SOCAR-ın prezidenti Gürcüstanda işgüzar səfərdə olub
Bakı, 1 aprel, AZƏRTAC
Martın 29-30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüş keçirib. Görüşdə tərəflər arasındakı əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətlərinə toxunulub, perspektivli tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
R.Abdullayev səfər çərçivəsində “SOCAR Energy Georgia” şirkətinin Tbilisidə yerləşən baş ofisində keçirilən işgüzar iclasda iştirak edib. “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov şirkətin 2018-ci il üzrə əsas əməliyyat nəticələrini məruzə edib, 2019-cu il üçün nəzərdə tutulan strateji fəaliyyət planı barədə ətraflı məlumat verib. İclasda şirkətin 2019-cu il üçün nəzərdə tutulan fəaliyyət planı ilə bağlı təlimatlar verilib və əsas fəaliyyət istiqamətləri müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]