ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutu ilə Təbriz Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva institutun tarixindən, burada iranşünaslıq sahəsində aparılan tədqiqatlardan bəhs edib.
Görüşdə iştirak edən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi rəhbərlik etdiyi qurumun Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Təbriz Universitetinin müəllimlərindən, doktorlar Fərşbafian, Ağacani, Nikcuh, universitet Muzeyinin müdiri, doktor Əbdullahi təmsil etdikləri ali məktəbdə Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildiriblər.
Sonra Şərqşünaslıq İnstitutu ilə Təbriz Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb.