CƏMİYYƏT
Şabranda qaydaları pozan piyada və sürücülərə qarşı tədbir keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin dövlət yol polisi (DYP) bölməsinin əməkdaşları qaydaları kobud şəkildə pozan şəxslərə qarşı nəzarət profilaktiki tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhərin müxtəlif ərazilərində təşkil edilən tədbir zamanı bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq piyadalara yol vermədikləri üçün DYP əməkdaşları tərəfindən cərimələniblər. Eyni zamanda, bəzi piyadalar da yolun onlara aid olmayan hissəsindən keçərək nəqliyyat vasitələrinin hərəkətinə mane olduqları üçün barələrində qanunamüvafiq tədbirlər görülüb. Avtomobillərini yol nişanlarının qarşısında saxlayan, piyada keçidlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də məsuliyyətdən kənarda qalmayıblar.
Nəzarət profilaktiki tədbirlər zamanı qaydaları pozan vətəndaşların diqqətinə çatdırılıb ki, yolu təyin olunmayan yerlərdən keçmək onların həyatları üçün təhlükə doğurur. Eyni zamanda, nəqliyyat vasitələrinin yoluna çıxaraq sürücülərə də təhlükə yaratmaq olmaz. DYP qəza baş verməməsi üçün qaydalara əməl etməyi tövsiyə edir.
Belə tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]