ELM VƏ TƏHSİL
Şuşa məktəbliləri Xəzər Universitetinin təsisçisi ilə görüşmüşlər
Bakı, 2 mart (AZƏRTAC). Xətai rayonundakı 24 nömrəli orta məktəbdə müvəqqəti məskunlaşan Şuşa rayonunun 12 nömrəli orta məktəbində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı ilə görüş keçirilmişdir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, məktəbin kollektivinin və Şuşa ziyalılarının iştirak etdikləri görüşdə 12 nömrəli məktəb direktorunun müavini Nazilə Əzizova və məktəbin uşaq birliyinin rəhbəri Elnurə Cəfərova H.İsaxanlının həyat və yaradıcılığı haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, H.İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Kosalı (Qardabani) kəndində anadan olmuşdur. Geniş elmi fəaliyyəti və zəngin yaradıcılığa malik alim ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifidir.
Məktəbin şagirdləri H.İsaxanlının müxtəlif dövrlərdə yazdığı “Yaşamağa nə var ki…”, “Keçmiş”, “Dumanlı dünya” və digər şeirlərini söyləmişlər.
Tədbirdə iştirak edən Şuşa rayonunun rəhbərliyi və ziyalıları H.İsaxanlını yubileyi münasibətilə təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.
Görüşün təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən H.İsaxanlı elmi fəaliyyətindən, yaradıcılığından və uğurlarından danışmış, sualları cavablandırmışdır.
Sonda yubilyara Şuşanın füsunkar mənzərəsini əks etdirən tablo hədiyyə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]