Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya üçün olduqca faydalıdır

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya üçün olduqca faydalıdır

Tehran, 23 sentyabr, AZƏRTAC

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətə başlamasından İran və Rusiya ilə yanaşı, Azərbaycan da faydalana və gəlir əldə edə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 21-24-də Sankt-Peterburqda keçirilən 16-cı Ümumdünya Nəqliyyat Konfransında çıxış edən İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

O bildirib ki, dəhlizin keçdiyi ölkələr yaxşı gəlir əldə etmək imkanına malikdirlər. Dəhlizin dəmir yolu seqmenti İran, Azərbaycan və Rusiyanı nəqliyyat baxımından birləşdirir və əsas tranzit yükdaşımalar da məhz dəmir yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan ilə İranın dəmir yolları Astara şəhərlərində birləşdirilib. Yolun Rəşt-Astara hissəsi hazır olduqdan sonra adı çəkilən dəhliz fəaliyyətə başlaya bilər.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsi bu yolla da həyata keçiriləcək. Cənub-Şərqi Asiya ölkələrindən yüklər İranın Çabahar limanına, Körfəz ölkələrindən isə Bəndər-Abbas limanına daxil olacaq. Hər iki istiqamətdən İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Şimali Avropanın Amsterdam və digə böyük limanlarına daşınacaq. Yüklərin ucuz və mənzil başına tez çatdırılması baxımından bu yola alternativ yoxdur.

Təsadüfi deyil ki, Kazım Cəlali konfrans çərçivəsində Hindistanın Rusiyadakı səfiri Vankateş Varma ilə də görüşüb məsələni müzakirə edib. Dəhlizin fəaliyyətində Hindistan da mühüm rol oynayan dövlətlərdən biridir. Bu ölkənin Mumbayi limanı Cənub-Şərqi Asiyada ən böyük yük aşırımına malik olan limandır. Hindistan və ətrafındakı dövlətlər Avropa ilə yük və mal mübadiləsini bu liman vasitəsilə həyata keçirirlər. Cənub-Şərqi Asiya ölkələri yükləri Mumbayi limanına gətirib buradan Avropaya yola salırlar və Avropadan daxil olan yükləri də bu limandan aparırlar. Yüklər Mumbayi limanından İranın Çabahar limanına buradan isə yuxarıda qeyd etdiyimiz kimi Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq.

Bundan başqa Hindistan Çabahar limanının yenidənqurulması və yükaşırımının artırlaması üçün 2 milyard dollar həcmində sərmayə qoymağı planlaşdırıb. Bu vəsaitin 200 milyonu artıq istifadə olunub və limanda müasir avadanlıqlar quraşdırılıb, böyük və yükü ağır olan gəmilərin limana yan alması üçün şərait yaradılıb.

Körfəzi ölkələri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizindən istifadə etməklə Avropa ilə yük mübadiləsini reallaşdıra biləcəklər. Körfəz ölkələri ixrac yüklərini İranın Bəndər-Abbas limanına gətirəcək. Buradan isə yenə də Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə Avropaya göndərəcəklər. Bu istiqamət körfəz ölkələrinə məxsus yük gəmilərinin Qırmızı dəniz vasitəsilə Hibraltar keçidinə gəlib və buradan keçərək Avropaya üzməsindən daha səmərəli, tez və ucuz başa gəlir. Əks istiqamətdə yüklər gəmilərlə Rusiyanın Sankt-Peterburq şəhər limanına daxil olacaq buradan isə dəmir yolu ilə Azərbaycandan tranzit keçərək Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu ilə İrana daxil olacaq. İran daxili infrastrukturunu yeniləşdirərək istiqamətləri ayırmalıdır. Yəni Avropadan Cənub-Şərqi Asiya ölkələrinə göndərilən yüklər Çabahar limanına, Körfəzi ölkələrinə daşınan yüklər isə Bəndər-Abbas limanına yönəldilməlidir. Bu istiqamətdə İran bəzi infrastruktur layihələri həyata keçirməyə başlayıb. Çabahar-Zahidan dəmir yolunun çəkilişinə başlanması buna misal ola bilər. Azərbaycanın mövqeyinin səmərəliliyi ondan ibarətdir ki, hər iki istiqamətdə daşınan yüklər ölkəmizin ərazisindən keçəcək.

