Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün sakinlərini milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan mədəniyyəti və tarixi ilə zəngindir. Ölkə bu gün Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf sahəsində yüksək nəticələr əldə edir. Azərbaycan dünya səviyyəli mədəniyyət və idman tədbirlərində fəal iştirak edir ki, bu da respublikanın nüfuzunun göstəricisidir.

Şübhəsiz ki, ölkənin əsas sərvəti onun qonaqpərvər, zəhmətkeş və müdrik vətəndaşlarıdır. Onların öz əlləri ilə qurub yaratdıqları dünyanın hər yerindən gələn qonaqları heyran edir.

Azərbaycan ilə Qaraçay-Çərkəz Respublikası arasında səmimi dostluq münasibətləri yaranıb. İnanıram ki, əməkdaşlığımız bundan sonra da respublikalarımızın hərtərəfli inkişafına yönələcəkdir.

Sizə və günəşli Azərbaycanın bütün sakinlərinə möhkəm cansağlığı, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

Rəşid Temrezov

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin