Şanxayda binanın çökməsi nəticəsində 7 nəfər həlak olub
Bakı, 16 may, AZƏRTAC
Çinin şərqində yerləşən Şanxay şəhərində binanın çökməsi nəticəsində az 7 nəfər həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.
İnsident gündüz saatlarında Çannin rayonunda “Mercedes-Benz” kompaniyasının təmir işləri aparılan diller mərkəzində baş verib. Ümumi sahəsi 3 min kvadratmetr olan binanın təxminən min kvadratmetri çöküb. Hadisə nəticəsində çox sayda insan dağıntıların altında qalıb.
“Yerli vaxtla saat 18:10-a olan məlumata əsasən xilasedicilər 21 nəfəri dağıntıların altından çıxarıb, həkimlərin səylərinə baxmayaraq, onlardan 7-sinin həyatını xilas etmək mümkün olmayıb”, - deyə Şanxay hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.
Dağıntıların altında hələ iki nəfərin qaldığı bildirilir. Xilasetmə işləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]