Şüvəlan qəsəbə Mədəniyyət evində şagirdlərin ifaları hər kəsdə xoş təəssürat yaradıb
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Fortepiano kursunun şagirdlərinin bilik və bacarıqları, musiqi duyumları yoxlanılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər. Onların musiqi məharəti Mədəniyyət evinin direktoru Anar Məmmədov və bədii rəhbər Zəminə Bayramova tərəfindən qiymətləndirilib.
Şagirdlərin ifaları hər kəsdə xoş təəssürat yaradıb.
Sonda Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Anar Məmmədov şagirdləri təbrik edərək onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]