Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süfrələrin ləziz tamı – Naxçıvan kətəsi

Kəngərli, 16 aprel, AZƏRTAC

Muxtar respublikada yaz fəslində ləzzətlə yeyilən mətbəx nümunələrindən biri də dadı ilə seçilən Naxçıvan kətəsidir.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı torpaqdan boy göstərən nanənin, yarpızın ətrinin aləmi bürüdüyü, quşəppəyinin, cincilimin, çirişin gəl-gəl dediyi yaz günlərinin birində Kəngərli rayonunun Nuh yurdunun özü qədər qədim olan Yurdçu kəndinə yollanıb. “Şərq qapısı” qəzetinin müxbiri Ramiyyə Əkbərova ilə birlikdə burada Tofiqə xalanın qonağı olub, yaz günlərinin ləziz tamlı kətələrinin bişirilmə qaydasını öyrənib.

Təndir başında toplanan qonşu qadınlarla hal-əhval tutduqdan sonra söhbətə başlayırıq. Qeyd edək ki, bu cür işlər, adətən, mərasim şəklində olur. Bir qonşunun həyətində təndir qalanır və digər qonşular köməyə gəlirlər. Özləri ilə hazırlayıb gətirdikləri xəmirdən kətə bişirirlər.

Naxçıvan kətəsinin hazırlanma qaydası

“Kətənin hazırlanması ilə bağlı hər bir xanımın öz sirri var”, - deyən ev sahibəsi Naxçıvanda bişirilən şomu, qarışıq göyərti, çiriş, gicitkən, balqabaq, mərcimək, lobya, cəviz, halvalı, şirin, döymə, dürmək kətələrindən söhbət açır. Deyir ki, yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Göyərti qutabı, kətə, əsasən, yaz aylarında, pencər bol olan vaxt bişirilir. Kətələri dağlarda bitən ən dadlı pencərlərdən hazırlayırlar. Dadı ilə seçilən bitkilərin tərkibi vitamin və minerallarla zəngin olduğu üçün onlardan hazırlanan kətələr insan sağlamlığına çox xeyirlidir. Kətə bişirmək üçün acıtamlı xəmir yoğururlar. Xəmir özünə gəldikdən sonra ərsinlə xəmiri tikələrə bölüb kündələr hazırlayır, bu kündələri də bir az saxlayırlar. Sonra isə yuxa taxtasının (dairəvi formada ağacdan hazırlanır) üstündə nazik təbəqə formasında yayılır.

Tofiqə xala deyir ki, öncədən pencər yuyulur, suyu quruyandan sonra narın doğranır, üzərinə duz səpilir. Dağ pencərlərindən bəziləri əvvəlcədən qaynadılıb sıxılır və yağda qovurulur. Bir az tez bişənlər, məsələn, salmanca pencəri isə doğrandıqdan sonra aşsüzənə tökülür, üzərinə duz səpilir, yuxanın içərisinə qoymazdan əvvəl ovulur və sıxılır. Daha sonra pencəri yuxanın yarısına yayıb digər hissə ilə pencərin üstü örtülür, əllə astaca üstündən basılıb xəmirin ucları bir-birinə yapışdırılır. Hazır bükülmüş kətələr sacın üzərində, yaxud da qızmar təndirdə bir neçə dəqiqə bişirilir.

Sacda bişirilən kətənin xəmirini bir az nazik, təndirə yapılan kətəni isə nisbətən qalın açmaq lazımdır. Təndirdə bişirilən kətənin xəmirini təzə pendirin suyu ilə yoğurub yapmazdan əvvəl həm təndirin divarlarına, həm də kətənin arxasına duzlu su çilənsə, bu, kətənin təndirə daha yaxşı yapışmasına kömək edər. Sacda bişirilən kətələrin hər iki üzünü qızartmaq lazımdır. Bişən kətə sacdan götürülür, təndirdən çıxarılır, üstü deşilib içərisinə yağ qoyulur. Kətələr üst-üstə yığılaraq üzəri örtülür, 10-15 dəqiqə saxladıqdan sonra yeyilir.

Tənbəl kətəsi nədir?

Söhbətimizə qoşulan evin gəlini Sevinc xanım bildirir ki, kətənin hazırlanma üsulu bütün bölgələrdə eyni olsa da, spesifik xüsusiyyətlərinə, içliyin hazırlanmasında istifadə olunan məmulata, ölçüsünə və digər cəhətlərinə görə bir-birindən fərqlənir. Çox sayda pencərin qarışığından bişirilən kətəyə el arasında “tənbəl kətəsi” də deyirlər. Sevinc xanımın sözlərini eşidən yaşı səksəni ötmüş Nəcibə nənə kətə haqqında bir rəvayət danışır:

- Qədim zamanlarda şah var imiş. O, bir gün şəhəri gəzməyə çıxır, təsadüfən bir qocanın evinə qonaq olur. Bu kişinin də bir tənbəl qızı vardı. Padşahın gəldiyini görən ata qızına yemək hazırlamağı tapşırır. Tənbəl qız evdə nə qədər pencər var, hamısını qatır bir-birinə və kətə bişirib şaha təqdim edir. Şah bu kətəni çox bəyənir. Elə həmin günün səhəri qıza elçi göndərib, atasından razılıq alıb onunla ailə qurur. O vaxtdan bu kətənin adı da “tənbəl kətəsi” qalır. El arasında qızlara “Bəxtin tənbəl bəxti olsun” deyimi də elə bu rəvayətdən yaranıb.

