RƏSMİ SƏNƏDLƏR
R.M.OCAQOVA FƏRDİ TƏQAÜD VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1997-ci il tarixli 641 saylı fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan Rasim
Mirqasım oğlu Ocaqova fərdi təqaüd verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2002-ci il