Azərbaycan Dövlət İnformasiya Agentliyi

Riqada payız gəzintisi

Bakı, 31 oktyabr, Emil Eyyubov, AZƏRTAC

Latviyanın paytaxtı və Baltikyanı bölgədə ən böyük şəhər olan Riqanın əsası XII əsrin əvvəlində qoyulub. Bu müddətdə şəhər çox kataklizmlərlə üzləşib. Təkcə son 100 ildə - 1991-ci ildə Latviya dövlət müstəqilliyini bərpa edənə qədər Riqa bir neçə dəfə işğal edilib, dağıntılara məruz qalıb.

Bu gün Avropanın dinamik inkişaf edən paytaxt şəhərlərindən biri, regionun iqtisadi inkişaf mərkəzi və əsas nəqliyyat qovşağı olan Riqada tarixi keçmişlə müasir meyillər üzvi şəkildə birləşir. Çoxsaylı turistlər “Köhnə şəhər”in ensiz küçələrində gəzişmək, muzeylərə tamaşa etmək və dadlı milli yeməklərdən ləzzət almaq üçün buraya axışırlar.

Bugünkü reportajımızda sizə bu və bir sıra başqa məsələlər barədə məlumat vermək istəyirik.

Ratuşa meydanı, Qarabaşlılar Evi və Bremen musiqiçiləri

Bakı ilə Riqa arasında birbaşa aviareyslər işləyir. Latviyanın milli airBaltic aviaşirkətinin reysləri ilə Bakıya uçuş müddəti təqribən 3 saat 50 dəqiqədir. Biznes-klass salonunda uçan sərnişinləri aeroportda ayrıca qeydiyyat stolu, təyyarədə isə lap restoranda olduğu kimi isti yemək gözləyir. Biz səhər reysi ilə uçduq, salonda bizə hisə verilmiş mal əti, toyuq əti və pendir təklif etdilər. Riqada 1973-cü ildə tikilmiş airBaltic aeroportu ildə 4 mindən çox sərnişin qəbul edir. Aeroportdan şəhərin mərkəzinə avtomobillə 10 dəqiqəyə çatmaq olar. 

Yolboyu pəncərələrdən baxanda qeyri-adi binalar - əsasən XIX əsrə aid ağac memarlığı nümunələri görünür. Riqada ağacdan tikilmiş evlərdən ibarət bütöv məhəllələr var. Bu evlərin bəziləri bərpa olunub, digərləri hələ növbə gözləyirlər. Bu ərazidə taxta tikililərin çox olması həm bu materialın bol olması, həm də onun istiliyi yaxşı saxlaması ilə izah edilir. Yeri gəlmişkən, Riqanın ağac memarlığı nümunələri UNESCO-nun mədəni-tarixi irs siyahısına daxil edilib.

Şəhərin mərkəzi hissəsində modern, neorenessans və digər üslublarda tikilmiş möhtəşəm binalar diqqəti cəlb edir. Nəhayət, Riqanın tarixi mərkəzi sayılan “Köhnə şəhər” də UNESCO-nun dünya irsi siyahısına daxil edilib. “Köhnə şəhər” orta əsrlər memarlığı qoruğudur. Riqaya gələn turistlər adətən şəhərlə tanışlığı bu hissədən başlayırlar.

Dauqava (Qərbi Dvina) çayının sağ sahilində yerləşən “Köhnə şəhər”in özəyi Ratuşa meydanıdır. Orta əsrlərdə buranı bazar meydanı adlandırırdılar. İkinci Dünya müharibəsi dövründə bu meydan praktiki olaraq dağıdılıb. Bu gün Ratuş meydanı və orada olan bütün binalar tamamilə yenidən qurulub.

Təbii ki, şəhər idarəsi - Riqa Dumasının iclasları keçirilən Ratuşa bu meydanda yerləşir. Lakin şəhərin bu hissəsinin əsas bəzəyi Qarabaşlılar Evidir. Parlaq fasadlı, qeyri-adi gözəlliyi ilə diqqəti cəlb edən bu bina Şimali Avropa manyerizmi üslubunda inşa edilib. Onun tavanlarında çəkilmiş rəsmlər görənləri heyran edir. XIV əsrdən etibarən burada yerləşən orijinal ev 1941-ci ildə nasist ordusunun artilleriya atəşi nəticəsində dağılıb, 1999-cu ildə isə elə həmin yerdə yeni bina ucaldılıb. Qarabaşlılar Evi tarixən subay tacirlər gildiyası üçün nəzərdə tutulurdu. 2012-2015-ci illərdə bu bina Latviya Prezidentinin iqamətgahı olub, 2017-ci ildə isə yenidən turistlər üçün açılıb. Prezidentin dəftərxanası isə digər tarixi kompleksə - 1330-cu ildə əsası qoyulmuş Riqa qəsrinə köçürülüb.

Qarabaşlılar Evinin qarşısında Rolandın heykəli qoyulub. Əlində qılınc və qalxan tutmuş bu cəngavər orta əsrlərdə ədalət rəmzi olub. Elə buradaca öz memarlıq xüsusiyyətlərinə görə ümumi ansambldan seçilən düzbucaqlı şəkildə binanı görmək olar. Latviyanın işğalı muzeyi yerləşən bu binada ekspozisiya ölkənin sovetlər (1940-1941,1944-1991) və nasistlər (1941-1944) tərəfindən işğalına həsr edilib.

Ratuş meydanının yaxınlığında Müqəddəs Pyotr kilsəsi ucaldılıb. Kilsənin günbəzinsə yerləşən 123,5 metr hündürlüyündə ...uzaqdan seçilir. Maraqlıdır ki, 1985-ci ildə hündürlüyü 368,5 metr olan yeni teleqüllə tiklinə qədər bu kilsə şəhərdə ən uca tikili hesab edilirdi. Kilsənin yanında tuncdan tökülmüş “Bremen musiqiçiləri” kompozisiyası yerləşir. Bu kompozisiya Riqaya onunla qardaşlaşmış alman şəhəri Bremenin hədiyyəsidir.

Ətriyyat, şokolad muzeyi və dirijabllar üçün anqarlar

Latviya Avropa İttifaqının üzvüdür və burada dövriyyədə olan valyuta avrodur. “Köhnə şəhər” alış-veriş üçün geniş imkanlar verir. Addım başı suvenir dükanları, xalq sənəti məmulatlarının - kəhrəba bəzək əşyaları, taxta müxəlləfat, yun məmulat satılan köşklər gözə dəyir. Burada “Galerija Centrs” adlı müasir mol da var. Lakin hələ sovet dövründən məşhur olan iki brendin firma mağazaları diqqəti daha çox cəlb edir. söhbət Dzintars ətriyyat markasından və Laima qənnadı müəssisəsindən gedir. SSRİ dövründə Dzintars firmasının məhsulları (Dzintars latış dilində “kəhrəba” deməkdir) Bakının bütün univermaqlarında satılırdı. Bu gün Azərbaycanda bu məhsulları görməzsiniz, amma Riqada demək olar ki, hər yerdə Dzintars mağazaları var. Özü də elə təsəvvür yaranır ki, bu mağazada qiymətlər elə sovet dövründəki kimidir. Məsələn, kişilər və qadınlar üçün ətriyyatın qiyməti 3-4 avrodan başlanır. Yaxşı məlum olan klassik məhsullar buraxılışı davam edir, lakin tamamilə yeni məhsullar da var. Piştaxtalarda odekolon, ətir, dəriyə və saçlara qulluq vasitələri, bir sıra başqa məhsulların böyük çeşidi nümayiş etdirilir. 

Laima qənnadı brendi Azərbaycanda o qədər də məlum deyil. Halbuki bu brendin tarixi 1870-ci ildən başlanır. Həmin ildə alman Teodor Riqert Latviyada ilk şokolad istehsalını yaradıb. Bu barədə Riqada 2014-cü ildən fəaliyyət göstərən Laima firma şokolad muzeyində olarkən xəbər tutduq. Bir neçə ildən sonra Riqetrin fabriki təkcə Baltikyanı bölgədə deyil, bütün Rusiyada şirniyyat istehsal edən ən iri müəssisələrdən birinə çevrilir. 1881-ci ildə geniş çeşidli məhsullar - şokoladdan başlamış balıq konservlərinə qədər müxtəlif məhsullar istehsalı üzrə ixtisaslaşan Gegingerin fabriki yaradılır. 1921-ci ildə isə Makedoniya şirniyyat fabriki açılır, sonrada onun adı dəyişdirilərək Laima adlandırılır. 1938-ci ildə Latviya hökuməti yuxarı adlarını çəkdiyimiz şirkətlərin səhmlərini alır və onları Laima adı altında bir müəssisə şəklində birləşdirir.

Məlumdur ki, 1958-ci ildə Laimanın buraxdığı məhsullar çeşidində 169 növ müxtəlif şirniyyat, o cümlədən məşhur “Serenada”, “Trüfel”, “Krasnıy mak”, “Belokça”, “Prozit” və başqa konfetlər vardı. Qaysı qurusu və şokoladlı qoz, müxtəlif tamlı zərif zefir qarışığından ibarət “Serenada” konfetləri, araxısli və kremli “Cielavina” (“Qaranquş”) tort-beze bu brendin fəxridir.

Riqanın mərkəzində 1924-cü ildə quraşdırılmış və əvvəlcə “Böyük saat” adlanan saat hələ də işləyir. 1936-cı ildə həmin saatın üzərində reklam məqsədilə Laima loqotipi yerləşdirilib və o vaxtdan onu Laima saatı adlandırırlar.

Laima muzeyinin ən qədim eksponatı hələ 1894-cü ildə Rigertin fabrikində hazırlanmış şokolad fiqurudur. Bu fiqur uzun illər boyu Riqada bir ailədə saxlanıb, sonra isə muzeyə hədiyyə edilib.

Muzeydə Laima brendinin tarixindən əlavə şokoladın hazırlanması prosesi barədə məlumat əldə etmək, şokolad fontanından bir stəkan 80 faizli duru şokolad içmək, üzərinə öz adınız yazılmış şokolad plitəsi hazırlamaq olar. Təbii ki, muzeyin nəzdindəki Laima firma mağazasındakı xoşunuza gələn şirniyyatları ala bilərsiniz.

Alış-veriş mövzusunun davamı kimi Riqanın daha bir mühüm ticarət obyekti - “Köhnə şəhər”in yaxınlığında yerləşən Mərkəzi bazar barədə də məlumat vermək istərdik. Avropada ən qədim və ən böyük bazarlardan biri olan bu bazar ticarət məqsədləri üçün ...dirijabl anqarlarından tikilmiş beş pavilyondan ibarətdir. Pavilyonlar arasında meyvə, tərəvəz, gül-çiçək və başqa məhsullar satılan çoxsaylı piştaxtalar yerləşir. Mövsümdə burada yerli giləmeyvələr, göbələk və şorabalar da tapmaq olar. Balıq məhsulları pavilyonuna baş çəkməyinizi xüsusi tövsiyə edirik. Burada təzə, dondurulmuş və hisə verilmiş şəkildə ilanbalığı, karp, nərə balığı, siyənək və başqa balıq növləri tapa bilərsiniz. Aldığınız məhsulları uzaq məsafəyə aparmaq üçün onları elə buradaca vakum paketə yığarlar.

“Üç qardaş”, Brivibas və yuqendstil

Riqada əsil klassik payız müşahidə olunur - hava dumanlı, parklarda xalıları xatırladan xəzəllər, səhərlər təmiz hava ləzzət verir. Belə havada gəzintiyə çıxmağın öz ləzzəti var. “Köhnə şəhər” ilə tanışlığı davam etdirmək üçün Liva meydanına gəlməyiniz məsləhətdir. Bu meydanın ətrafında bir neçə maraqlı görməli yer var. XVIII əsrə aid yaşayış binaları kompleksi, yenə həmin əsrdə tikilmiş Böyük Tacir Gildiyası və Kiçik Sənətkarlar Gildiyası təmtəraqlı interyerləri ilə diqqəti cəlb edir. Axşamlar meydanda çoxsaylı kafelər işləyir, canlı musiqi sədaları eşidilir. 

Orta əsrlərə aid “Üç qardaş” binalar kompleksini qeyd etməmək olmaz. Rəvayətə görə bu binalar eyni nəslə mənsub olan, lakin müxtəlif əsrlərdə yaşamış kişilər tərəfindən inşa edilib. Buradakı ən qədim bina XV əsrə aiddir. Hazırda bu binaların birində memarlıq muzeyi fəaliyyət göstərir.

“Köhnə şəhər”in dövrəsində mənzərəli kanalda ördəklər üzür. Əvvəllər burada qala divarları olub. Qala divarları qüllələrindən biri hələ də qalır. Əvvəllər “Pesoçnaya” adlanan bu qüllə indi “Poroxovaya” adlanır. Qüllənin təqribən 1330-cu ildə tikildiyi bildirilir. Bir neçə dəfə sökülüb yenidən tikilmiş bu qüllə indiki adını XVII əsrdə alıb. O vaxt burada barıt saxlanırmış. 1919-cu ildən həmin qüllədə Latviya hərb muzeyi yerləşir.

Yaxınlıqda kazarmaların tarixi binası görünür. Hazırda həmin binada Amerika Ticarət Palatası və Latviya şəhərlərinin diplomatik nümayəndəlikləri yerləşir. Latviyanın 70-dən çox şəhərinin gerbləri təsvir edilmiş qəşəng fasad diqqəti cəlb edir.

Kanalı keçib “Köhnə şəhər”in hüdudlarını tərk etsəniz, çox maraqlı “kəşflər” edə bilərsiniz. Latviyanın müstəqillik rəmzi olan Azadlıq heykəli 1935-ci ildə ucaldılıb. Riqanın əsas küçəsi olan Brivibas (“Azadlıq”) küçəsində yerləşən, 42 metr hündürlüyündə daş sütunun zirvəsində əlində üç ulduz tutmuş qadın heykəli qoyulub. Bu ulduzlar Latviyanın Vidzeme, Kurzeme və Latqale adlı tarixi vilayətlərinin rəmzləridir.

Azadlıq heykəlindən bir qədər şimalda “Köhnə şəhər”in ətrafında yaşıl zonanın bir hissəsi olan səliqəli park və Bastion təpəciyi, cənubda isə 1863-cü ildə tikilmiş Latviya Milli Operasının binası görünür. Yeri gəlmişkən, Riqada ilk elektrik işıqlandırma sistemi 1887-ci ildə əvvəllər Alman Teatrına məxsus olmuş bu binada quraşdırılıb.

Gəzintini davam etdirsəniz, Latviya Milli Rəssamlıq Muzeyinin 1905-ci ildə tikilmiş möhtəşəm arxitektur binasını görə bilərsiniz. Latviyada incəsənət əsərlərinin ən böyük toplusu bu muzeydə saxlanılır.

Riqanın mərkəzi hissəsini öyrənmək istəsəniz, yuqend üslubunda (modernin və ar-nuvonun analoqu) tikilmiş çoxsaylı memarlıq kompleksləri qarşınıza çıxacaq. Bu üslubda ən parlaq nümunələri Elizabetes və Albert küçəsində görmək olar. Riqanın mərkəzi hissəsindəki binaların təxminən üçdə bir hissəsi bu üslubda tikilib. Bu fakt Riqa şəhərinin Avropada yuqendstil paytaxtı adlanmasına əsas verir. Çoxları bilmir ki, bu binaların bir hissəsi məşhur kinorejissor Sergey Eyzenşteyn atası, riqalı memar Mixail Eyzenşteyn tərəfindən layihələşdirilib.

Pərakəndə şəkildə yerləşən müasir memarlıq nümunələri Latviya paytaxtının klassik landşaftına bir rəngarənglik gətirir. Qəribə piramida formalı bir tikili - Latviya Milli Kitabxanasının yeni binası uzaqdan diqqəti cəlb edir. 2008-2014-cü illərdə tikilmiş bu müasir informasiya və mədəniyyət mərkəzi “Nur qəsri” adlanır. Şəhərdə kimdən soruşsanız, sizə ilk növbədə deyər ki, bu binanın tikintisinə 260 milyon avrodan çox vəsait sərf edilib.

Yeri gəlmişkən, Riqada addımbaşı rus nitqi eşidilir, ictimai yerlərdəki yazıların çoxu isə həm də rus dilində verilib. Beləliklə, burada dil baryeri ilə qarşılaşmayacaqsınız.

Fotolar müəllifindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfər Günü Torontoda qeyd edilib

Oğuzda velosiped və kross qaçışı turniri təşkil olunub

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub – YENİLƏNİB 3

Devid Qarrett: Ümid edirəm ki, gələcəkdə Bakıya tez-tez gəlmək imkanım olacaq

Almaniyanın Bavariya əyalətinin Baş nazirinin müavini hoteldə ölü tapılıb

İğdırda Zəfər Günü ilə əlaqədar yürüş olub

Rusiyada Azərbaycandan geri qaytarılmış məhsul satışdan çıxarılır

Danimarkada on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib

Avropa Liqasının liqa mərhələsində IV tura start verilib

Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir

Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib

"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər

Xorvatiyada Zəfər Günü qeyd edilib

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO

Böyük Britaniyada hakerlər məktəblərə aid sənədləri oğurlayaraq internetdə yayıblar

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Şəhid atası: “İsmayıl məqamı” filmi gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verəcək

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib

Gürcüstanın Avropa Komissiyasına son hesabatla bağlı əsaslandırılmış şərhlər təqdim edəcəyi açıqlanıb

Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb

Türk ekspert: Zəngəzur dəhlizi həm də tarixi ədalətin bərpasının göstəricisidir

Şəhid anası: “İsmayıl məqamı” filmi oğlumun timsalında bütün şəhidlərimizin xatirəsinə ehtiramdır

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir

“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb YENİLƏNİB

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub

Bu saata olan əsas xəbərlər

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır

Cəlilabadda ağacəkmə aksiyası

Dadaş Məmmədov: “Dirçəliş” layihəsi Qələbəni Qarabağdakı quruculuq və dirçəliş vasitəsilə təqdim edir

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib

Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub VİDEO

Türkiyə 2040-cı ildə enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə edəcək

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub

“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri

Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

Lord Vajid Xan: Azərbaycan-Britaniya münasibətləri yeni səviyyəyə yüksəlir VİDEO

® “Bank of Baku” ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak edib

Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub

Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Siyasi şərhçi: Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir

Bəstəkar: Azərbaycan musiqi əsərlərinin Almaniyada tədris proqramına salınması başlıca hədəfimizdir

® “Azercell“ “30 il səninlə” lotereyası çərçivəsində ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” smartfonu hədiyyə etdi

® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib

Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Azərbaycançılıq mövzusu ictimai müzakirədə VİDEO

Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm

Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır

AMEA-nın vitse-prezidenti: Reza Deqatinin fotoları illər keçsə də öz əhəmiyyətini itirməyəcək

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH

bp Azərbaycanda sponsorluq etdiyi layihələrə bu il 1,1 milyon dollar xərcləyib

Heyvandarlıq sahəsində yeni şərtlər - fermerlər nə qədər subsidiya alacaqlar?

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib

Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

Reza Deqati: Zəfər tarixi Azərbaycan tarixinin ayrılmaz hissəsi kimi daim yaşadılmalıdır VİDEO

“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb

Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Bakıda ilk Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçirilir  YENİLƏNİB VİDEO

Baş nazir yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Universitetində qazaxıstanlı professor-müəllim heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub

Yağmur Soylu: X nəslinin bəyənməsi dəstək, Z nəslinin reaksiyası isə özünüifadə vasitəsidir – MÜSAHİBƏ

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin kitabları təqdim olunub VİDEO

® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

“PMD Group” Bakıda və Qarabağda bir sıra iri layihələr həyata keçirir VİDEO

Ekspert: Qızılın ucuzlaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətinə təsir edə bilər

AFFA Məşqçilər Komitəsinin sədri: Bu mövsüm Premyer Liqada asan məğlub olmaq istəyən komanda yoxdur

Baş katib: “Bakı Prosesi” Şərqlə Qərb arasında birbaşa ünsiyyət üçün yol açıb

Belçikada işçilərin sayının azalacağı gözlənilir

MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi -  REPORTAJ  VİDEO

Zəfər tarixini öyrənən nəsil: qəhrəmanlara ehtiram, Vətənə sevgi - REPORTAJ VİDEO

On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib

Müctəba Xamenei: ABŞ-də seçkilərin nəticələri Vaşinqtonun İran siyasətində dəyişikliyə səbəb olmayacaq

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

® “Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir VİDEO

İctimai Şura sədri: Zəfərin təməlində “Dəmir yumruq” ətrafında birləşən xalqımızın həmrəyliyi dayanır

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əlaqələr genişləndirilir VİDEO

ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir

Mehman Nəcəfov: Milli ifaçılıq ənənələri gələcək nəsillərə düzgün çatdırılmalıdır

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

Londonda ikinci Azərbaycan-Britaniya Siyasət Forumu VİDEO

FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib

“Bir cənub şəhərində”

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən