Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Sizə olan dərin ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizə möhkəm cansağlığı, rifah, tükənməz enerji, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Əminəm ki, ikitərəfli qarşılıqlı fəaliyyət bundan sonra da uğurla inkişaf edəcək, yeni birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Hörmətlə,

 

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin