“SAĞLAM İCMALARA DOĞRU” PROQRAMININ İCRASINA BAŞLANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Oksfam” beynəlxalq humanitar təşkilatının və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Sağlam icmalara doğru” proqramının icrasına başlanılmışdır. Proqram çərçivəsində Bərdə, Yevlax, Tərtər, Goranboy və Oğuz rayonlarında 20 kənddə tibb məntəqələrinin əsaslı təmiri, 25 kənddə bulaqların çəkilişi və digər işlər görüləcəkdir.
Layihənin məqsədi rayon mərkəzlərindən uzaqdakı kəndlərdə yaşayan insanların tibb məntəqələrində keyfiyyətli səhiyyə xidmətlərindən bəhrələnmələrini təmin etməkdir. İlkin olaraq işlərə Bərdə rayonundan start verilmişdir.