Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu bayram Azərbaycan üçün dirçəlişin və öz tarixinə hörmətin rəmzidir. Suveren inkişaf illərində ölkə zəngin mədəni ənənələrini və milli kimliyini qoruyub saxlayaraq beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib. Azərbaycanın dinamik iqtisadi inkişafını insanlara, elm və təhsilə, mədəniyyətə qayğı ilə birləşdirmək qabiliyyəti xüsusi hörmətə layiqdir. Sözsüz ki, bu, ölkənizin gələcəyini müəyyən edən və bütün səylərini onun tərəqqisinə sərf edən lider kimi şəxsən Sizin xidmətinizdir.

Biz Qaraçay-Çərkəz ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinə dəyər veririk. Əminəm ki, əməkdaşlığımız respublikalarımızın xalqlarının rifahı naminə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və yeni-yeni uğurlar, Azərbaycan vətəndaşlarına isə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Hörmətlə,

 

Rəşid Temrezov

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin