SYERRA LEONE RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD TECAN KABBAYA
Cənab Prezident,
Syerra Leone Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Syerra Leone xalqını təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafeyi naminə hərtərəfli inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Syerra Leone Respublikasının xalqına əmin-amanlıq və çiçəklənmə arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 aprel 2002-ci il