Şimali Makedoniya və Kosovo sərhəd keçidlərini asanlaşdırır
Skopye, 19 noyabr, AZƏRTAC
Şimali Makedoniya və Kosovo 2025-ci ildən vətəndaşların sərhədləri keçməsini asanlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, iki ölkə yanvardan etibarən sərhəd-buraxılış məntəqələrində keçidləri asanlaşdırmaq barədə razılığa gəlib. Gələn ildən etibarən Elez Han və Jazinçe-Globoçiça sərhəd-buraxılış məntəqələrində keçidlərdə “bir pəncərə” prinsipi tətbiq ediləcək.
Cari ilin yanvar-noyabr ayları arasında hər iki istiqamətdə 5 milyonadək sərhəd keçidi qeydə alınıb, bu da 2019-cu ildəki 3 milyon 500 min rəqəmindən əhəmiyyətli dərəcədə çoxdur.
Qeyd edək ki, 2016-cı ilin aprel ayından etibarən Şimali Makedoniya və Kosovo vətəndaşları sərhədi yalnız şəxsiyyət vəsiqələri ilə keçə bilirlər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]