ŞƏMKİRDƏ ALMAN KİLSƏSİ TƏMİR EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, 1909-cu ildə Şəmkirdə almanlar tərəfindən inşa edilmiş Lüteran kilsəsinin yaxın günlərdə təmirinə başlanacaqdır.
Rayon mədəniyyət və turizm idarəsinin rəisi Yaşar Məmmədovun məlumatına görə, kilsə sovetlər birliyi dövründə mədəniyyət və müəllimlər evi, sonralar isə rayon tarix və diyarşünaslıq muzeyi kimı istifadə olunmuşdur. Lakin inşa edildiyi vaxtdan bir dəfə də olsun təmir edilməyən bu abidə, demək olar ki, tamamilə yararsız hala düşmüşdür.
Hazırda kilsənin təmiri üçün xüsusi layihə hazırlanır və yaxın günlərdə əvvəlki görünüşü saxlanmaqla abidənin bərpasına başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]