İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır
Bakı, 4 iyun, AZƏRTAC
Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında son illərdə bu sahəyə artan diqqət və müxtəlif sosial təşəbbüslərin həyata keçirilməsi sayəsində müsbət dinamika müşahidə edilir.
Bunu “Karlara Dəstək" İctimai Birliyinin sədr müavini Heydər Rəhimli Eşitmə Məhdudiyyətli İnsanların II Mədəniyyət Festivalı çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirib.
“Həqiqətən də, inkişaf çox yaxşı templə gedir. Çünki bu sahəyə diqqət və qayğı artır”, - deyə o qeyd edib.
Heydər Rəhimli vurğulayıb ki, bu istiqamətdə ən vacib addımlardan biri ötən il qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq işarət dilinin tanınmasıdır.
İctimai Birliyin sədr müavini, həmçinin eşitmə məhdudiyyətli insanların idman, təhsil və peşəkar fəaliyyət də daxil olmaqla ictimai həyatın müxtəlif sahələrinə inteqrasiyasının təmin edilməsində ictimai təşkilatların və ixtisaslaşmış qurumların mühüm rolunu diqqətə çatdırıb.
Onun fikrincə, aparılan iş eşitmə məhdudiyyətli insanların cəmiyyətin fəal üzvləri kimi formalaşmasına töhfə verir və onların özünütəsdiqləmələri üçün yeni imkanlar yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 10.08.2026 [11:07]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]