REGİONLAR
Şəki Yeni il bayramına hazırlaşır
Şəki, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilin gəlişinə böyük həvəslə hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, şəhərin küçələri, park və xiyabanları, meydanları bayramsayağı bəzədilib. Hər tərəfdə küknar (yolka) ağacları qurulub, ictimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub, küçələrin kənarındakı küknar ağacları al-əlvan bayram oyuncaqları ilə bəzədilib.
Şəhərin mərkəzindəki meydanda qurulan hündür yolka ağacının ətrafı gün ərzində qələbəlik olur. Uşaqlar valideynləri ilə birgə yolkanın ətrafında Yeni ilin personajları olan Şaxta baba və Qar qız ilə birlikdə şəkil çəkdirir, əylənirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [22:36]
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb
- 30.04.2024 [21:38]
“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib
- 30.04.2024 [20:41]
Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb
- 30.04.2024 [20:24]
Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]