SƏRHƏD POZUCULARINA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİR
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mart ayında Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 31 halda 37 nəfər sərhəd pozucusu saxlanılmışdır. Tutulan sərhəd pozucularının 13 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Gürcüstan, 6 nəfəri İran İslam Respublikası, 4 nəfəri Əfqanıstan, 3 nəfəri İraq, hər ölkədən bir nəfər olmaqla Türkiyə və Böyük Britaniya vətəndaşları, bir nəfəri isə vətəndaşlığı olmayan şəxsdir.
Sərhəd zastavalarının xidməti ərazisində 36 nəfər (35 nəfər Azərbaycan Respublikası və 1 nəfər Gürcüstan vətəndaşı) sərhəd rejim qaydalarını pozduğu üçün, 15 nəfər (5 nəfər Azərbaycan, 4 nəfər Gürcüstan, 3 nəfər İraq, hər ölkədən bir nəfər olmaqla İran, Türkiyə, Böyük Britaniya vətəndaşı) saxta sənədlə, 4 nəfər Azərbaycan vətəndaşı özgəsinə məxsus sənədlə, 3 nəfər (1 nəfər Azərbaycan, 1 nəfər Gürcüstan, 1 nəfər vətəndaşlığı olmayan şəxs) dövlət sərhədindən gizli keçməyə cəhd edərkən, 80 nəfər (25 nəfər İran, 12 nəfər Hindistan, 8 nəfər Türkiyə, 5 nəfər İraq, 4 nəfər Azərbaycan, 3 nəfər Almaniya, hər ölkədən iki nəfər olmaqla ABŞ, Nigeriya, Özbəkistan, Suriya, hər ölkədən bir nəfər olmaqla Banqladeş, Böyük Britaniya, Çin, Rusiya, İndoneziya, İsveç, İtaliya, Latviya, Litva, Malayziya, Norveç, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkmənistan vətəndaşları, bir nəfər vətəndaşlığı olmayan şəxs) vizası olmadığı üçün, 47 nəfər (21 nəfər İran, 7 nəfər Türkiyə, hər ölkədən iki nəfər olmaqla Azərbaycan, Almaniya, Banqladeş, Böyük Britaniya, Hindistan, Pakistan, hər ölkədən bir nəfər olmaqla ABŞ, Çin, İraq, İspaniya, İsrail, İtaliya və Norveç vətəndaşı) vizasının müddəti qurtardığı üçün, 16 nəfər (7 nəfər Azərbaycan, 3 nəfər İran, hər ölkədən iki nəfər olmaqla Qırğızıstan, Türkiyə, Ukrayna vətəndaşı) müvafiq sənədləri olmadığı üçün saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 5 halda 14 kiloqram 635 qram narkotik maddənin sərhədlərimizdən keçirilməsinin qarşısı alınmışdır.
Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən Azərbaycan Respublikasına məxsus 4 gəmi və 8 qayıq saxlanılaraq baxış keçirilmiş, sərhəd rejim qaydalarını pozduğu üçün 8 qayıqda 17 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 46 halda ümumi dəyəri təxminən 66 min 335 manat olan qaçaqmal saxlanılmışdır. Bir “AKS-74” markalı avtomat silah, 1 “Mini-Kral-2005” markalı tapança, 7,62 millimetrlik 6 patron, 730 qutu siqaret, 1211 dini kitab, 390 kiloqram balıq, 1480 kiloqram limon, 245 fişəng, 7002 geyim əşyası, 9074 etiket, xeyli miqdarda müxtəlif dərman preparatları, spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:45]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:38]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [18:36]