REGİONLARDA YENİ BANKOMATLAR QURAŞDIRILACAQDIR
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov AZƏRTAC-a bildirmişdir ki, hazırda kəndlərdə yaşayan pensiyaçıların 62 faizi öz pensiyalarını plastik kartlarla alır. Buna baxmayaraq yerlərdə bankomatların sayı olduqca azdır.
S.Müslumov demişdir ki, ölkə ərazisində 180 yeni bankomatın quraşdırılmasına ehtiyac vardır. Bunlardan 100-ü Azərbaycan Beynəlxalq Bankının, qalanı isə “Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin payına düşür. Artıq “Kapitalbank” 7 bankomat almışdır və yaxın vaxtlarda bunların regionlarda quraşdırılması prosesinə başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]