Nəcibə nənə bir məsləhət də verir. Deyir ki, kətəni, qutabı yedikdən sonra bir az qatıq, ya da ayran içmək onun rahat həzm edilməsinə səbəb olur. Ümumiyyətlə, xəmir yeməkləri ağır olduğundan onların yaxşı həzm edilməsi üçün bu yeməklər olan süfrəyə qatıq, ayran qoymaq məsləhətdir.

Ət və şor qutabı

Ət qutabının hazırlanmasından söhbət açan Asya xanım isə deyir: “Əvvəlcə un, su və duz qatılmaqla xəmir yoğurulur, nazik şəkildə yayılır. Yumşaq qoyun əti və soğandan hazırlanmış qiyməyə lavaşa və ya narşərab qatılaraq qarışdırılır. Həmin qiymə nazik yayılmış xəmirin yarı hissəsinin üzərinə qoyulur, o biri yarısı ilə qiymənin üstü örtülür. Daha sonra qutabın kənarları əllə basılaraq yapışdırılır və sacın üstündə hər iki üzü qızardılır. Ət qutabı, adətən, quzu ətindən hazırlanır”.

Şor qutabının da hazırlanma üsulu ət qutabı ilə eynidir, sadəcə, içliyinə görə fərqlənir. Şor qutabında şor və ya kəsmikdən istifadə olunur. İçlik şora və ya kəsmiyə göyərti (əsasən şüyüd), duz, istiot, yağda qovurulmuş soğan, nar dənələri əlavə edib qarışdırmaqla hazırlanır. Asya xanım onu da qeyd edir ki, kətə bişirəndə Kəngərli rayonunun daha çox Təzəkənd, Xıncab kəndlərinin ərazilərində bitən şomudan istifadə edilir. Bu pencər yuyulub narın doğranır, duz vurulur, azca ovulur. Xəmirdən kiçik kündələr tutulur, oxlovla yayılır, üzərinə göyərti qoyulur, zərf şəklində bükülür, təndirə yapılır (eyni qaydada sobada da bişirilir). İsti-isti içərisinə kərə yağı və ya xama qoyularaq yeyilir. Eyni qaydada qırxbuğum, qazayağı, cacıq, quşdili və sairdən kətə hazırlanır.

Naxçıvan mətbəxinə məxsus olan ən qədim kətə növü

“Bəzən kətəni bişirərkən yayılmış xəmirin içərisinə göyərti ilə yanaşı, pendir də ovub tökürlər”, - deyən Nəcibə nənə yenidən söhbətə qoşularaq hamı tərəfindən sevilən və xüsusilə Novruz bayramında bişirilən lobya kətəsi haqqında danışır:

- Bu kətənin xəmiri digərlərindən fərqlidir. Lobya toxumu və mərcimək əvvəlcədən yaxşı qaynadılıb süzülür, qovurduğumuz soğanla birlikdə ət maşınından keçirilir. Un, yağ, süd, maya və sarıkökü qarışdırıb, xəmir yoğurub acımasını gözləyirlər. Xəmir yaxşıca acıdıqdan sonra kündə salır, bu kündələri açaraq içərisinə hazırladığımız içlikdən qoyaraq büküb, yastılayıb, üzərinə yumurta sarısı vurub təndirdə bişiririk. Nənə onu da bildirdi ki, bu kətə Naxçıvan mətbəxinə məxsus olan ən qədim kətə növüdür.

Söhbət edə-edə xanımlar cürbəcür çöl pencərlərindən hazırladıqları kətələri bişirib yekunlaşdırdılar. Bişən hər növ kətənin ətri bir-birindən gözəl idi.

“Nənənin şirin söhbətindən, ev yiyəsinin qonaqpərvərliyindən, isti təndir kətələrinin ləzzətindən doymaq olmasa da, şəhərə qayıtmağın vədəsi yetişib”, - deyib sağollaşırıq. Yolboyu “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Kətə” festivalı haqqında söhbət edir, Naxçıvanın milli-mənəvi dəyərlərimizin saxlanc yeri olduğunu vurğulayırıq. Özünəməxsus dad-tamı ilə qədimdən bəri mətbəximizdə yaşadılmış kətə çeşidlərinin tanıdılması üçün belə festivalların keçirilməsi böyük əhəmiyyət kəsb etməklə yanaşı, milli dəyərlərimizin, bənzərsiz mətbəximizin təbliği baxımından da əhəmiyyətlidir.

“Ailə təsərrüfatları ili”nə təsadüf edən növbəti “Kətə” festivalı isə həm də hünərdə, zəhmətkeşlikdə kişilərimizdən heç də geri qalmayan qadınlarımızın muxtar respublikada ailə təsərrüfatlarının formalaşmasında, sahibkarlığın, ümumiyyətlə, iqtisadiyyatın inkişafında özünəməxsus rolu olduğunu bir daha ortaya qoyacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələ: MKA fəaliyyətə başlayır

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Elektrik avtomobillərin artması sığorta bazarına necə təsir edir?

WED 2026 çərçivəsində metan emissiyalarının azaldılmasına həsr olunan tədbir təşkil edilib