“Taliban”ın əsirliyindən qaçan əfqan 7 silahlını öldürüb
Bakı, 15 mart, AZƏRTAC
Əfqanıstanın cənub-şərqində “Taliban” hərəkatının əsirliyində olan əfqan 7 nəfər silahlını öldürərək qaçmağa müvəffəq olub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Paktika əyalətinin polis rəisinin müavini Rauf Məsud bildirib.
Onun sözlərinə görə, yerli polis zabiti Duray Xanın əsirlikdə olan qardaşı Aval Xan “Taliban” əsgərinin silahını ələ keçirərək onlara atəş açıb. Nəticədə 7 nəfər silahlı öldürülüb, daha 18-i isə yaralanıb. Bundan sonra o, taliblərin avtomobilinə minərək qaçıb.
Hadisənin bu gecə Qomal bələdiyyəsinin ərazisində baş verdiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]