Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt hadisəsi: tarix olduğu kimi

Sumqayıt hadisəsi: tarix olduğu kimi

Bakı, 29 fevral, AZƏRTAC

1988-ci il fevralın 26-28-də Sumqayıtda iğtişaş baş verdi. Məlumatlara görə, iğtişaş nəticəsində 32 nəfər öldü. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı idi. Bədən xəsarəti alan 198 nəfərin 87-si xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi. 14 avtomaşın yandırıldı. 8 maşın zədələndi. 16 ticarət obyektinin şüşələri sındırıldı. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsinə və tarixi torpaqlarında yaşayan azərbaycanlıları oradan qovmasına baxmayaraq, Sumqayıt hadisələrində bir çox azərbaycanlı ailələri erməniləri öz mənzillərində gizlədərək ölümdən xilas etdilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, professor Musa Qasımlının “Sumqayıt hadisəsi: tarix olduğu kimi” sərlövhəli məqaləsində qeyd olunub. Məqaləni təqdim edirik.

Hadisənin icraçıları ermənilərin qətli və erməni qadınlarının zorlanmasında bilavasitə iştirak edən, 1959-cu ildə doğulmuş, bu iğtişaşa qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmış Eduard Robertoviç Qriqoryan və digər bir erməni idi. Azərbaycan SSR Ali Məhkəməsi sonralar - 1989-cu il 22 dekabr tarixli qərarı ilə E.Qriqoryanın iğtişaş və qırğınların təşkilatçılarından biri olması barədə hökm çıxararaq, onu 12 il həbs cəzasına məhkum etdi. Şahidlərin və hadisə qurbanlarının məhkəməyə verdikləri ifadələrindən E.Qriqoryanda ermənilərin yaşadıqları mənzillərin siyahısının olduğu və intiqam aktlarına çağırdığı aydın olur. Onun qurbanlarının hamısı ermənilər idi. Əsasən ermənilərdən ibarət olan şahidlər məhkəmə prosesində E.Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanıdılar.

Sumqayıtda iğtişaş ağrılı bir hadisə idi. Amma soruşulur: hadisə nə üçün Azərbaycanın digər bir şəhərində deyil, məhz Sumqayıtda törədildi?

Niyə məhz Sumqayıt seçilmişdi?

Sumqayıtın iğtişaş törədilməsinin yeri kimi seçilməsi ciddi düşünülmüşdü və bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başladığı ilk günlərdən bu respublika ərazisində yaşayan azərbaycanlılar tarixən yaşadıqları dədə-baba torpaqlarından kütləvi surətdə qovulurdular. Dövlət qurumlarından Azərbaycan KP MK-ya göndərilən məlumatlara görə, iğtişaşa qədər Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 qaçqın və ya 3030 ailə gəlmişdi. Onların arasında 4 rus ailəsi də var idi. Qaçqınların şəhərə gəlməsi davam edirdi. Ermənistanda hər cür şəraiti olan ev-eşiklərini qoyub gələn qaçqınlar küçələrdə acınacaqlı bir halda qalmışdılar. Azərbaycandakı ermənilər isə rahat bir şəkildə yaşayır və işləyirdilər.

İkincisi, Ağdam-Əsgəran yolunda 1988-ci ilin yanvar ayında iki azərbaycanlı gəncin - Əli və Bəxtiyarın öldürülməsi də azərbaycanlılara ağır təsir etmişdi. Onlar münaqişənin ilk qurbanları idi.

Üçüncüsü, Sumqayıt sosial-iqtisadi baxımdan respublikanın digər şəhərlərinə nisbətən çətin və mürəkkəb bir yer idi.

