın mənafeləri ilə döyünür. Azərbaycanın müstəqil siyasət yeritməsi məni sevindirir”.

Prezident İlham Əliyev 2011-ci il 7 fevral tarixli Sərəncamı ilə Lütfi Zadəni “Dostluq” ordeni ilə təltif edib. Bu orden ona elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə verilib. Dünya şöhrətli alim üçrəngli bayrağımızın rəmzi olan ordeni sinəsində fəxrlə, böyük qürur hissi ilə gəzdirirdi. Sanki sinəsi üstündə Vətən torpağının bir parçasını daşıyırdı...

Görkəmli alim uşaq yaddaşında Bakı ilə bağlı qalmış xatirələri tez-tez dilə gətirirdi: “Bakı bulvarını xatırlayıram. Hamı orada gəzməyi xoşlayırdı. Mən 1965-ci ildə Bakıda olarkən adamların ciddi dəyişdiyini gördüm. Əvvəllər xoşuma gələn yerləri yaddaşımda bərpa edib canlandırdım. Hətta mən Buzovna çimərliyini də xatırlayıram. Bir sözlə, Bakı ilə əlaqədar yaddaşımda çox yaxşı xatirələr qalıb. Bakı ürəyimdə xüsusi yer tutur”.

O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Səfər zamanı alim Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi. Lütfi Zadə bundan əvvəl Bakıda 1965-ci ildə olmuşdu. Ötən 43 ildə burada baş verən dəyişikliklər onda böyük təəssürat yaratmışdı. Bu barədə danışarkən deyirdi ki, Azərbaycan hər cəhətdən irəli gedib, Bakıda böyük abadlıq və quruculuq işləri aparılıb, elm və mədəniyyət yüksək səviyyədə inkişaf edib. Görkəmli alim bütün bu nailiyyətləri Prezident İlham Əliyevin respublikada elmə və mədəniyyətə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirir, dövlətimizin başçısı ilə görüşündən hədsiz məmnun qaldığını vurğulayırdı.

Görkəmli alim 2016-cı ilin dekabrında Prezident İlham Əliyevə ünvanlandığı məktubda yazırdı: “Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır”.

Dünya şöhrətli azərbaycanlı alimin 90 illik yubileyi səkkiz il əvvəl Bakıda böyük təntənə ilə qeyd olunmuşdu. Bu gün isə Lütfi Zadə aramızda yoxdur. Böyük alim 2017-ci il sentyabrın 6-da Kaliforniyada vəfat edib. Doğma vətəni Azərbaycanda dəfn olunmaq vəsiyyəti nəzərə alınaraq nəşi Bakıya gətirilib və birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir VİDEO