TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

Bakı, 23 aprel, AZƏRTAC
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə icra ediləcək “CubeSat” layihəsi müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov deyib.
D.Bədirxanov bildirib ki, TDT çərçivəsində icra ediləcək bu peyk təşəbbüsü üzv ölkələr arasında texniki bilik mübadiləsini genişləndirməklə yanaşı, karbon dioksid və metan kimi istixana qazlarının monitorinqi vasitəsilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verəcək. Həmçinin, tədbir çərçivəsində kosmos sahəsində hüquqi çərçivənin standartlaşdırılması müzakirə olunacaq.
“Azərbaycan tərəfindən təklif edilən bu təşəbbüs ortaq hüquqi baza yaratmaqla gələcək birgə layihələrin reallaşdırılmasını asanlaşdıracaq. Tətbiq olunacaq model BMT-nin kosmosla bağlı beynəlxalq müqavilələrinə uyğun şəkildə hazırlanacaq. TDT çərçivəsində Virtual Kosmik Akademiyanın yaradılması planlaşdırılır. 21 aparıcı universitetin iştirakı ilə qurulacaq bu rəqəmsal platforma, regionun istedadlı gənclərinə daha geniş təhsil imkanı yaradacaq və Azərbaycanın gələcəkdə kosmik təhsil və innovasiya mərkəzi kimi mövqeyini gücləndirəcək”, - deyə D.Bədirxanov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [20:20]
Dəmir yollarının “şah damarı”nda VİDEO
- 17.05.2025 [14:31]
17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür
- 16.05.2025 [19:20]
® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib
- 16.05.2025 [18:49]