DÜNYA
“Saudi Aramco” Çinin 5 şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb
Bakı, 21 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Çinin 5 şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Saudi Aramco” məlumat yayıb. Bildirilir ki, şirkət Çinin 5 şirkəti ilə neft razılaşması imzalayıb. Bu müqavilələrdən sonra “Aramco”nun Çinə neft tədarükü 2019-cu ildə gündəlik 1,67 milyon barrel olacaq.
Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [23:05]
Rumıniyada NATO-nun təlimi keçiriləcək
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]