SİYASƏT
Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi “Mərkəzi Asiyanın qlobal iqtisadiyyatda yeri” mövzusunda seminarda iştirak edəcəkdir
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Azad Qəribov “Dünya İqtisadi Forumu (Davos Forumu) Cənubi Qafqaz və Mərkəzi Asiya üçün ssenarilər” layihəsi çərçivəsində “Mərkəzi Asiyanın qlobal iqtisadiyyatda yeri” mövzusunda seminarda iştirak etmək üçün iyunun 26-da Qırğızıstanın paytaxtı Bişkek şəhərinə yola düşəcəkdir.
SAM-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə region üzrə tanınmış ekspertlər və dövlət rəsmiləri ilə bərabər, biznes dairələrinin və vətəndaş cəmiyyətinin nümayəndələrinin də iştirakı nəzərdə tutulmuşdur.
Seminarda Qafqaz və Mərkəzi Asiyada regional əməkdaşlığın perspektivləri, bölgənin dünya siyasəti və iqtisadiyyatındakı yeri, regional əməkdaşlığın qarşısında duran əsas maneələr, bu əlaqələrin yeni platformalarının tapılması kimi məsələlər müzakirə ediləcəkdir.