Dördüncüsü, müxtəlif illərdə cinayətlər törətmiş bir çox məhkumlar cəzalarını çəkdikdən sonra şəhərdə məskunlaşmışdılar. Hadisədən sonra 1988-ci il fevralın 28-də keçirilən Sov.İKP MK Siyasi Bürosunun iclasında SSRİ daxili işlər naziri A.Vlasovun söylədikləri də bunu sübut edirdi. Deməli, bəzi cinayətkar elementlərin hadisələrdə iştirak etməsi onu göstərir ki, Sumqayıt şəhəri iğtişaşın törədilməsi üçün təsadüfü seçilməmişdi. Bütün bunlar hadisənin təşkilatçılarının iğtişaşın gerçək izinin itirilməsi barədə dərindən düşündüklərini söyləməyə imkan verir.

Bəs iğtişaşın əsl səbəbləri nə idi?

Birincisi, iğtişaş Ermənistanın təxribatının nəticəsi idi. Hadisə ilə əlaqədar olaraq başladılmış cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər artıq əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçmişdilər. Hələ XIX əsrin sonlarında və XX əsrdə erməni təşkilatlarının fəaliyyətinə dair arxiv materialları təkzibedilməz şəkildə sübut edir ki, onlar “ümumi erməni işi” üçün pul toplamaq məqsədilə kassa dəftərləri hazırlamış, vəsait ödəməyən ermənilərə qarşı daim amansız olmuş və onları qəddarlıqla qətlə yetirmişlər. Bununla bağlı olaraq yüzlərlə ən mötəbər mənbəni misal göstərmək olar. Sumqayıtda da E.Qriqoryanın dəstəsinin öldürdükləri ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. İğtişaşın təşkilatçılarına məlum olan həmin şəxslərin adları, soyadları və ünvanları əvvəlcədən icraçılara verilmişdi.

Təşkilatçıların əvvəlcədən videokameraları hazırlamaları, gizli çəkilişlər aparmaları və montaj edərək lentləri müxtəlif ölkələrə yaymaları iğtişaşı Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ DTK-nın hazırladığı qənaətinə gətirir. Şəhərin erməni əhalisinin iğtişaşa qədər əmanət banklarından pullarını çıxarması da hadisənin əvvəlcədən planlaşdırıldığı və onların bundan xəbəri olduğunu söyləməyə imkan verir. Sumqayıt hadisəsi zamanı öldürülən ermənilərə o zaman Stepanakertdə (Xankəndi) tələm-tələsik abidə qoyulması da təxribatın ermənilər və Mərkəzdə müəyyən qüvvələr tərəfindən düşünülmüş şəkildə planlaşdırıldığını və həyata keçirildiyini deməyə əsas yaradır.

İğtişaşı törətməklə Ermənistan və Mərkəz hansı məqsədləri güdürdülər?

Ermənistanın əsassız ərazi iddialarına cavab olaraq Azərbaycanda hadisələrin necə cərəyan edəcəyindən narahat olan Mərkəzi hakimiyyət bu iğtişaş ilə respublikanı təzyiq altında saxlamaq, istədiyini hökm edərək qəbul etdirmək və onu nüfuzdan salmaq məqsədi güdürdü.

İğtişaş Ermənistan rəhbərliyinə daha geniş anti-Azərbaycan kampaniyasına başlamaq, Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazanmaq və saxtakarlıqla azərbaycanlıların “vəhşi” obrazını yaratmaq, azərbaycanlılarla ermənilərin guya bir yerdə yaşaya bilmədiklərini göstərmək, nəticədə o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılan ərazini Azərbaycandan qoparmaq üçün bir təbliğat vasitəsi kimi lazım idi.

