Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan notların həcmi 250 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar iyulun 1-də ödəniləcək.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4773-99.4397 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]