İran diplomatının da qeyd etdiyi kimi “Şimal-Cənub” Beynnəlxalq Nəqliyyat Dəhlizi region ölkələri üçün olduqca faydalıdır və bu dəhlizə alternativ yoxdur. Çünki Azərbaycanın bütün infrastruktur layihələri hazırdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ən müasir avadanlıqlarla təchiz olunaraq yenidən qurulub. Bakı-Astara magistral avtomobil yolu müasir standartlar səviyyəsində inşa edilərək istifadəyə verilib. Ən başlıcası isə Azərbaycanın və İranın Astara şəhərləri arasında dəmir yolu çəkilib və hər iki ölkənin dəmir yolları sistemləri birləşdirilib.

Bütün bunlardan sonra başqa yollar axtarmaq nəinki iqtisadi baxımdan səmərəsizdir, eyni zamanda, siyasi bəsirətsizlikdir. Çünki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region dövlətlərinə iqtisadi səmərə ilə yanaşı, həm də siyasi zəmanət verir. Azərbaycan, İran və Rusiya üzərindən yük yola salan və yük qarşılayan həm Avropa, həm də Asiya dövlətləri regionda sülhün və əmin amanlığın, siyasi sabitliyin hökm sürməsində və iqtisadi inkişafın artmasında maraqlı olacaqlar. Heç bir dövlət intriqa və münaqişələrin olduğu regiondan yük yola salmaz. Məsələyə bu konteksdə yanaşdıqda demək lazımdır ki, həm Rusiya, həm də İran regionda sabitliyin hökm sürməsində maraqlı olmalı və tez bir zamanda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətə başlamasına çalışmalıdırlar.

Xüsusi olaraq bir məsələni də qeyd etmək lazımdır ki, hər 3 ölkənin iqtisadiyyatının əsasını neft təşkil edir. Bu ölkələr dünya bazarına külli miqdarda neft ixrac edirlər. Lakin dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi dövlətlərin iqtisadiyyatına mənfi təsir göstərir. Neft amili tədricən tarixə çevrilir. Müasir dünyada alternativ enerji mənbələrinə daha çox üstünlük verilir. Artıq Avropanın bir sıra dövlətləri 2030-cu ildə tam olaraq ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istafadəyə keçəcəklər. Bu faktın özü dünya bazarında neftin qiymətinin yaxın gələcəkdə daha da aşağı düşəcəyindən xəbər verir. Sivilizasiyanın yeni texnologiyalara əsaslanaraq inkişafı, iqtisadiyyatın şaxələndirilməsi zərurətini meydana çıxarıb. Belə bir zamanda yalnız neftə əsaslanmaq dayanıqlı iqtisadi inkişaf üçün zəmin yaratmır. Odur ki, region dövlətləri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaratdığı imkanlardan istifadə etməli və bu istiqamətdə birgə səyləri artırmalıdırlar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində həsirçilik sənətinin tarixi mərkəzi - Sinhı FOTOSESSİYA

Rahid Əmirquliyev: İnanıram ki, “Sabah” “Makkabi”dən “Xəzər Lənkəran”ın qisasını alacaq

Floridada “Türksat 6A” peykinin sınaqları davam edir

İsveç evdə doğuş praktikasını tətbiq edir

Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

Dövlət Neft Fondu və Mətbuat Şurası jurnalistlər üçün birgə müsabiqə elan edib

Türkiyə millisinin baş məşqçisi: Portuqaliyalı futbolçuları topsuz qoymaqla onlara çətinlik yarada bilərik

Sabah hava necə olacaq?

Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının siyahısına azərbaycanlı başçılıq edib

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

“Şerif”in sabiq baş məşqçisi: “Zirə” keyfiyyətli oyun nümayiş etdirir

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

“Euronews”: “Gamesummit 2024” Bakını oyun sənayesi xəritəsində yerləşdirib

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Sankt-Peterburqda beynəlxalq forumda iştirak edib

Çin dünyada ilk termonüvə reaktorunu yaradıb

Azərbaycan millisinin hücumçusu: Fernandu Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Balkanlarda böyük elektrik enerjisi kəsintisi baş verib

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Göylərin qəhrəmanları ilə yerdə ünsiyyət: Vətən səması əmin əllərdədir FOTOLAR

“Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 500 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Hərbi İdarəetmə İnstitutunun xarici dil mərkəzində buraxılış mərasimi keçirilib

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları UNESCO-nun himayəsi altında keçiriləcək

Bu gün paytaxt üzrə 3070 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub

Xəzər dənizində zəlzələ olub

Avro-2024: Türkiyə və Portuqaliya yığmaları onuncu dəfə qarşılaşacaq

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sel səbəbindən avtomobildə təhlükəli vəziyyətdə qalan 3 nəfər xilas edilib VİDEO

Alimlər məməlilərin beyninin təkamülündə yeni detalları üzə çıxarıb

Şamaxıda QHGT-nin milli bölmələrinin iştirakı ilə mədəniyyətlərarası mübadilə tədbiri keçirilib

Füzulidə 3 tondan artıq çətənə bitkisi yandırılıb

FHN: Ötən sutka ərzində 73 halda yanğına çıxış olub, 11 nəfər xilas edilib

DİN: Ötən gün 118, 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub

Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalı bədii hissə ilə davam edib

Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib

Fövqəladə Hallar Nazirliyi Gəncədə qanunsuz tikinti işlərinin qarşısını alıb VİDEO

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

Amerika Kuboku: Bu gecə daha iki oyun keçiriləcək

Abşeron rayonunda yol hərəkəti qaydalarını pozan 315 sürücü inzibati məsuliyyətə cəlb edilib

At heykəlləri: Türk irsinin daş artefaktları

Bölgələrdə arabir leysan yağır, şimşək çaxır

Hindistanda saxta spirtli içkidən zəhərlənən 55 nəfər ölüb

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: İyunun 21-də 3 tüfəng təhvil götürülüb

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir – Faktiki hava

Avro-2024: Avstriya millisinin futbolçuları tarixə düşüblər

Avro-2024: Türkiyə Portuqaliyaya, Rumıniya Belçikaya qarşı

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

DİN: İyunun 21-də ölkədə qeydə alınan 47 cinayətin üstü açılıb

Amerika Kuboku: Peru–Çili oyununda qapılara qol vurulmayıb

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Unudulmaz sənətkar Bülbülün anadan olmasından 127 il ötür

Azərbaycan Prezidenti: Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir

Prezident İlham Əliyev: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb VİDEO

MN: Kəlbəcərdə mövqelərimiz atəşə tutulub VİDEO

Bolnisidə gənclərə Azərbaycan - Türkiyə - Gürcüstan dostluğunun əhəmiyyəti barədə məlumat verilib

NİİM: Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub YENİLƏNİB

Gilgilçay və Dəmiraparançaydan sel keçir

Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıb

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur

“Energy İnstitute”: Atmosferə karbon qazı emissiyasının buraxılması rekord həddə çatıb

Birləşmiş Ərəb Əmirliklərində iki mindən çox şahin quşu vəhşi təbiətə buraxılıb

Bu gün ingilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər

İqlim dəyişikliyi ilə bağlı veb proqram yaradılıb

Leyboristlər Partiyası Mühafizəkarlar Partiyasından 15 dəfə daha çox ianə toplayıb

Marneulidə gənclərə COP29-la bağlı məlumat verilib

Britaniyanın ən zəngin ailəsinin dörd üzvü həbs cəzası alıb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Oğuzun kəndlərinə dolu düşüb

Avro 2024: Niderland - Fransa oyununda qapılara qol vurulmayıb

Azərbaycan “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman oyunlarında uğurlu çıxış edib

Milli Hidrometeorologiya Xidməti: Bakıda küləyin sürəti 19 m/s olub

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir

Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib

Azərbaycanın iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Faktiki hava: İntensiv yağış yağıb, çaylardan sel keçib

Avro 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Millətlər Liqası: Türkiyə yığması mübarizəni dayandırıb

Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının beşinci iclası keçirilib  YENİLƏNİB VİDEO

Mədəniyyət Nazirliyi: Filmlərlə bağlı senzuranın tətbiqindən söhbət gedə bilməz

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Böyük Britaniyanın dövlət borcu 63 ildə ən yüksək səviyyəyə çatıb

Azərbaycanın dəmiryolu sistemində yaşıl gələcək naminə səmərəli işlər görülür

Onaybek Abdilov: Oğuz mədəniyyətini, ənənələrini, ailə dəyərlərini qoruyub saxlamaq borcumuzdur

Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət qəbul edilib YENİLƏNİB

Rəis müavini: Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb

Avro-2024: Ukrayna millisi əzmkar qələbə qazanıb