SİYASƏT
Sankt-Peterburqda səfərdə olan TürkPA-nın baş katibi bir sıra görüşlər keçirmişdir
Bakı, 30 noyabr (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov MDB PA-nın Sankt-Peterburqda keçirilən 39-cu sessiyasında iştirak etmişdir.
TürkPA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sessiyada əsasən ətraf mühitin beynəlxalq təhlükəsizliyi və aqro-biomüxtəliflik də daxil olmaqla bir sıra model qanunlar nəzərdən keçirilmişdir.
TürkPA baş katibi Qazaxıstan parlamentinin MDB PA ilə birgə təşkil etdiyi “Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə tərksilahı və silahların yayılmasının qarşısının alınmasında parlamentarilərin rolu” adlı beynəlxalq konfransda iştirak etmişdir.
Jandos Asanov bir sıra görüşlər də keçirmişdir. Bu görüşlərdə TürkPA-nın fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılmış, Assambleyanın fəaliyyətinin yeni məzmunda inkişafına ehtiyac olduğu vurğulanmışdır.