Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qriqori Belenki: “Bakının küləkləri üçün darıxıram”

Vaşinqton, 12 may (AZƏRTAC). Aprel ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə Qriqori Lvoviç Belenki “Dostluq” ordeni ilə təltif edilmişdir.

Nyu-York Dövlət Universitetinin elektrik və kompyuter mühəndisliyi üzrə professorunun adı bu gün ölkəmizdə gənc nəslin azsaylı nümayəndələrinə tanış olsa da, 1989-cu ildən Birləşmiş Ştatlarda fəaliyyətini davam etdirən Qriqori Belenki özünü məhz Azərbaycan ziyalılarına aid edir. Bakılı fizik bir alim kimi Azərbaycanda yetişmiş, Azərbaycan Dövlət Universitetini bitirərək Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmış, neçə-neçə gənc alim yetişdirmişdir. Alim 170-dən çox elmi məqalənin, ABŞ-da dörd elmi patentin müəllifi, beynəlxalq elmi mükafatların sahibidir. Qriqori Belenki Vətən ilə daim əlaqə saxlayır, Azərbaycanda son illər tez-tez keçirilən elmi-praktiki konfranslarda, forumlarda iştirak edir, ölkəmizdə elmin inkişafını yaxından izləyir. AZƏRTAC-ın xüsusi müxbiri professor Qriqori Belenki ilə bu və digər məsələlərlə bağlı söhbət etmişdir.

- Cənab Belenki, Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərinizə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edilməyiniz münasibətilə Sizi təbrik edirik. Bu barədə ilk xəbər sizdə hansı təəssürat doğurdu?

- Mən, bu xoş xəbəri Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutundakı dostlarımın məktubundan aldım. Təbii ki, çox sevindim və təsirləndim. Bakıdakı 25 illik elmi fəaliyyətimə verilən bu yüksək qiymətə görə minnətdaram. Həm Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həm də onun şəxsində bütün Azərbaycan hökumətinə bu yüksək mükafata görə təşəkkürümü bildirir, işimə bu cür dəyər verdiklərindən böyük məmnunluq duyuram.

- Bakı həyatınızla bağlı bir qədər danışardınızmı? Sizi paytaxtımızla nələr bağlayır?

- Bildiyimə görə, ailəmiz Bakı şəhərində XIX əsrin sonlarından yaşayır. Valideynlərim Bakıda doğulmuşdular. Mən özüm əvvəl 6, sonra isə 189 nömrəli məktəblərdə oxumuşam. Hələ gənc yaşlarımdan çox fəal komsomolçu idim. Beləliklə, müxtəlif sahələrdən özümə çoxlu dost qazanmışdım. Onlar mənə Bakıda yaşadığım bütün müddət ərzində kömək edir, dəstəkləyirdilər. 1959-cu ildə mən, bütün imtahanlardan əla qiymət alaraq Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olundum. Buranı bitirəndən sonra Fizika İnstitutunda çalışdım. Gənclik dövrüm bütövlüklə Bakı və Abşeronla bağlıdır. Bu, həyatımın ən unudulmaz və ən yaxşı çağlarıdır.

- Bildiyimizə görə, ailənizin əksər üzvləri Bakının elmi həyatında fəal iştirak edib, öz töhfələrini vermişlər. Sizin də elm dalınca getməyiniz ailənizdəki seçimlərlə bağlı idi?

- Ailəmizin əksər üzvləri həkim idilər. Xalam Asya Belenkaya Tibb İnstitutunun biologiya kafedrasının müdiri idi və xatırladığıma görə, həm həmkarları, həm də tələbələri arasında yüksək hörmətə malik bir mütəxəssis idi. O, neçə-neçə tibb alimləri yetişdirmişdir. Dayım Lev Belenki respublika səhiyyə nazirinin müavini vəzifəsində işləmişdir. Xüsusilə, anam tərəfi böyük ailə idi və əksəriyyəti o zaman tanınmış həkimlərdən ibarət idi. Mənim sənət seçimim isə 189 nömrəli məktəbdə müəllimimin məsləhəti ilə baş vermişdir. O zaman anamı inandırmışdılar ki, fizika fənnində istedad nümayiş etdirmişəm. Amma, bunun tək ailədən gəldiyini düşünmürəm. Bilirsiniz, o zaman Bakıda bizim mühit, ümumiyyətlə, elmə meyilli idi. Cəmiyyətdə yüksək ali savada malik olmaq dəyərləndirilirdi. Hətta dostlarım arasında Azərbaycan Dövlət Universitetinə qəbul olunmaq çox hörmətli bir hal kimi qəbul olunurdu. O zaman fizika sahəsi yüksəlişdə idi, lirik fiziklərin vaxtı idi. Ona görə, mən də bu amillərin təsiri ilə fizikanı seçdim.

Bakı qeyri-adi bir yer idi. Ötən əsrin birinci yarısında burada təkcə hamının tanıdığı dünya şöhrətli insanlar, o cümlədən Mstislav Rostropoviç, Lev Landau və digərləri doğulmamışdır, həm də bir çox məşhurlar Bakıda işləmiş, Azərbaycan mədəniyyətindən çox şeylər götürmüş və öz növbələrində bu mədəniyyətin formalaşmasına töhfə vermişdilər. Məsələn, tanınmış şair və linqvist Vyaçeslav İvanov 1920-1924-cü illərdə Bakıda işləmişdir. Məhz Azərbaycanın pullarına o, İtaliyaya qədər gedib çıxa bilmiş və burada Renessanss incəsənətinin sayılan mütəxəssisinə çevrilmişdir. Böyük miqyaslı fizik Yakov Dorfman, riyaziyyatçılar Yuri Lopatinski, Aleksandr Buxştab və digərləri Azərbaycan Dövlət Universitetində işləmiş, yüksək ixtisaslı kadrlar yetişdirmişdilər. Məhz onların tələbələri elmi ənənələri qoruyub saxlamış, məhəbbətlə gənclərə çatdırmış, istedadı dəyərləndirmişlər. Bu, çox vacib bir məqamdır.

- Həyatınızda mühüm rol oynayan hansı müəllimlərinizi xatırlayırsınız?

- Tək bir nəfərin adını çəkməkdə çətinlik çəkirəm. Amma onu qətiyyətlə deyə bilərəm ki, universitetdə bizə çox istedadlı insanlar güclü təhsil verirdilər. Yadımdadır professor Məmməd Abdullayev mexanika və molekulyar fizika üzrə bizə mühazirə oxuyurdu. Həm şəxsi keyfiyyətləri, həm də ensiklopedik biliklərinə görə qeyri-adi bir insan idi. Dosent Mehdi Əliyev optika dərsi deyirdi. Bəstəboy adam idi. Radiofizikanı Lətif İmanovdan, yarımkeçiricilərin fizikasını akademik Həsən Abdullayevdən, Maqsud Əliyevdən öyrənirdik. Diplomumuza hazırlıq Azər Zeynallının başçılıq etdiyi laboratoriyanın maraqlı mühitində aparılırdı. Bura dünyanın hər yerindən məşhur alimlər gəlirdilər, tələbələrin də onlarla söhbət etmək imkanı olurdu. Bu insanların hər birinin mənim alim kimi formalaşmağımda böyük rolu olmuşdur. Universiteti bitirdikdən sonra, Elmlər Akademiyasının Fizika İnstitutunda işlədiyim dövrlərdə də gözəl mütəxəssislərlə birlikdə çalışmaq imkanım olub. İndiyə qədər onların çoxu ilə, həmkarlarım və tələbələrimlə dostluq münasibətləri saxlayıram. Firudin Haşımzadənin adını xüsusi çəkmək istəyərdim. Onunla Bakıda müzakirə etdiyimiz məsələlər hətta bu gün də mənim Amerikadakı elmi qrupumun işinə müsbət təsirini göstərir.

Hamının adını çəkmək mümkün deyil. Bakıda yüksək bilikli mütəxəssislər həmişə olub və indi də vardır. Onlarla dəyərli ünsiyyət mənə həmişə böyük sevinc hissi gətirir.

- İxtisasca fizik olan Azərbaycanın ABŞ-dakı sabiq səfiri, hazırda isə xarici işlər nazirinin müavini – Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev hərdən zarafatla deyirdi ki, fiziklərin və riyaziyyatçıların qabiliyyətləri onlara hər bir sahədə uğurlu olmağa imkan verir. Bununla razısınızmı?

- Cənab Hafiz Paşayevin dediklərində həqiqət vardır. Fizika, riyaziyyat və ümumiyyətlə, tətbiqi elmlərlə məşğul olan insanlar, adətən, geniş təhsilli olurlar. Onlara ətraflı təhlil etmək, diqqətlə dinləmək, başqasının fərziyyəsinə hörmətlə yanaşmaq, öz fikirlərini qısa və dəqiq ifadə etmək cəhətləri xasdır. Əgər, şərait onlardan özlərini digər sahələrdə də sınamağı tələb edirsə, hər yerdə öz töhfələrini verə bilirlər. Hafiz Paşayevlə biz 1960-cı illərin əvvəlindən, tələbəlik dövründən tanışıq. Yadımdadır o, çox yaxşı alimdir.

- Bildiyimizə görə, 1989-cu ildən ABŞ-da yaşayırsınız. Azərbaycan üçün sizdə ən çox nə çatışmır, ən çox nədən ötrü darıxırsınız?

- “Çatışmır” yaxşı sözdür. Əlbəttə, köçüb gəldiyim ilk illər mürəkkəb vaxtlar idi. Ən çox darıxdığım Bakıdakı həmkarlarım və dostlarımla ünsiyyət idi. Birdən-birə səni sevən, daim dəstəkləyən cəmiyyətdən ayrı düşmək asan deyildi. Müəyyən vaxtdan sonra, yeni mühit yaranır. Amma Bakıdakı həmkarlarımın yerini verən yoxdur. Digər darıxdığım isə, Bakının bulvarı, Abşeronun sahilyanıdır. Mən bütün boş vaxtımı Abşeronun dəniz sahillərində keçirirdim. O təbiət üçün yəqin ömrümün axırına qədər darıxacağam. Xüsusilə, Bakının küləkləri üçün çox darıxıram.

- Bakıda son illər keçirilən elmi forumlarda, konfranslarda tez-tez iştirak edirsiniz. Şəhərin yeni siması barədə nə deyərdiniz?

- Bakı olduqca dəyişib. Tamam başqa bir məkana çevrilib. İndi Bakı maraqlı tikililəri, nadir memarlığı olan Avropa şəhəridir, daim inkişafda, böyüməkdədir. Hiss olunur ki, gələcəkdə Azərbaycan paytaxtı bundan da böyük, gözəl və yaraşıqlı olacaqdır. Görünür ki, şəhərin inkişafına böyük məbləğdə sərmayə yatırılır. Bu, məni çox sevindirir. Amma özümün köhnə bakılı olduğumu nəzərə alsam, qədim küçələrin itirilməsini görürəm. Bizim vaxtlarda keçmiş Torqovıy küçəsindən Nizami kinoteatrına çatana qədər hər tində səni tanıdığın insanlar saxlayıb söhbət edər, sonra birlikdə bulvara gedərdilər. Ətrafda hamı tanış idi. Bu gün, təbii ki, bunu edə bilmirsən. Bəlkə də, belə yaxşıdır. Mənim üçün bu, artıq başqa şəhərdir. Şəhərin elmi mühitində isə müəyyən müddət təbii durğunluqdan sonra dirçəliş hiss olunur. Xüsusilə də mənim məşğul olduğum sahədə yeni nəslin yetişdiyi görünür. Onlar institutu düzgün istiqamətdə inkişaf etdirirlər. Moskvadakı dostlarım da bunu təsdiqləyir və bu səyləri yüksək qiymətləndirirlər. Çox müsbət şeylərin baş verdiyi hiss olunur və ümid edirəm ki, bu meyil uzun illər davam edəcəkdir.

- ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri ilə münasibətiniz varmı? Diasporun tədbirlərinə qatıla bilirsinizmi?

- Təəssüf ki, istədiyim qədər yox. Həm məşğulluğuma, həm də Nyu-Yorkdan və Vaşinqtondan uzaq məsafədə yaşadığıma görə. Amma ünsiyyətdə olduğum bir çox dostlarım Bakıdandır. Onların çoxu Azərbaycandan xəbərləri yaxından izləyir, burada diplomatik nümayəndəliklər tərəfindən təşkil olunan tədbirlərdə iştirak edirlər.

Azərbaycan diasporu ABŞ-da güclü alətdir. İnanıram ki, Azərbaycanın buradakı nümayəndəlikləri onları səfərbər etmək üçün səylər göstərir. Yadımdadır, Alim Qasımovun buradakı konsertində olmuşdum. Azərbaycan mədəniyyəti böyük qüvvədir. İstərdim, mədəni xadimlər tez-tez Amerikaya səfər edərək bu mədəniyyətin zənginliyini amerikalılara həmişə xatırlatsınlar.

- Yekun fikirləriniz?

- Bir daha bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib Bakıdakı bütün dostlarıma, həmkarlarıma və tələbələrimə səmimi salamlarımı çatdırmaq istəyirəm. Şadam ki, Azərbaycanda elm inkişaf edir, Bakı gündən-günə gözəlləşir, yeni nəslin nümayəndələri Britaniya, ABŞ kimi ölkələrin ən yaxşı məktəblərində təhsil alırlar. İstərdim ki, Amerikanın ali məktəblərində müxtəlif elm sahələri üzrə təhsil alan azərbaycanlı tələbələrin sayı bir qədər də artsın. Perspektivləriniz böyükdür. Bütün bunlar məni çox sevindirir.

- Söhbətinizə görə təşəkkür edirəm.

 

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK CANLI

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO