SABİRABADDA MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül-çiçək dəstələri qoymuşlar.
Rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov məruzə ilə çıxış etmişdir. Milli Qurtuluş gününü xalqımızın nicat yolunun başlanğıcı kimi səciyyələndirən natiq ulu öndərimiz Heydər Əliyevin dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşdığını, milli ideyalara daxilən bağlı olduğunu faktlarla açıqlamışdır. İcra başçısı ulu öndərin respublikanı fəlakətdən, ağır böhrandan xilas edərək müstəqil Azərbaycanı dünyanın sivil dövlətləri sırasına çıxardığından, Milli Qurtuluş günü ilə başlanan dönüşün, tərəqqinin Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyindən də ətraflı danışmışdır.
Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Əlifağa Nadirov, rayon hərbi Komissarı Şükür Şirinov, YAP rayon təşkilatı gənclər birliyi sədrinin müavini Pərvin İsmayılova, sahibkar Eldar Əmənov və başqaları 1993-cü ilin iyun ayında ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlandığını, respublikanın çiçəklənən bir diyara çevrildiyini, sabirabadlıların bundan sonra da Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edəcəklərini bildirmişlər.
Tədbir iştirakşıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]