Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Çox hörmətli Mehriban xanım.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin həyatınız ölkənizə və xalqınıza fədakar xidmətin nümunəsidir. Sizin rəhbərliyinizlə möhtəşəm sosial proqramlar həyata keçirilir, səhiyyə, təhsil və mədəniyyət inkişaf edir, ölkənin beynəlxalq nüfuzu möhkəmlənir. Siz Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edərək idmanın inkişafına, dünya səviyyəli idmançıların hazırlanmasına və nüfuzlu yarışların keçirilməsinə əvəzsiz töhfə vermisiniz.

Sizə həyatınızda daim sevinc arzulayıram, özünüz üçün arzuladığınız hər şeyin Sizə nəsib olmasını diləyirəm. Hər zaman təravətli qalın, sağlam, xoşbəxt, gözəl və sevilən olun. Hər zaman, hər yerdə və hər işdə uğurlar Sizi müşayiət etsin. Böyük Azərbaycana, şəxsən Sizə, ailənizə və sevdiyiniz hər kəsə rifah və firavanlıq arzulayıram.

Sonsuz hörmət və məhəbbətlə,

Həmişə Sizin,

 

İrina Viner

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin