DÜNYA
“Singapore Airshow-2022” aviasalonu fevralın 15-də açılacaq
![“Singapore Airshow-2022” aviasalonu fevralın 15-də açılacaq](/files/2022/1/1200x630/164258921426207511_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
Onlarla ölkədən 300-dən çox müəssisə və kompaniya fevralın 15-də açılacaq Asiyanın ən böyük aviasalonlarından biri - “Singapore Airshow”da iştirakını təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə tədbirin təşkilat komitəsi məlumat yayıb.
Təşkilatçıların məlumatına görə, “omikron” ştamının yayılması nəticəsində yaranan növbəti yoluxma dalğası səbəbindən fevralın 15-dən 18-dək keçiriləcək tədbirə yalnız “Singapore Airshow-2022” aviasalonunun rəsmi qonaqları və sərgi pavilyonlarının iştirakçıları buraxılacaq. Tədbirdə iştirak edənlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən preparatlarla tam vaksinasiyadan keçməli, həmçinin hər gün koronavirus testi verməlidir.
Qeyd edək ki, “Singapore Airshow-2022” aviasalonu iki ildən bir keçirilir.