Hadisə Sov. İKP MK Siyasi Bürosunda müzakirə edilir

Sumqayıt hadisəsi və Ermənistan ilə Azərbaycan arasında yaranmış vəziyyətə dair məsələlər Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il 29 fevral tarixli iclasında müzakirə edildi. Baş katib M.S.Qorbaçov Sumqayıtda 14 nəfərin öldürüldüyü, SSRİ DTK sədri Viktor Çebrikov isə 110 nəfərin yaralı olaraq xəstəxanaya yerləşdirildiyi barədə məlumat verdi. M.Qorbaçov Sumqayıt hadisəsini ermənilərə cavab kimi qiymətləndirdi. SSRİ daxili işlər naziri A.Vlasovun məlumatına görə, Sumqayıtda 14 nəfər, o cümlədən 3 qadın öldürülmüşdü. Onlardan 3-ü azərbaycanlı, 6-sı erməni idi. 71 nəfər isə bədən xəsarəti almışdı. Onların 48 nəfəri erməni idi. 47 nəfər hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdı. Daxili işlər naziri Sumqayıtda hər beş adamdan biri barədə əvvəllər cinayət işi olduğunu söylədi.

Hadisəyəə görə Azərbaycan rəhbərliyi təqsirləndirildi. MK katibi A.Yakovlev Sumqayıta ordu yeritməyin, hakimiyyətin gücünü göstərməyin lazım olduğunu söylədi. Şəhərdə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul olundu.

Azərbaycan KP MK Bürosunda Sumqayıt hadisəsinin müzakirəsi

Sumqayıt hadisəsi bir neçə ay sonra, 1988-ci il mayın 7-də Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun sədrliyi ilə MK Bürosunun iclasında geniş müzakirə edildi. Müzakirə nəticəsində iki qərar qəbul edildi: Birincisi, ”Sumqayıt şəhərində vəziyyətin normallaşdırılması üzrə hökumət komissiyasının hesabatı haqqında”, ikincisi isə “1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində faciəvi hadisələrə gətirən səbəblər haqqında”. Büro iclasında şəhərdə vəziyyəti normallaşdırmaq və milli münasibətləri sabitləşdirmək üçün konkret tədbirlər müəyyənləşdirildi.

Qərarların qəbul edilməsinə və Azərbaycanın səylərinə baxmayaraq, Ermənistanın kobud müdaxilələri dayanmır, oradan azərbaycanlıların qovulması davam edir, gələn qaçqınların sayı artırdı.

Sumqayıt hadisəsinə 1988-ci il martın 9-da Sov.İKP MK-da keçirilən müşavirədə də toxunuldu. Qeyd edildi ki, hadisə ilə bağlı olaraq istintaq işi davam etdirilir.

Azərbaycan KP qarşısında duran vəzifələr 1988-ci il martın 13-də Azərbaycan KP MK Bürosunun iclasında müzakirə edildi. Qəbul edilən geniş qərarda Sov.İKP MK-nın 9 mart tarixli müşavirəsinin nəticələri bəyənilir, erməni və Azərbaycan xalqı arasında dostluğu möhkəmləndirmək xəttinə dönmədən əməl etmək yerli partiya, sovet və təsərrüfat orqanlarından tələb edilirdi. Qarabağ regionunun sosial-iqtisadi inkişafı layihəsini hazırlamaq üçün Vilayət Partiya Komitəsinə iki həftə vaxt verilirdi. Vilayətdə vəziyyəti normallaşdırmağa dair təşkilati-siyasi tədbirlər planı təsdiq edildi. Eyni zamanda, Sumqayıtda vəziyyəti normallaşdırmaq üçün əlavə tədbirlər müəyyənləşdirildi. Həmin qərar geniş məsələləri - sosial-iqtisadi, ideya-siyasi və mənəvi və s. sahələri əhatə edirdi.

Sumqayıt hadisəsinə Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il martın 21-də keçirilən iclasında toxunuldu. MK katibi Y.Liqaçov Sumqayıt hadisəsinin istintaqı barədə prokurorluğun məlumat verməsini vacib hesab etdi.

Ermənistan rəhbərliyi Sumqayıt hadisəsi ilə əlaqədar olaraq Mərkəzə müraciət etdi

Həmin iclasdan az sonra Ermənistan KP MK rəhbərliyi Sov.İKP MK-ya müraciət edərək Sumqayıt hadisəsi ilə əlaqədar olaraq həbs edilmiş şəxslərin məhkəməsinin Azərbaycandan alınaraq SSRİ Ali Məhkəməsinin icraatına verilməsini xahiş etdi. Sov.İKP MK katibliyi 1988-ci il iyunun 11-də həmin müraciəti müvafiq mülahizələrini bildirmək üçün SSRİ Ali Məhkəməsinin sədri V.İ.Terebilova, SSRİ Baş prokuroru A.Y.Suxarevə və SSRİ ədliyyə naziri B.V.Kravçevə göndərdi. Onlar iyunun 17-də məsələ barədə mülahizələrini yazdılar. Cavab məktubunda hadisə ilə bağlı 84 nəfərin həbs edildiyi, onlardan 82 nəfərinin azərbaycanlı olduğu yazılırdı. Amma nəyə görəsə məktub müəllifləri digər iki nəfərin hansı millətə mənsub olduğunu qeyd etməmişdilər. Həmin şəxslərdən biri artıq qeyd edildiyi kimi, hadisələrin təşkilatçısı və başlıca icraçısı, 1979, 1981 və 1982-ci illərdə bütövlükdə 9 il 2 ay 13 gün həbsdə yatmış E.Qriqoryan idi. Hadisələrdə fəal iştirak edən digər bir erməni və rus da var idi. Məktubda bu işlərin istintaqının SSRİ prokurorluğu tərəfindən aparıldığı qeyd edilirdi. Guya bütün istintaq işləri qanunun tələblərinə uyğun aparılmışdı. Üç iş başa çatdırılmış və Azərbaycan SSR Ali Məhkəməsinin icraatında verilmişdi. 26 nəfər barədə 12 iş yaxınlarda məhkəməyə göndəriləcəkdi. V.İ.Terebilov, A.Y.Suxarev və B.V.Kravçevin fikrincə, Azərbaycanda və Ermənistanda geniş ictimai əks-səda doğurmuş işləri RSFSR-in vilayət məhkəmələrinə, xüsusən Volqoqrad, Voronej və Kuybışev vilayətləri məhkəmələrinin icraatına vermək olardı. Onlar həmin işlərin SSRİ Ali Məhkəməsinin icraatına verilməsinə ehtiyac duymadılar.

Bununla kifayətlənməyən MK katibi Y.Liqaçov 1988-ci il iyunun 17-də məktubun üstünə dərkənar yazaraq Sov.İKP MK katibi A.İ.Lukyanovdan da fikirlərini bildirməsini xahiş etdi. İyunun 18-də həmin sorğuya cavab verən A.İ.Lukyanov “təklif tamamilə qanunauyğundur” kimi cavab yazdı. Eyni zamanda bildirdi: “Məsələ MK-nın şöbələrində əvvəlcədən işlənilmiş və məqsədəuyğun sayılmışdır. Onlarla razılaşmaq olar”. Beləliklə, cinayət işləri Azərbaycandan alınaraq RSFSR məhkəmələrinə verildi. Bu məhkəmələr cinayət işlərinə baxdılar. Cinayət işi açılmış azərbaycanlılara qarşı ağır hökmlər icra edildi. Nəticədə, Mərkəzin və Ermənistanın törətdiyi Sumqayıt hadisəsi nahaq yerdən və ədalətsizcəsinə Azərbaycanın üstündə qaldı.

Nə etməli?

Sumqayıt hadisəsinə qısa nəzər yetirmək bir sıra məsələlərin həllini zəruri edir: indiyədək bu hadisə əsl hüquqi-siyasi qiymətini almadığından ona baxılmasında və müvafiq qərarların qəbul edilməsində fayda vardır; hadisəyə dair ən məxfi sənədlərin üzə çıxarılıb çap edilməsi xeyirli olardı; gənclərimizin Sumqayıt hadisəsi ilə əlaqədar olaraq sosial şəbəkələrdə fəal olmalarına ehtiyac duyulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir